SəFƏVİLƏr döVLƏTİ


Həmzə Mirzənin Təbrizdəki



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə67/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   63   64   65   66   67   68   69   70   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Həmzə Mirzənin Təbrizdəki
Osmanlı qalasını ələ keçirmək cəhdləri
Təbrizə qayıdan Həmzə Mirzə öz qarşısında xarabalıqlar
gördü. İskəndər bəy Münşi Təbrizi belə təsvir edir: “Zər və mavi
rənglə bəzədilmiş bütün evlər, şəkillər çəkilmiş qapılar və
pəncərələr çıxarılmış, oduncaq əvəzinə işlədilmişdi”; “Öz gözəl
bağları ilə məşhur olan şəhərdə ağac qalmamışdı; hamısını kəsib
yandırmaq üçün qala hərbi hissəsinə göndərmişdilər”; “Çoxminli
yaraşıqlı binalrdan, orta təbəqədən olan adamın yaşaması üçün
yararlı olan bir ev belə salamat qalmmışdı”; “Dükanlar, kaşılarla
işlənmiş ikimərtəbəli evlər, hamamlar xarabalığa dönmüşdü...”.
Hər yerdə - küçələrdə, bazarlarda, evlərdə öldürülmüş
təbrizlilərin meyitləri qalmışdı. Gediş-gəlişli, “kefli və əyləncəli”
şəhər olan Təbriz, tarixçiyə tərk edilmiş, ölü şəhər kimi
görünmüşdü. “Bütün bunlara bir dəfə baxmaqla dəhşətdən ürək
sıxılırdı”
235
.
Qızılbaşların şəhərə daxil olduğundan xəbər tutan əhali
şəhərə qayıtmağa və qoşunlarla birlikdə Təbrizi meyitlərdən
təmizləməyə, evləri təmir etməyə, yaşayışı qaydaya salmağa


225
başladı. Hicri 993-994 (1585-86)-cü ilin qışını şahın saray əhli
Təbrizdə keçirdi. Səfəvi hərbi rəhbərliyi yaxşı başa düşürdü ki,
Təbrizdəki türk hərbi hissəsi ciddi təhlükə təşkil edir və ölkədə
gələcək türk hökmranlığının dayaq məntəqəsidir. Buna görə də,
Həmzə Mirzə ona sadiq olan əmirlərlə birlikdə qalanı almaq üçün
bir sıra inadlı, qızğın, lakin son nəticədə uğursuz cəhdlər etdi.
Qızılbaşların topları yox dərəcəsində idi. Bunlarsız isə qalaya
hücum etmək çətin idi. Onların əlində olan yeganə top Göyərçinlik
qalasından Təbrizə gətirilmişdi. Bu topun köməyilə bürclərdən
birinin xeyli hissəsi dağıdılmışdı
236
. Lakin türklər qəfil həmlə ilə
qızılbaşları topdan uzaqlaşdırdılar və topu çəkib qalaya apardılar.
Yeni topu hazırlamağa iki ay vaxt sərf olundu. Lakin keyfiyyətinin
pisliyi üzündə nə birinci, nə də ikinci top istifadəyə yaramadı. Qala
uğrunda döyşlərdə qızılbaşlar özlərinin ən qabiliyyətli
sərkərdələrindən birini – zülqədər tayfasının başçısı Şahrux xan
möhrdarı itirdilər. Qiyamçı türkman və təkəli əmirləri gəlib
çıxanadək qalanı ələ keçirməyə cəhd göstərən Şahrux xan
ehtiyatsızlıq etmiş, kiçik bir dəstə ilə qala divarlarına yaxınlaşmışdı.
Bu vaxt türk dəstəsi gözlənilmədən qaladan çıxdı və Şahrux xana
hücum etdi. Onun adamları (o cümlədən də oğlu) qızğın döyüşdə
qılıncdan keçirildilər. Şahrux xan isə yaralı halda əsir düşdü. Daha
bir səbəb qızılbaşların qalanı ələ keçirməsinə və düşmənin hərbi
hissəsinin məhv edilməsinə mane oldu. Məsələ bunda idi ki,
qızılbaşlar Təbrizə qayıtdıqları vaxtdan etibarən, şahzadənin gizli
əmri ilə Həsən padşah məscidində lağım atmaq, yeraltı yolla qala
bürclərindən birinin altından içəri daxil olmaq və qapını açmaq
istəyirdilər. Bir neçə ay keçdikdən sonra lağımatanlar qala
divarlarına çatdılar. İşləri tamamilə başa çatdırmağa cəmisi bir neçə
gün qalırdı. Lakin bədbəxtlikdən qorçibaşı Qulu bəy Əfşarın
xəyanəti və qalaya – türklərin yanına qaçması, qızılbaşların
planlarının həyata keçirilməsinə mane oldu. Qulu bəy Cəfər paşaya
yeraltı yol barədə danışdı. Mühasirədə qalanlar lağımın sonunu


226
tapdılar, onu torpaqla doldurdular, bununla da, həmin tərəfdən olan
təhlükəni aradan qaldırdılar. Qalanı ələ keçirmək cəhdində
ümidsizliyə qapılan Həmzə Mirzə günün günortaçağı qala
divarlarına hücum etmək barədə öz qoşunlarına əmr verdi.
Qızılbaşlar qala divarlarına bərkidilən nərdivanlarla qalaya
soxulmaq üçün əbəs cəhdlər göstərirdilər. Minlərlə adamın həyatı
bahasına başa gələn bu inadlı və ümidsiz qızılbaş hücumu bir neçə
gün davam etdi
237
.
Bu vaxt qiyamçı türkman və təkəli əmirlərinin Təbrizə
yaxınlaşması xəbərinin alınması, Həmzə Mirzəni Osmanlı qalasının
hərbi hissəsi ilə mübarizəni dayandırmağa məcbur etdi. Bununla
əlaqədar olaraq türklərin tərəfinə keçmiş, öz xidmətləri ilə məşhur
olan, dövlət işlərində böyük nüfuz ilə seçilən sərkərdənin – Qulu
bəy Əfşarın xəyanətinin səbəbini aydınlaşdırmaq lazımdır. Məsələ
bunda idi ki, Qulu bəy Məhəmməd xan Türkman və başqaları ilə
birlikdə Həmzə mirzənin anasının ölümü ilə nəticələnən qəsddə
iştirak etmişdi. Şahzadə anasının qisasını almaq üçün xeyli vaxt idi
ki fürsət axtarırdı. Şahzadə tez-tez açıq-aşkar anasının qatillərini
hədələmişdi və şahzadənin ona olan qərəzli münasibəti Qulu bəy
üçün sirr deyildi. İndi isə qiyamçılar yaxınlaşdıqca Əliqulu xan
Fəth oğlu Ustaclı və onun tərəfdarları Həmzə Mirzəyə belə bir fikir
təlqin edirdilər ki, Məhəmməd xan Türkmanın keçmiş müttəfiqi
Qulu bəy qorçibaşı təhlükəlidir, onu məhv etmək lazımdır. Şahzadə
buna məmnuniyyətlə razı oldu. O, gizli olaraq qorçibaşı vəzifəsinə
Təhmasibqulu Sultan Ərəşli Əfşarı təyin etdi və Qulu bəyi
öldürməyi ona tapşırdı. Bu barədə qardaşı oğlu Cabbarqulu bəydən
məlumat alan şah qvardiyasının keçmiş rəisi, xilas olmaq üçün
düşmən tərəfinə keçməkdən başqa bir yol tapmadı
238
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin