Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması


Təyini: şəhəryaradan müəssisələr (sahələr)



Yüklə 8,33 Mb.
səhifə31/51
tarix28.12.2021
ölçüsü8,33 Mb.
#17018
1   ...   27   28   29   30   31   32   33   34   ...   51
Təyini: şəhəryaradan müəssisələr (sahələr) - şəhər iqtisadiyyatında aparıcı rol oynayan (dominant olan) müəssisələr, müəssisələr qrupu, sahələr və ya fəaliyyət növləri, məsələn: kurort şəhərində rekreasiya obyektləri və otellər kompleksi, elmi şəhərcikdə ETİ-ri sistemi, sənaye şəhərində iki zavod (müəssisə), paytaxt mərkəzdə inzibati idarələr sistemi və s.

Şəhəryaradan əhali – şəhərin şəhəryaradan müəssisələrində (şəhəryaradan sahələrində) məşğul olan əhalidir.

Layihəöncəsi tədqiqatlar mərhələsində (texniki iqtisadi əsaslanma) şəhəryaradan amillərin təhlili aparılır və bunun əsasında şəhərin perspektiv inkişafı haqqında – ümumi iqtisadi potensalı, funksional strukturun dəyişilmə dinamikası, məşğulluq strukturu, demoqrafik struktur vəəhalinin pespektiv sayı və s. barədə nəticə çıxarmaq mümkündür. Bu şəhərsalma sənədlərinin işlənilməsinin əsası olan məskunlaşma məntəqəsinin ümumi inkişaf strategiyasını düzgün formalaşdırmağa imkan verib.

Daha sonra şəhər planının inkişafına təsir edən şəhəryaradan amillərin bütöv kompleksi təhlil edilir (şək.69)

Şəhərin planlaşdırılma strukturunun inkişafı bütöv şəhərformalaşdıran amillər kompleksinə tabedir: relyef, hidroqrafiya, iqlim, planlaşdırma məhdudiyyətinin mövcudluğu (su saxlanılan və sanitar-müdafiə zonaları), dəmiryolların və avtomagistralların trassirovkası, sənaye obyektlərinin və mühəndis qurğularının yerləşdirilməsi.



Şəhərformalaşdırma prosesində şəhər planının (planlaşdırılma strukturunun) unikal forması yaranır.

Şək.69. Yaşayış və rekreasiya funksiyalarının yerləşdirilməsi üçün ərazinin kompleks şəhərsalma təhlili:

A-mühəndis geoloji şərait və sanitar-gigiyenikşərait, B-ərazinin mikroiqlim dəyəri, C-ərazinin memarlıq-landşaft dəyəri, D-ərazinin tikinti üçün yararlılıq dərəcəsi üzrə son dəyərləndirmə.

Bütün şəhərformalaşdıran amillər kompleksinin aşkara çıxarılması üzrə aparılan təhlil baş planın aşağıdakı çertyojlarında qeyd olunur (göstərilir):



  • Ərazinin istifadə olunması haqqında məlumat əks etdirən ərazinin müasir istifadə sxemi (istinad planı) (mövcud yaşayış və ictimai tikinti, kapitallığına və mərtəbəliliyinə görə yerləşdirilmə sənaye-kommunal byektlər, nəqliyyat və mühəndis kommunikasiyalar yaşıllıq əkinləri və s. şək. 70).

  • Mədəni irsi əraziləri (tarixi, memarlıq, arxeologiya abidələri, qoruqlar və s.), xüsusi istifadə şərtləri olan zonaları (faydalı qazıntı yataqları zonaları, sanitar-müdafiə, su anbarları, səsdənqoruyan zonalar və s.), fövqaladə halların baş vermə riski olan əraziləri (sürüşmə, uçma, subasma, kimyəvi və radiasiya yoluxması, partlayış və s. təhlükəsi olan ərazilər, şək. 71) əks etdirən məhdudiyyətlər sxemi (planlaşdırma məhdudiyyəti sxemi).

  • Ərazi inkişafının kompleks təhlilinin nəticələrini (müxtəlif şəhərsalma dəyəri zonaları, yaşayış, sənaye və rekreasiya funksiyalarının yerləşdirilməsi üçün ərazilərin yararlılıq dərəcəsi, şək 72) əks etdirən ərazinin kompleks dəyərləndirmə sxemi.







Şək.70. Q.Kaltan. Ərazinin müasir istifadə sxemi


Şək.71. Q.Kaltan. Planlaşdırma məhdudiyyəti sxemi

Şək.72. Q.Kaltan. Ərazinin kompleks dəyərləndirmə sxemi

Şəhərformalaşdıran amillərin şəhər planı inkişafına təsirini unikal və parlaq ifadə olunmuş təbii-iqlim və landşaft şəraitində inkişaf edən şəhərlərin misalında dəqiq izləmək olar. Bir çox Sibir şəhərlərinin planlaşdırılma strukturuna hidroqrafiya və yerin relyefi böyük təsir göstərmişdir (şək. 73.74).



Şək.73. Şəhər planının formalaşmasına təbii-landşaft şəraitinin təsiri




Şək.74. Şəhərsalma layihələndirməsində hidroqrafik və landşaft şəraitinin nəzərə alınması

Şəhərsalma layihələndirilməsində təbiət kontekstinə iki prinsipial yanaşma.




Tabe edilmə

Nəzərə almama

Avstriya


Paris, rekonstruksiya layihəsi, 1925, le Korbüzye




Ekoloniya qəsəbəsi, Niderland



Moskva. Rekonstruksiya layihəsi, 1932.


Amma, təbii şəraitə tamamilə tabe edilmə və ya tamamilə nəzərə almama çətin ki, mümkündür, çox ehtimal ki, bu və ya başqa yanaşmaya sadəcə can atılır.





Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin