235
Həmzə Mirzənin başlamış olduğu sülh danışıqlarını davam
etdirməyə tələsdi. Səfəvilər özlərinin qalan mülklərini saxlamaq
üçün sultanın sərt sülh şərtlərini qəbul etməyə məcbur oldular.
1590-cı il İstanbul sülhünə görə Azərbaycandan
257
əlavə, Cənubi
Qafqazın digər əraziləri, hyabelə İranın qərb vilayətləri (Nəhavənd,
Luristan, Şəhrizur) Osmanlı Türkiyəsinə verildi
258
.
Beləliklə, XVII əsrin əvvəllərinə qədər davam etmiş Osmanlı
Türkiyəsi tərəfindən Azərbaycanın istilası zamanı Azərbaycan
nəhayətsiz müharibələrdə tamamilə talan edildi və müflisləşdi,
ölkənin iqtisadiyyatı sarsıldı. Türk feodallarının ölkədə 20ilə yaxın
ağalıq etməsi onun sərvətlərinin talan edilməsinə, iqtisadi həyatın
tam şəkildə pozulmasına gətirib çıxardı. Buna görə də Azərbaycan
I Şah Abbas tərəfindən geri alındıqdan sonra da Səfəvilər dövləti
sistemində özünün əvvəlki aparıcı sosial-iqtisadi rolunu saxlaya
bilmədi. Bu rol İranın daxili vilayətlərinə keçmiş oldu.
Bundan başqa, Azərbaycan feodal əyanları və qızılbaş tayfaları
xarici və daxili müharibələr gedişində öz tərkiblərinin xeyli
hissəsini itirərək xeyli zəiflədilər. Azərbaycan feodalları XVII
əsrdə Səfəvilər dövlətində özlərinin əvvəlki, hökmran mövqelərini
saxlaya bilmədilər və İran feodalları tərəfindən sıxışdırıldılar. Buna
baxmayaraq onlar mərkəzi hökumətin daim hesablaşmağa məcbur
olduğu zəhmli qüvvə kimi qalmaqda davam etdilər.
Dostları ilə paylaş: