79
Zülfüqar xan şahın adamları tərəfindən qalada öldürüldü, onlar
qapıları açıb şahı şəhərə buraxdılar. Bağdadın idarə olunması xan
rütbəsi ilə birgə Məhəmməd Sultan Şərəfəddin oğlu Təkəliyə
tapşırıldı
30
.
Hicri 938 (1531-1532)-ci ildə Üləma
bəy Diyarbəkirin
Osmanlı hakimi Fil Yaqub paşanın 50 min nəfərlik qoşununun
köməyilə yerli hakim Şərəf xanı Bidlisdən sıxışdırıb çıxartdı və o
da yardım üçün qızılbaş sarayına müraciət etdi. “Təzkirə”də deyilir
ki, Şah Təhmasib öz müvəkkili İstanbula göndərib Üləma bəyin
təslim olunmasını tələb etdi. Lakin sultan rədd cavabı verdi və öz
növbəsində Şərəf xanın ona təslim olunması tələbini irəli sürdü
31
.
Şah sultanı barışdırmağa daha bir
dəfə cəhd göstərərək vəkil
Hüseyn xan Şamlının başçılığı ilə yeni elçi heyətini onunla
danışığa göndırdi. Lakin Üləma bəyi Şərəf
xanla dəyişmək təklifi
qəbul olunmadı. Sultan barışmaz mövqe tutdu. Belə olduqda şah
Üləmaya qarşı qoşun göndərib Bidlisi geri aldı. Bundan
az sonra
qızılbaşların Übeydulla xana qarşı Xorasana yürüşündən istifadə
edən Üləma bəy hicri 940 (1533)-cı ildə təkrarən Bidlisə hücum
etdi. Şərəf xan öldürüldü, şəhər Üləmanın
əlinə keçdi
32
.
Dostları ilə paylaş: