254
I Şah Təhmasibin dövründə yalnız 5 əmirin təbili və bayraqları
var idi: 1) Vəli Xəlifə Ovçu – Məşhəd hakimi; 2) Fulad xəlifə -
Həmədan
vilayətinin hakimi; 3) Süleyman xəlifə - Astrabad
vilayətinin hakimi olmuş, sonra isə sarayda qalmışdı.
Ustaclı tayfası
I Şah İsmayılın dövründə onlar şamlılardan sonra ən qüdrətli
tayfa olmuşdur. 1) Xan Məhəmməd – Diyarbəkir hakimi; 2) Qara
xan onun qardaşı; 3) Qılınc xan; 4) Çayan sultan; 5)
Köpək Sultan;
6) Məntəşə sultan; 7) Sədrəddin xan; 8) Fəruq Sultan; 9)
Abdulla
xan; 10) Çuxursəəd hakimi olmuş Şahqulu Sultan.
I Şah Təhmasibin dövründə aşağıdakı əmirlər təbil və bayraq
sahibi olmuşlar: 1) Hüseyn bəy – Həsən bəy yüzbaşının oğlu, əmisi
Nəzər Sultanın yerində əmir və şahzadə Mustafa Mirzənin
qəyyumu (lələsi) olmuşdu; 2) Murad xan Süfrəçi – böyük saray
əmirlərindən olmuş Teymur xanın oğlu; 3) Allahqulu Sultan –
saray əmiri; 4) Piri bəy –
saray əmiri, Rey Vəraminin iqtidarı; 5)
Pirə Məhəmməd xan Çavuşlu – Biyepiş əmir - əl-ümərası və və
İmamqulu mirzənin lələsi; 6) Məhəmməd xan Toxmaq –
Çuxursəədin əmir əl-ümərası; 7) Şahqulu Sultan Yegan – Herat
hakimi və Xorasan əmir əl-ümərası, Abbas Mirzənin lələsi; 8)
Nəzər sultan Asayiş oğlu; 9) İbrahim Sultan – Şahqulu Sultan
Yeganın oğlu,
Sərəxs hakimi; 10) ustaclıların şərəfli qəbiləsindən
Vəlixan – Xorasanın çərxçibaşısı; 11) Xorasan əmirlərindən olan
Mahmud xan Sufi oğlu – Turşiz hakimi; 12) Teymur xan – Murad
xanın atası, Sistan hakimi bə Badi əz-zaman Mirzənin lələsi; 13)
Alqus Sultan Çavuşlu – Şüştər
və Dizful hakimi; 14) Şahqulu
Sultan Qarınca oğlu – Mahi Fəqihli oymağından; 15) Mustafa
Sultan Keçəl Şahverdi oğlu.
255
Türkman tayfası
1) Əmir xan Mosullu – Gülabi xanın nəvəsi, Xorasan əmir əl-
ümərası və I Şah Təhmasibin lələsi olmuş, Mərv yaxınlığındakı
döyüşdə böyük hünər göstərmişdi.
Məhəmməd Xudabəndənin
dövründə onun nəslindən olan adaşı Azərbaycan əmir əl-ümərası
və şahla qohum olmuşdu; 2) Məhəmməd xan Mosullu - Əmir
xanın qohumu; 3) Şahqulu xan Pornak – tayfanın ən böyük
əmirlərindən biri, II İsmayılın dövründə Məşhəd hakimivə
Xorasanın yarısının əmir əl-ümərası olmuşdur; 4) Süleyman
Xəlifə
- Söhrab Xəlifənin oğlu, Xorasanda Tus və Təbəsin
hakimi; 5) Heydər Sultan Çabuq Tərxan – Qum hakimi və
sarayın böyük əmiri olmuşdur; 6) Əbülməsum Sultan Yadigar
Məhəmməd
Tərxan oğlu, sarayın böyük əmirlərindən olmuşdur.
Rumlu tayfası
1) Onların ən adlı-sanlı Şirvan əmir əl-ümərası Araz xan olmuşdur.
2) Hüseynqulu Xəlifə - sarayda xəlifət əl-xüləfa vəzifəsini
tuturdu; 3) Dəli Budaq – Xoy hakimi olmuş, sonra isə sarayda
qalmışdır; 4) Qurban Sultan sarayda olmuşdur.
Dostları ilə paylaş: