Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə131/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   127   128   129   130   131   132   133   134   ...   147
 

 

 


 

415


QIRT TOYUQ 

 

Qırt toyuq birinci dəfə idi ki, hindən çıxmışdı və dünyanı cücələrinə göstərirdi. 



Cücələr civildəşə-civildəşə, yüyürə-yüyürə analarının dalınca qaçışırdı  və 

anaları da qırt yatdığı günlərdə qartlaşmış  səsiylə  qırt-qırt salıb o tərəf-bu tərəfə 

dimdik atır, gözaltı böyürtkən kollarının dibinə, hündür otların arasına baxırdı, 

hərdən başını çəpəki tutub zəndlə göyü gözdən keçirirdi. 

Qırt toyuq pişikdən, qurd-quşdan, qartaldan ehtiyat edirdi və hərdən də tərs-tərs 

mənə baxırdı. 

Qırt toyuq heç kimi cücələrinə yaxın buraxmırdı. 

Həyətdə uşaq çox idi, hərə əlinə bir parça çörək alıb didişdirə-didişdirə cücələrə 

vermək istəyirdi, amma qırt toyuq o saat boğazının tüklərini qabardıb, qanadlarını 

açıb, qart qaqqıltı ilə hücum edirdi, ən axırıncı cücənin də ötüb keçməyini 

gözləyirdi, sonra yanpörtü acıqlı  nəzərlərlə  uşaqlara baxa-baxa və yoğun budlarını 

basa-basa gedirdi. 

Qırt toyuq fındıq ağacının altına gəlib torpağı eşələməyə başladı və cücələr də 

civildəşə-civildəşə analarını əhatəyə aldı. Qırt toyuq torpağın arasında yeməli bir şey 

görən kimi, dimdiyini həmin cücüyə, həşərata, toxuma vururdu, cücələrinə göstərirdi 

və cücələr də bir-birini itələyə-itələyə, aləmə civilti sala-sala həmin balaca cücünün, 

həşəratın, toxumun üstünə cumurdu. 

Qırt toyuq arabir xırda çörək qırıntısı da tapırdı, dimdiyini vurub göstərirdi

cücələr də acgözlüklə bu qırıntıları  təpişdirirdi, amma qırt toyuq əllərində parça-

parça çörək tutmuş uşaqların heç birini cücələrə yaxın buraxmırdı. 

Qırt toyuq təkcə bu həyətin sahibəsi Validə ananı cücələrə yaxın buraxırdı, hətta 

Validə anaya icazə verirdi ki, əyləşib cücələrdən birini əlinə götürsün və  uşaqlara 

göstərsin. 

Həyətdə  təkcə Validə ana cücələrin yanından ötəndə  qırt toyuq haray-həşir 

salmırdı. 

Qırt toyuq Validə anaya tam etibar edirdi və bu, görünür, təbiətdən gəlirdi: elə 

bil ki, qırt toyuq bilirdi ki, Validə ananın də dörd balası var. 

 

16 avqust 1981.  

Talıstan kəndi. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin