Uzaq periferiya – funksiyanın ən minimum olduğu ərazilər (şəhərətrafı).
Şək. 79
Şəhərin inkişafına görə (ərazi genişlənməsi və ya rekonstruksiya) kəmər zonaların sərhədləri transdformasiya olunur. Kəmər zonalarının sərhədlərinin konfiqurasiyasının dəyişməsinə bilavasitə şəhərin planlaşdırılma strukturunun (karkasın) inkişafı təsir göstərir. Kəmər zonaları bir-birin udaraq (tutaraq) genişlənir (mərkəz orta zonanın hesabına, orta zona periferiyanın hesabına genişlənir).
Müasir şəhərsalma qanunvericiliyində ərazinin şəhərsalma zonalaşması anlayışı mövcuddur (şək. 80). Zonalaşmanın bu növü bütöv şəhərsalma sisteminin optimal funksiyalaşma məqsədi ilə şəhərin müxtəlif ərazilərinin perspektiv inkişaf xarakterini müəyyənləşdirməyi nəzərdə tutur.
Bu zonalaşma növü ərazilərin inkişafına təsir edən amillərin maksimum sayını əks etdirməli və nəzərdə tutmalıdır (şək. 81).
Dostları ilə paylaş: |