Seçilmiş əsərləri


ALTINCI  VƏ  SONUNCU  FƏSIL



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə42/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   38   39   40   41   42   43   44   45   ...   147
ALTINCI  VƏ  SONUNCU  FƏSIL 

 

Ayaqlarının altındakı qarı  xırçıldada-xırçıldada, topuğacan qara bata-bata 



tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə  zəng 

eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. 

«Gül dedi bülbülə: – «Bağıma gəlmə...». 

 – Yaman güldən, bülbüldən deyirsən a!.. 

 – Soyuq deyil sənə? 

 – Bu şubaya nə soyuq? Sənə soyuq olar, palton nazikdir. 

 – Mənə soyuq deyil. 

 – Keflisən də, ona görə... 

 – Mən? – təəccüblə soruşdu və güldü. 

 – Hə, əlbəttə, sən!.. – Züleyxa da güldü. 

 – Bilirsən, bizim müdir də oradaydı e, yadımdan çıxdı sənə göstərim... 

 – Neynirəm onu görüb? 

 – Amma, vallah, Səlim Sürəyya yaxşı adamdı. 

 – Axtarsan dünyada elə hamı yaxşı adamdı... 

 – Mürsəl də? 

 – Mən nə bilim e... 

 – Bəs, sən nə bilirsən? 

 – Onu bilirəm ki, dünyanın ən yaxşı adamı sənsən! 




 

251


 – A-a-a... – Əlipaşa ayaq saxladı. – Doğru deyirsən? 

 – Mənim yalan danışmağımı görmüsən? 

 – Yox... Çox sağ ol, Züleyxa... 

 – Nə? 


 – Heç... 

 – Nə olub e, sənə? 

 – Heç nə... Ancaq... Ancaq bilirsən... Heç ... 

Züleyxanın da, nədənsə, gözləri dolmuşdu və gecənin qaranlığında sifəti 

görünməsə də, Əlipaşaya baxıb gülümsədi. 

Sonra Züleyxa özünü ələ aldı və dedi: 

 – Sənə gərək təzə palto alaq! 

Gecə yarıdan keçmişdi. 

... Sonra yavaş-yavaş səhər açılacaqdı... 

Hər tərəfi bürümüş o ağappaq qar görünməyə başlayacaqdı... 

 

 Yanvar, 1985. 

 Moskva-Bakı. 

 

 



 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin