Mövzu 8
Şəhərin zonalaşması. Funksional zonalaşma.
Şəhərin funksional təşkilinin əsas prinsipləri.
Zolaq (kəmər) zonalaşması, şəhərsalma zonalaşması.
Təyini: Funksional zonalaşma – şəhər ərazilərinin istifadə xarakterinə görə ayrılmasıdır.
Şəhər ərazisinin dəqiq funksional zonalara ayrılması şəhərlər üçün hər zaman xarakterik olmamışdı, sənayeyə qədərki şəhərlərdə funksiyaların məkanda qarışması hiss olunur. Şəhər təşkilnini yeni prinsipinin yaranması (funksional zonalaşması) Avropada sənaye inqilabı ilə bağlıdır.
İlk dəfə funksional zonalaşma prinsipi 1903-cü ildə T. Qarnye tərəfindən formalaşdırılmışdı. Yenilik onda idi ki, şəhərdəki funksiya və proseslər aydın şəkildə sərhədlə ayrılırdı, bunun da nəticəsi olaraq yaşayış məkanlarının təşkilində və nəqliyyat-piyada hərəkətində yeni üsullar tətbiq olunurdu.
T. Qarnye şəhəri məkanca ayırmaq təkilif etdi: yaşayış, əmək, istirahət, təhsil, hərəkət (şək. 75).
Şək. 75. T.Qarnye, industrial şəhər layihəsi, “Roma mükafatı”, 1903
Tədricən funksional zonalaşma prinsipi professional memar düşüncəsini fəth edi və şəhərsalma nəzəriyyəsi və praktikası tərəfindən diqqətə cəlb olunur (şək. 76).
Şək. 75. Xətti inkişafın funksional-axın sxemi, N.Milyutin
Funksional zonalaşma ideyalarının nəzəri tətbiqində və populyarlaşmasında CİAM-ın böyük rolu olmuşdur. (Beynəlxalq Müasir Memarlıq Konqresi):
1928-ci il, konqress CİAM deklorasiyadan: “şəhərsalma-kollektiv həyat funksiyalarının təşkili....”
1933-cü il konqres CİAM-Afina xartiyasının qəbul olunması deklorasiyada: “Funksional zonalaşma-şəhərsalmanın əsas prinsipidir”.
Dostları ilə paylaş: |