Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi


Şəhər kadastrının yaranması 3 mərhələdə həyata keçirilir



Yüklə 57,74 Kb.
səhifə5/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   2   3   4   5   6   7   8   9   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

Şəhər kadastrının yaranması 3 mərhələdə həyata keçirilir:

  1. Baza sənədlərin hazırlanması

  2. Orta səviyyəli sənədlərin hazırlanması

  3. Kadastr məlumat bankının hazırlanması

Baza sənədlərinin hazırlanması ilkin mərhələdə şəhər hüdudları daxilində torpaq və digər daşınmaz obyektlərin ümumi inventarizasiyanın aparılması ilə qeydə alınır. Bu göstəricilər 1:2000 və 1: 5000 miqyaslı layihələrdə əks etdirilir.

Baza məlumatlarında şəhər ərazisinin qanunvericlikdə nəzərdə tutulmuş qaydada təyin edilmiş sənədləri, koordinat sistemi, qonşuluqları, məskunlaşma və istehsal ərazilərinin bir – birindən ayrılma mövqeyi, nəqliyyat, rabitə şəbəkəsinin yerləşməsi, istirahət və sosial qrupların yerləşməsi bütövlükdə əks etdirilir. Baza məlumatları özündə Naxçıvan MR – na aid edilir.

Sonrakı mərhələdə orta baza məlumatları Respublikanın bütün ərazi vahidlərini əhatə edir. Orta baza məlumatları Daşınmaz Əmlakın Kadastr baza məlumatları üçün əsas hesab edilir. Kadastr baza məlumatları şəhər ərazilərində daşınmaz əmlakın kadastr sisteminin həm yazılı, həm də elektron variantda işlənmiş sistemidir və nəticədə daşınmaz əmlakın kadastr fonduna daxil edilir. Daşınmaz Əmlakın Kadastr fondu şəhər inzibati vahidliyində yaşayış məskunlaşmasının və istehsal qrulaşdırılmasının, eləcə də, şəhərlərin zonalaşmasının funksional ixtisaslaşmasını rəqəmli elektron bazasının yaradılmasında müüm əhəmiyyət kəsb edir, bu baza məlumatlarında yaşayış və qeyri – yaşayış sahələrinin yerləşməsinə xüsusi diqqət yetirilir.

Tikinti sıxlığından asılı olaraq, ərazi üzrə yerləşmənin proqnozu işlənir və ayrılacaq torpaq sahəsinin ölçüsü müəyyən edilir.

Tikinti sıxlığı dedikdə, vahid sahəyə düşən bina, qurğu, obyekt və digər elementlərin kəmiyyət göstəricilərinin həmin sahəyə olan nisbəti ilə ifadə olunur.


Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin