Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması



Yüklə 8,33 Mb.
səhifə38/51
tarix28.12.2021
ölçüsü8,33 Mb.
#17018
1   ...   34   35   36   37   38   39   40   41   ...   51
Təyini: yaşayış ərazisi – yaşayış tikintisinin, ictimai mərkəzlərin və əhalinin istirahət zonasının yerləşdiyi zona, əhalinin qeyri-istehsalat fəaliyyəti mühiti.

Kiçik və orta şəhərlərdə yaşayış zonası adətən bütün şəhər ərazsinin yarısını tutur, bununla yanaşı yaşayış zonasının özünün təxminən yarısını yaşayış təşkil edir, qalan ərazilər isə şəhər əhəmiyyətli ictimai idarələrin, şəhər magistrallarının və yaşıllıq məkanlarının sahələri üçün istifadə olunur. Iri şəhərlərdə bu nisbət nəqliyyat şəbəkəsinin daha çox inkişafı və yaşayış əraziləri payının azalması hesabına dəyişir.

Yaşayış mühiti aşağıdakı mərhələlərdə təşkil olunur: rayon planlaşdırılmasında yaşayış tikintisi üçün meydançaların seçimi həyata keçirilir, baş planda şəhərin və ya kənd yaşayış yerinin yaşayış zonasının kompleks təşkil olunması məsələləri həll edilir, müfəssəl planlaşdırılma və tikinti layihələrində yaşayış komplekslərinin formalaşması üzrəmemarlıq-planlaşdırılma təklifləri işlənir, tikinti üsulları, yaşayış və ictimai bina tipləri müəyyənləşdirilir.

Yaşayış ərazisinə olan tələbatı qabaqcadan müəyyən etmək üçün mərtəbəlilikdən asılı olaraq iriləşmiş (böyüdülmüş) göstəricilər qəbul olunur. Bunlar min nəfərə 10-7 ha arasında olur.

Şəhərlərdə yaşayış ərazilərini sahəsi 250 ha-dan çox olmayan hissələrə magistrallarla və yaşıllıq zolaqları ilə bölmək lazımdır. Yaşayış zonasının planlaşdırılma strukturu onun bütün elementlərinin rasional (səmərəli) təşkilini və qarşılıqlı yerləşdirilməsini nəzərdə tutur. Yaşayış ərazisinin planlaşdırılma təşkili şəhərin böyüklüyündən, təbii iqlim şəraitindən, şəhərin böyümə sürətindən və s. asılıdır (şək. 82).




Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin