18
DƏRMAN VASİTƏLƏRİNİN SEÇİLMƏSİ
1. Qlükometabolik vəziyyətə uyğun
►
Postprandial hiperqlikemiya zamanı – α-qlükozidazanın inhibitoru,
qısa müddətli sulfonil-sidikcövhəri preparatları, qlinidlər, qısa
müddətli requlyar insulin və ya insulinin analoqları.
►
Acqarına hiperqlikemiya – biquanidlər,
uzun müddətli sulfonil-
sidikcövhəri preparatları, qlitazonlar, uzun müddətli requlyar insulin
və ya insulinin analoqları
►
İnsulin rezistentliyi – biquanidlər, qlitazonlar, α-qlükozidazanın
inhibitoru
►
İnsulin çatışmazlığı – sulfonil-sidikcövhəri preparatları, qlinidlər,
insulin
2. ŞD2-nin ilkin müalicəsi
zamanı
Seçim preparatları:
9
Metformin
9
Tiazolidinedion
9
Sekretaqoqlar
9
Dipeptidil-peptidaza-4 inhibitoru
9
Alfa-qlükozidazanın inhibitoru
2-3 ay ərzində preparatın monitorinqi və titrlənməsi aparılmalıdır.
2-3 aydan sonra tələb olunan qlikemik profil əldə edilmədikdə,
kombinə olunmuş terapiyanın başlanması tövsiyə olunur.
İnsulin terapiyası
►
HbA1c səviyyəsi 8%-dən çox,
simptomatik hiperqlikemiya
olarsa, həmçinin AQQ-nin yüksəlməsi və ya HbA1c-dən asılı
olmayan postprandial qlükozanın həddən artıq artması olarsa,
insulinlə terapiya başlanmalıdır.
(A)
►
Hiperqlikemiyaya nəzarət etmək üçün və HbA1c 10%-dən çox
olduqda baş verən qlükoza toksikliyinin qarşısını almaq
məqsədilə insulin terapiyası təyin edilir, vəziyyət bərpa edildikdə
insulin müalicəsi dəyişdirilir və ya dayandırılır.
(A)
►
Aşağıdakı hallarda ŞD2-li xəstələrə müvəqqəti olaraq AQP-yə
nəzarət etmək üçün monoterapiya və ya oral preparatlarla
kombinə olunmuş şəkildə orta- və ya
uzunmüddətli təsir edən
insulin təyin edilir:
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
9 Oral preparatlar qeyri-effektiv, intolerant olduqda və ya əks
göstərildikdə
9 Qısa zaman ərzində euqlikemiya
vəziyyətini əldə etmək üçün
(məs., uzunmüddətli hiperqlikemiya əlamətləri olan xəstələr
əməliyyatdan sonrakı və/ və ya təcili yardım məntəqəsində)
9 Hamiləlik planlaşdırılanda və ya baş verdikdə
9 HbA1c normal səviyyədən >1,5 % çoxdur
9 Çəkinin itməsi və ya qida qəbulu
ilə əlaqəli olmayan ketozla
bağlı insulin çatışmazlığı
Dostları ilə paylaş: