216
Göstərdiyimiz kimi həmin dövrdə bütün Şirvan və Çuxursəəd
vilayəti osmanlı qoşunlarının əlində idi. Şah
hökuməti bütün
qüvvələri səfərbərliyə alıb, düşmən basqınının dəf olunmasını təşkil
etmək və düşmənin ölkənin içərilərinə sonrakı irəliləməsinin
qarşısını almaq əvəzinə, hicri 993 (1585)-cü ilin qışında və yazında
öz vaxtını Təbrizdə fitnə-fəsadlara və əyləncələrə sərf etdi. Təbriz
vilayətinin bəylərbəyisi Əmir xan Türkman 12 min nəfərlik
tayfasının tam heyəti ilə şəhərdən çıxdı. Şahı və Həmzə Mirzəni
qarşılamaq üçün Miyanəyə gəldi. Şah Məhəmməd və Həmzə Mirzə
üçün Təbrizdə təşkil etdiyi təntənəli qəbul şah və şahzadənin
yanında Əmir xanın nüfuzunu xeyli artırdı.
Qeyd etmək lazımdır ki, bu dövrdə Həmzə Mirzənin artıq
on səkkiz yaşı var idi. O,
böyük oğul, taxt-tacın varisi kimi dövlət
işlərinə və hərbi işlərə rəhbərlikdə getdikcə daha çox iştirak edirdi.
İskəndər bəy Münşiyə görə, təkəbbürlü və tündxasiyyət olan
Həmzə Mirzə Şərab düşkünü idi. Qızılbaş əmirləri onun anası
Məhdi Ülyanı öldürəndə onun on üç yaşı var idi. O, həmin vaxtdan
anasını öldürənlərə qarşı qəlbində sönməz kin gəzdirir və intiqam
almaq üçün bəhanə axtarırdı. Anası qətlə yetiriləndə
Əmir xan
Türkman Qəzvindən uzaqda idi və zahirən bu hadisə ilə əlaqəsi
olmamışdı. İndi Təbrizə gəlmiş şahzadə onu özünə yaxınlaşdırmaq
və Əmir xanın köməyilə anasının qatillərinə divan tutmaq qərarına
gəldi. Lakin Əmir xan Həmzə Mirzənin niyyətini bəyənmədi və
buna əasslandı ki, Osmanlı sultanı kimi güclü düşmənlə qarşı-
qarşıya dayanarkən nüfuzlu qızılbaş sərkərdələrini öldürmək və
bununla da onların arasına düşmənçilik salmaq ağıllı iş olmaz.
Türkman tayfasına düşmən olan saray adamlarından bir
çoxu, xüsusən də şamlı və ustaclı tayfalarının nümayəndələri Əmir
xanın şahzadə ilə yaxınlaşmasından narazı idilər.
Onlar hər vasitə
ilə bu dostluğu pozmağa cəhd göstərirdilər. Şahzadənin yaşıdları və
həmpiyalələri olan Əliqulu bəy Fəth oğlu və İsmayılqulu xan Şamlı
217
şahzadənin iştirak etdiyi qapalı dairədə Əmir xanın ünvanına
böhtanlar yağdırmağa başladılar. Əmir xan Təbrizdə, şah
iqamətgahının yanında qala tikdirdikdə isə bunu şah hakimiyyətinə
qarşı onun üsyan etmək niyyəti kimi qələmə verdilər. Onlar
həmçinin, heç də əsassız olmadan göstərdilər ki, Əmir xan, onun
qohumları, yaxın adamlar Təbriz əhalisini amansız
surətdə istismar
edir, soyub talayırlar və bunun sayəsində zinət və var-dövlət içində
üzürlər. Bu söhbətlər tədricən Həmzə Mirzəyə öz təsirini göstərirdi.
Şahzadə Əmir xanı Azərbaycanın cənub hissəsinin hakimi
vəzifəsindən kənar etmək qərarına gəldi. Onun ətrafında gəzən söz-
söhbət və fitnə-fəsadları sezən Əmir xan özünün məğrur davranışı
ilə vəziyyətini daha da ağırlaşdırdı. Həmzə Mirzə hiss etdi ki, Əmir
xan onunla ünsiyyətdən kənara qaçmağa başlayır. Məsələn, Əmir
xan şahzadənin təşkil etdiyi çövkən və qapaq əndazi oyunlarında
işrirak etmədi. Bunun ardınca o, şahın Təbrizin
Həsən padşah
məscidində təşkil etdiyi aşura günü (məhərrəmin 10-u) dini
mərasiminə də gəlmədi. Beləliklə, Əmir xanla Həmzə Mirzə
arasında düşmənçilik münasibətləri yarandı. Əmir xan Həmzə
Mirzənin göstərişi ilə tutuldu və Qəhqəhə qalasına salındı. Onun
əmlakı isə müsadirə edildi. Fitnə-fəsadları ilə Əmir xanın vəzifədən
getməsinə və həbsə alınmasına səbəb olmuş Əliqulu bəy Fəth oğlu
Ustaclı Təbriz hakimi və Azərbaycanın
cənub hissəsinin bəylərbəyi
təyin edildi
215
. Ustaclı və şamlı tayfalarının başçıları şahzadənin
köməyilə yenidən türkman və təkəli tayfalarının feodallarını
yüksək vəzifələrdən sıxışdırıb çıxararaq onların yerlərini tutdular.
Bu hadisələr haqqında xəbər, həmin tayfaların başqa
əyalətlərdəki feodallarını da ayağa qaldırdı. Kaşan hakimi
Məhəmməd xan Türkman Həmədan hakimi Vəli xan Təkəlilə Əmir
xanın düşmənlərinə divan tutmaq məqsədilə,
Təbrizə hərəkət etmək
barədə razılığa gəldilər.
Bunun ardınca hicri 993-cü ilin cümada əl-əvvəl ayında
(1585-ci ilin mayında) Əmir xanın Qəhqəhə qalasında öldürülməsi
218
türkman və təkəli tayfalarının ümumi qiyamına səbəb oldu
216
.
Qızılbaş tayfaları arasındakı təsvir edilən çəkişmələr və
müharibə Səfəvilərin qüvvəsini və müdafiə qabiliyyətini qəti olaraq
qırdı və türk qoşunlarının gələcək istilalarını asanlaşdırdı.
Dostları ilə paylaş: