Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə134/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   130   131   132   133   134   135   136   137   ...   147
 

 

ALMA ƏHVALATI 

 

Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya 



gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri 

yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar 

elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara 

aparır... 

Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim  şerində olduğu kimi, 

həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi 

ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri 

sərtliklə  bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət 

almağı bacaran adam idi. 

Qatarda mən Rəsul müəllimə belə bir hadisə danışdım: dostlarımızdan biri – 

Fikrət Sadıq – altmışıncı illərdə «Gənclik» nəşriyyatında redaktor işləyirdi. Bir dəfə 

axşam onlara getmişdim, gördüm ki, mizin arxasında  əyləşib bir şer kitabının 

əlyazmasını redaktə edir. Əlyazmasındakı  bəzi  şerlər dostumuzu o qədər 

əsəbiləşdirirdi ki, səhifələrin kənarında qeydlərini də oxuduğu misralara müvafiq 

misralarla yazırdı. Mənim gözüm sataşdı  və Azərbaycan almalarının gözəlliyindən 

bəhs edən bir şerdə altından xətt çəkilmiş iki misranı oxudum: 

 

Ləzzətlidi «bumajnı», 



Şirvan gözəli Şafran! 

 



 

418


Fikrət bu iki misranın yanında belə bir qeyd yazmışdı: 

 

Şerin oldu «nevajnı», 



Çıxarıldı kitabdan! 

 

Rəsul müəllim ürəkdən güldü və bundan sonra hansı bir şer məclisindəsə, 



yığıncaqdasa duzsuz bir şer oxunanda, yersiz bir söz deyiləndə, görürdüm ki, gözləri 

ilə  məni axtarır,  əlini ağzına tutub yavaşdan: «–Alma əhvalatıdı!» – deyirdi və 

gülürdü. 

 

18 may 1982.  

Bakı. 

 

 



 

BƏDBƏXT ŞIR 

 

Insan təbiətdən nə qədər uzaq düşüb... 



Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində 

gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də 

getmişdi və mən ondan soruşuram: 

– Meşədə göbələk çox idi? 

– Hə. 

Səhərdən bəri söhbətimizə fikir verməyən Humay «meşə» sözünü eşidəndə 



başını qaldırıb bizə baxır. 

M ə n (Emilə göz vururam). Canavar, pələng görmədin? 

E m i l. Yox, canavar, pələng yox, şir gördüm. 

Humay  gülür. 

E m i l. Niyə gülürsən, Humay, inanmırsan? 

H u m a y. Yox. 

M ə n. Niyə? 

H u m a y. Çünki burda şir olmur. 

E m i l. Bəs şir harda olur? 

H u m a y. Heyvanxanada! 



 

 

7 sentyabr 1982. 

Göygöl. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin