Təyini: kəmər (zolaq) zonalaşma -- ərazi istifadəsinin intensivliyinə, onun müxtəlif funksiyalarla dolğunluğuna görə zonalaşmadır (şək. 79).
Mərkəzi zona – ən çoxfunksiyalı element, müxtəlif funksiyaların yüksək konsentrasiyası, şəhərin ictimai həyatının fokusu, yüksək şəhərsalma dəyəri olan daha intensiv mənimsənilmiş ərazilərdir.
Periferiya (ətraf, kənar)- şəhərin aşağı sıxlıq və az funksiyalar, mərkəzdə əlaqənin çətin olması (məsafə, təbii və ya süni maneələr) xarakterik olan aşağı şəhərsalma dəyəri olan, ən az intensiv dərəcəsi ilə mənimsənilmiş ərazilərdir.
Orta zona – funksiyaların sıxlığı və mənimsənilmə intensivliyi mərkəzi zonaya nisbətən az, periferiyaya nisbətən çoxdur.