Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə132/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   128   129   130   131   132   133   134   135   ...   147
 

 

ÜÇÜNCÜ SƏRÇƏ 

 

Bəzən təbiətdə elə hadisələrə rast gəlirsən ki, onların dolayısı yox, tamam 



müstəqim, birbaşa mənası səni tutur, sənə ləzzət edir. 

Misal üçün, mən,  ədəbiyyatda müstəqim surətdə  əxlaq dərsi verməyin, mənası 

tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam. 

Bəs nə üçün bu gün şahidi olduğum kiçicik bir hadisə mənim kefimi bu qədər 

açdı? 



 

416


Yazıçılar Ittifaqı ilə üzbəüz bağda gəzəndə kolluqda sərçələrin haray-həşirini 

eşitdim: bir sərçə dimdiyində sarı bir yarpaq tutmuşdu (bəlkə də yarpaq deyildi, nəsə 

başqa  şey idi, mən qorxurdum ki, sərçələr hürküb uçar, yaxınlaşıb baxmırdım), 

ikinci sərçə isə yarpağın o biri ucundan tutub dartışdırırdı, birinci sərçənin 

dimdiyindən qoparmaq istəyirdi. Sərçələr həmin sarı yarpaq üstündə beləcə 

«mənim-sənin» mübarizəsi aparırdı. Birdən sərçələr lap hirsləndi, bir-birinin üstünə 

atıldı. Sarı yarpaq yüngülcə yerə düşdü və elə bil ki, bunu gözləyirmiş kimi, 

səhərdən bəri çiçəkləmiş  ağ akasiya ağacının budağına qonub didişən sərçələrə 

baxan üçüncü sərçə pırıltı ilə budaqdan qopub, yerə düşmüş o sarı yarpağı dimdiyi 

ilə qapdı və eləcə pırıltı ilə də qalxıb ağacların arxasında yox oldu. 

Didişən sərçələr bu gözlənilməz hadisədən elə bil ki, özlərini itirdi, sonra bir-iki 

dəfə yerlərində hoppanıb düşdü və sonra da hərəsi bir tərəfə uçub getdi. 

Məni gülmək tutdu. 

Bağdan ötüb-keçənlər yəqin fikirləşdi ki, bu niyə kolluğa baxa-baxa öz-özünə 

gülür? 

 

13 may 1982.  

Bakı. 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin