307
kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri
onun təsdiqləməsi
və möhürü olmadan verilmirdi
82
İskəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə
“divan-i əlanın böyük mustoufilərindən” məlum olan on nəfərin yeddisi
mustoufi əl-məmalik, ikisi də “mustoufiy-i bəqayə” “vergi borcları üzrə
xəzinədar” idi
83
.
Aşağıdakılar mustoufi əl-məmalik olmuşlar: 1)
Mir Məsud
Curbadqani; 2) Xacə Hüseyn; 3) Qiyas Kohre Şirazi adı ilə tanınan Xacə
Qiyasəddin Əli; 4) Xacə Qasım Nətənzi; 5) Xacə Məlik İsfahani; 6) Mir
Qiyasəddin Mahmud Şəhristani İsfahani; 7) Mirzə Şükrulla İsfahani.
Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi,
“riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir”
(qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış
Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin
Mahmud bu vəzifədə az işlədi
və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi
“əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi
hümayun)” arasında bölüşdürüldü. “Onlardan hər biri öz idarəsinin
mustoufisi idi”. Sonra Mir Qiyasəddin Mahmud
yenidən vəzifəyə təyin
edildi və bu dəfə uzun müddət ərzində öz vəzifəsini yerinə yetirdi. O, Şah
Təhmasibin vəfatına üç il qalmış azad edildi və onun yerinə Mirzə
Şükrulla irəli sürüldü. Mustoufi əl-məmalikin rolunu bundan görmək olar
ki, hicri 981 (1573-1574)-ci ildə Mirzə
Şükrulla bu vəzifəyə təyin
olunarkən ona 500 Təbriz tüməni məbləğində məvacib müəyyən
edilmişdi. Vəzirlər – Seyid Həsən Fərəhani və Xacə Cəmaləddin Əli
Təbrizi üçün müəyyən edilən məvaciblər
də həmin miqdarda idi
84
.
Yuxarıda qeyd edildiyi kimi, II İsmayılın dövründə Mirzə Şükrulla vəzir
vəzifəsinə keçirilmiş, onun yerini isə Mirşah Qazi İsfahani tutmuşdu. O,
yeni şah – Məhəmməd Xudabəndənin dövründə də mustoufi əl-məmalik
vəzifəsində qalmış və “işdə tam sərbəstlik göstərmişdi”. Lakin o, tezliklə
ona düşməncəsinə yanaşan vəzir Mirzə Salmanın təhriki ilə vəzifədən
kənar edilmiş və mustoufilik vəzifəsi
Xacə Məhəmməd Bəkir Hərəviyə
verilmişdi
85
. Mustoufiyan-i bəqayə sırasında İskəndər bəy Münşi Mir
308
Hidayətulla Məmurinin, onun qardaşı Mir
Məhəmməd Məmurinin,
habelə əvvəlcə mustoufi əl-məmalik vəzifəsinə irəli çəkilmiş Mirşah
Qazi İsfahaninin adlarını çəkir
86
.
Dostları ilə paylaş: