SəFƏVİLƏr döVLƏTİ


V FƏSİL XVI ƏSRDƏ AZƏRBAYCANIN



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə70/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   66   67   68   69   70   71   72   73   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

V FƏSİL
XVI ƏSRDƏ AZƏRBAYCANIN
SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ
Kənd təsərüffatı


236
Azərbaycan monqol qəsbkarlarının istilaları və hökmranlığı
dövründə əaslı zərbəyə məruz qalmış ölkələr sırasında idi. Monqol
istilası dövrünün iqtisadi fəlakəti, Azərbaycanda feodal
cəmiyyətinin sonrakı inkişafına da mənfi təsir göstərmiş, onda
mürtəce ənənələri gücləndirmiş və təsbit etmişdi
1
.
Əgər XV əstin birinci yarısında ölkənin kənd təsərüffatı nisbi
yüksəliş dövrü keçirmişdisə, artıq XV əsrin son onilliklərində
cənub vilayətlərində, Ağqoyunlu dövlətində mərkəzi hakimiyyətin
zəifləməsi və viranedici feodal ara müharibələri nəticəsində
yenidən dağıntı və tənəzzül mərhələsinə qədəm qomuşdu. XV əsrin
sonunda burada, müntəzəm surətdə on minlərlə insan həyatını özü
ilə aparan dağıntı və aclıq baş verirdi. Bu, məhsulsuzluğun, kənd
təsərüffatı istehsalının kəskin surətdə azalmasının, geniş kəndli
külələrinin müflisləşməsi və dilənçiləşməsinin nəticəsi idi
2
.
Feodalların yalançı vədlərinə aldanaraq ara müharibələrinə cəlb
edilən kəndli kütləsinin məhv olması əkinçiliyin, bütövlükdə
ölkənin kənd təsərüffatının vəziyyətinə fəlakətli təsir göstərirdi.
Deyilənləri, Azərbaycanın şimal-şərq hissəsinə, Şirvana aid etmək
olmaz. Burada hakimiyyətdə olan Şirvançahlar sülaləsi diyarın
nisbətən sabit inkişafını təmin edirdi
3
.
Azərbaycanda Səfəvilərin hakimiyyəti bərqərar olarkən, yəni
XVI əsrin əvvəlində ölkə dərin iqtisadi tənəzzül vəziyyətində idi.
İqtisadi həyatı normal hala salmaq və dövlət xəzinəsinə vəsait
axınını artırmaq məqsədilə, Səfəvilər ilk vaxtlar, hətta kəndlilərin
vəziyyətini müəyyən qədər yüngülləşdirməyə məcbur oldular
4
. I
Şah İsmayılın dövründə, XVI əsrin birinci onilliklərində daxili
feodal müharibələrinin azalması da kənd təsərüffatının
dirçəlməsinə təkan verdi.
XVI əsrdə Azərbaycan əhalisinin əsas məşğuliyyəti,
əvvəllərdə olduğu kimi, əkinçilik idi. Kəndlilərin əsas kütləsi
dövlətdən, feodallardan və digər torpaq mülkiyyətçilərindən ağır


237
şərtlərlə icarəyə götürdükləri torpaqlarda yaşayır və zəhmət
çəkirdilər. Yalnız torpaq deyil, si ehtiyatları da feodalların
mülkiyyəti sayılırdı. Düzənliklərdə əla qış otlaqlarının (Mil və
Muğan düzləri), yüksək dağ çəmənlərində yay otlaqlarının
(Qarabağ, Azərbaycanın cənub hissəsi) olması sayəsində,
Azərbaycan qədimdən köçərilərin də diqqətini cəlb edirdi.
XVI əsrə qədər Azərbaycanda məskən salmış köçəri türk
tayfaları tədricən yarımoturaq və oturaq həyat tərzinə keçirdilər. Bu
proses olduqca ləng gedir, köçərilərin yuxarı əyanlar təbəqəsindən
başlayır, sonra isə yoxsul aşağı təbəqələri əhatə edirdi. Düzdür,
Çingiz xan Qanununa görə, köçərilərə şəhər həyatından uzaqda
durmaqla köçəri təsərüffatla məşğul olmaq əmr edilirdi. Lakin
mədəni cəhətdən inkişaf etmiş ölkələr istila edildikdən sonra Çingiz
xan Qanunu özünün ilkin mənasını itirdi. Siyasi hakimiyyətə sahib
olan köçəri əyanlar sarayda və əyalətlərdə yüksək və gəlirli
vəzifələri ələ keçirir, nəhəng torpaq fondunun mülkiyyətçisinə
çevrilir, ticarət (xüsusən xarici) aləmi və şəhər həyatı ilə sıx
əlaqələr yaradırdılar. Onlar hakim sinfin nümayəndələri kimi yerli
feodallarla, qədim oturaq əyanlarla qohumluq əlaqələrinə girir,
tədricən yarımoturaq və oturaq həyat tərzinə keçirdilər. Sıravi
köçərilərə gəldikdə, onların bir hissəsi xırda torpaq
mülkiyyətçilərinə çevrilir, tədricən oturaqlığa keçirdilər. Digər
hissəsi (əsas kütlə) isə feodalların və hökmdarların qoşunlarında
hərbi xidmətini davam etdirərəkkəndlilərin məhrum edildikləri
imtiyazlardan istifadə edirdilər
5
.
Bir çox başqa Şərq ölkələrində olduğu kimi Azərbaycanda da
yağıntının azlığı əkinçilik təsərüffatında torpağın süni suvarılmasını
zəruri edirdi. Tarlaların və bağların məhsuldarlığı müstəsna
dərəcədə suvarma şəbəkəsinin saz halda saxlanmasından, onun
müntəzəm surətdə təmizlənməsindən asılı olurdu. Buna görə də
yalnız bənd və kanalların birbaşa uçurulması deyil, həm də
ümumən ölkənin boş qalması, əhalinin tələf olması və işçi


238
qüvvəsinin çatışmaması suvarmanın vəziyyətinə və deməli,
bütövlükdə ölkənin kənd təsərüffatının məhsuldarlığına mənfi təsir
göstərirdi.
İranda olduğu kimi, orta əsr Azərbaycanında da suvarmanın
dörd növünü fərqləndirirdilər: 1)arəs (kiçik çay), 2)çay (kanalların
və ehtiyat su anbarlarının köməyi ilə), 3)kəhriz (torpaq altında olan
suyun xüsusi lağımlar vasitəsilə yerin üstünə çıxarılması) və
4)quyu. Birinci iki növ yerüstü, axırıncı ikisi isə yeraltı suvarma
qurğuları ilə bağlı idi
6
.
Həmdullah Qəzvini suları suvarma üçün istifadə edilən daha iri
çaylar arasında, sahillərində sahələrin intensiv becərildiyi Kür və
Araz çaylarının adını çəkir
7
. İlk Səfəvilər dövründə Azərbaycanda
suvarma şəbəkəsini genişləndirmək üzrə həyata keçirilmiş tədbirlər
haqqında əlimizdə məlumatlar yoxdur. Çoz güman ki, XVI əsrdə
də XIV-XV əsrlərdə mövcud olmuş eyni, süni suvarma sistemi
fəaliyyət göstərmişdi.
Həmdullah Qəzviniyə görə, Təbriz mahalında 900 kəhriz,
çoxlu quyu və Mehranrud çayının sularından yaranmış kanallar var
idi
8
. Bu, XVI əsrin sonunun müəllifi – Əmin Əhməd Razinin
məlumatı ilə təsdiq edilir: “Öz başlanğıcını Səhənd dağından alan
Mehranrud çayı və varlı adamların qazdırdığı doqquz yüzdən artıq
kəhrizin hamısı Təbrizin bağ və bostanlarının (suvarılmasına) sərf
edilir, lakin indi bu da kifayət etmir”
9
. Bu sayda kəhrizlərin olması
Təbriz ərazisində iri bağçılıq təsərüffatının mövcud
olduğunu
göstərir.
XVI əsrin əvvəlində Təbrizdə olmuş Venetsiya taciri yazırdı ki,
“şəhəri bəzəyən çoxsaylı bostanlarda adi kələm, kahı, tərəvəz
bitkiləri və Venetsiyada olduğu kimi tərəvəz bitkiləri: şalğam,
yerkökü (kiçik), turp, mərzə , cəfəri və rozmarin becərirdilər”
10
.
Yenə də həmin tacirin verdiyi məlumata görə, “Təbriz ərazisində
çoxlu düyü və bol buğda və arpa vardır”
11
. Əmin Əhməd Razi
Ərdəbil və Xalxal mahallarında buğdanın bol olduğunu göstərir
12
.


239
Taxıl məhsulları, buğda və arpa (mənbələrdə “ğəllə” istilahı ilə
göstərilmişdir) demək olar ki, Azərbaycanın bütün digər
ərazilərində: Muğanda, Arranda, Şirvanda becərilirdi. Venetsiyalı
Alessandri Səfəvilər dövlətində taxılın çox bol olduğunu qeyd
edir
13
.
Azərbaycanda XVI əsrdə pambıq becərilməsi haqqında
bilavasitə mənbələrin məlumatı əlimizdə olmasa da, buna şübhə
etməmək olar. Hələ Həmdullah Qəzvini Naxçıvan, Azad, Beyləqan,
Guştəsfi, habelə Kəhran, Gilan, Fəslun, Miyanə, Qərrud,
Dehxarkan, Marağa, Mərənd, Dizmar və s. ərazilərində pambıq
yetişdirildiyini göstərirdi
14
. XVII əsr səyyahı Övliya Çələbinin
Naxçıvan ərazisində olduğu zaman, orada yeddi pambıq növünün
becərildiyi barədə verdiyi məlumatlar da vardır. Bu səyyahın
yazdığına görə, Gəncə, Xoy, Şamaxı, Təbriz, Bkı ərazilərindəki
sahələrdə pambıq əkilirdi
15
.
Kənd sakinlərinin əsas və ən qədim məşğuliyyətlərindən biri,
ölkə iqtisadiyyatında mühüm yer tutan bağçılıq və bostançılıq idi.
Orta əsrlərə aid mənbələr Azərbaycanda alma, armud, əncir, üzüm,
ərik, şaftalı, hulu, heyva, gavalı, nar və başqa meyvələrin, habelə
qovun və qarpızın müxtəlif növlərinin yetişdirilməsi barədə
məlumatlar verirlər.
Əmin Əhməd Razi Təbriz ərazisində yetişdirilən alma, armud,
ərik, gavalı, gilas və üzümün əla dad keyfiyyətlərinə malik
olduğunu göstərir
16
. O habelə Ərdəbil, Xalxal, Ordubad, Marağa
ərazisində gözəl meyvə bağlarının olduğu barədə məlumat verir
17
.
XVI əsrin əvvəllərində Sufiyan, Mərənd, Xoy ərazisində də
meyvə bağlarının olması barədə venetsiyalı tacir də məlumat verir
18
.
Alessandri göstərir ki, “meyvələr öz keyfiyyətinə və dadına görə
dünyanın hər hansı başqa hissəsinin meyvələrindən üstündür”
19
.
Azərbaycanda tut ağacının becərilməsi, qədim zamanlardan
burada barama qurdlarının yütişdirilməsi və ipəkçiliyin inkişafı ilə
bağlı olmuşdur. Tut baramaçılığının xüsusilə geniş yayıldığı


240
Şirvanda yerli xammal hesabına ipək parça istehsalı çox inkişaf
etmişdi. 1562-1563-cü illərdə Azərbaycanı səyahət etmiş
A.Cenkinson yazırdı: “Bu dövlətdə (Azərbaycanda – O.Ə.)
müxtəlif, yaxşı keyfiyyətli və zəruri mallar –qoz və fındıq, çiyidlik
pambıq (cotton – wooll),zəy, təbii yolla istehsal edilən xamna (xam
ipək), demək olar ki, ədviyyat və boyaçılıq mallarının bütün
növlərini əldə etmək olar. A.Cenkinson davam edir: “Lakin buranın
əsas malı, olduqca bol olan xam ipəyin hər cür növləridir”
20
. XVI
əsrdə barama yetişdirilən əsas yerlərdən biri Ərəş şəhəri idi. İngilis
tacirləri öz qeydlərində əcnəbi tacirlərin xam ipək almaq üçün
gəldikləri bu şəhərin adını tez-tez çəkirlər. Azərbaycanda istehsal
edilən xam ipək, orta əsrlər Qəzrbi Avropasında geniş yayılmışdı.
Venetsiyadan, Florensiyadan və digər şəhərlərdən olan italyan
tacirləri özləri üçün böyük mənfəət götürməklə, Azərbaycan ipəyini
əla xammal kimi Avropanın iri manufaktura mərkəzlərinə
gətirirdilər.
Avropalılar Azərbaycandan gətirilən xam ipəyin aşağıdakı
adlarını bilirdilər: “Seta Mamutawa” – “Mahmudabad ipəyi”, “seta
canare”, yaxud “seta channaruia” – “Kanar ipəyi” (?) Qarabağda;
“seta Siechi”, yaxud “seta Sacchi” – “Şəki ipəyi”; “seta Gangia” –
“Gəncə ipəyi”, “seta Cavallini” – “Qəbələ ipəyi”
21
.
Təəssüf ki, nəzərdən keçirilən dövrün mənbələrində xam
ipək yığımının həcmini əks etdirən rəqəm məlumatlarına rast
gəlməmişik. İxrac olunan ipəyin miqdarı haqqında, ingilis Artur
Edvarın 1566-cı ildə Şamaxıdan yazmış olduğu məktub əsasında
fikir yürütmək olar. O, ingilis ticarət şirkətinin rəhbərlərinə yazırdı:
“Sizi əmin edirəm ki, burada 50-60 batmanlıq at yükü ilə gürcü
ipəyini hesaba almadan, 3000-4000 atı yükləmək olar”
22
.
Bizim hesablamalarımıza görə, bu, orta hesabla 200 min
batman,yaxud hər tayda 25 batman sayılarsa,8000 taya bərabərdir.
Əmin Əhməd Razinin verdiyi məlumata görə, Azərbaycanın ən iri
ipəkçilik mərkəzlərindən biri olan Şamaxıda, hər il 20 min xalvara


241
yaxın ipək satılırdı
23
.
XVI əsrdə Azərbaycanın kənd əhalisinin sayı, ölkənin müxtəlif
vilayətlərindən dövlət xəzinəsinə vergilərdən daxil olan pulların
məbləği haqqında əlimizdə heç bir məlumat yoxdur. Bütövlükdə
Azərbaycan kəndlərində natural təsərüfatın
hökm sürdüyü
şübhəsizdir. Lakin qeyd etmək lazımdır ki, Təbriz, Şamaxı, Bakı,
Gəncə, Ərdəbil, Naxçıvan, Marağa və s. kimi şəhərlərin ətraf
kəndləri əmtəə təsərüfatı obyektləri idilər. Ölkənin xarici bazara
xam ipək göndərən kənd mahallarına bu xüsusilə aid edilə bilər.
Böyük ticarət – sənətkarlıq şəhərlərinin tərəqqi etməsi, bu
şəhərlərin bazarlarını öz məhsulu ilə təchiz edən şəhər ətrafı
kəndlərdə taxıl, bağçılıq və bostançılıq təsərüfatının inkişafına
müsbət təsir göstərir. Həmin kəndlərdəki torpaqlar, şəhər bazarı ilə
bağlı olduqlarına görə kənd təsərüfatı məhsulunun artmasında
maraqlı olan iri feodal torpaq sahiblərinin mülklərinə daxil idi.
Azərbaycan əhalisinin əsas kütləsi əsasən oturaq həyat tərzi
keçirirdi. Onun bir hissəsi isə maldarlıqla məşğul olan köçəri və
yarımköçəri həyat tərzi sürən qızılbaş tayfalarından ibarət idi.
1561-ci ildə Cavaddan Ərdəbilə qədər yol boyu müşahidələör
aparmış A.Cenkinsonun köçəri tayfaların həyat tərzini təsvir etməsi
səciyyəvidir. “Buradan (Cavaddan – O.Ə.) çıxdıqdan sonra biz
maldarların məskunlaşdığı barlı-bağatlı ölkədən keçdik. Onlar çox
vaxt dağlarda yaşayır. Qışda isə nə şəhərlərə, nə də başqa yerlərə
daxil olmadan düzənliklərə enirlər. Öz yerlərini dəyişdirəndə, onlar
insanlardan və mal-qaradan ibarət olan karvanlarla səyahət edir,
arvad, uşaq və əmlaklarını öküzlərlə aparırlar”
24
.
Əlbəttə, Azərbaycanda köçəri və yarımköçəri tayfaların
olması, burada feodal cəmiyyətinin inkişafını ləngidirdi. Onlar
feodal münasibətlərinin daha geridə qalmış, mürtəce formalarını
möhkəmləndirir və müdafiə edirdilər. Köçəri maldarlıq, tayfaların
möntəzəm olaraq yay otlaqlarından (yaylaqlar) qış otlaqlarına
(qışlaqlara) köçməsi və geri qayıtması ilə müşayiət olunur.


242
Təsəvvür etmək çətin deyildir ki, belə yerdəyişmələr zamanı
kəndlilərin əkinləri hərəkətdə olan böyük mal-qara sürülərinin
tapdağı altında qalırdı. Silahlanmış və hərbi işdən yaxşı baş çıxaran
köçərilərin özləri də müdafiəsiz əkinçiləri soymağa aludə idilər.
Həmin yarımköçəri tayfalardan ibarət olan, öz ailələri və əmlakları
ilə müharibəyə gələn Səfəvi qoşunlarının hərəkəti kəndlilər üçün
əsl fəlakətə çevrilirdi. Həm də qoşun müəyyən yerdə o vaxta qədər
qalırdı ki, həmin müddət ərzində o yerdə qoşunla birlikdə sürülüb
aparılan atların, qoyunların və başqa mal-qaranın otlaması üçün
yaşıl ot tapılmış olsun
25
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin