17
III. Arterial hipertenziyası (AH) olan ŞD2 xəstələrinin öyrədilməsi:
1. ŞD nədir?
2. Qidalanmanın planlanması.
3. ŞD və fiziki aktivlik.
4. Dərman müalicəsi.
5. Qanda şəkərə nəzarət.
6. Arterial hipertenziya və fiziki aktivlik.
7. Arterial təzyiqə nəzarət.
8. Pəncəyə qulluq.
FARMAKOLOJİ MÜALİCƏ
ŞD tip 2-nin müalicəsinin alqoritmi
Hal-hazırda müalicə Amerika Diabet Assosiasiyası və Diabetin
Öyrənilməsi üzrə Avropa Assosiasiyasının hazırladığı müalicə
alqoritminə əsasən aparılır (Əlavə 2).
Farmakoloji müalicənin prinsipləri:
►
Diaqnoz qoyulan andan başlayaraq ŞD2-li xəstələrə müalicə
proqramı komponentlərinin hamısı mütləq qaydada tətbiq
olunmalıdır.
(A)
►
Tələb edilən qlikemik səviyyə əldə edilənə qədər dərman
terapiyasının daimi monitorinqi və titrlənməsi 2-3 ay ərzində
aparılmalıdır.
(A)
►
Əgər 2-3 aydan sonra lazımı nəticə əldə edilməzsə, başlanılan
müalicə intensivləşdirilməlidir.
(A)
►
Monoterapiya və ya kombinə olunmuş terapiya zamanı qlikemik
profil əldə edilmədikdə doza artırılmalıdır və ya ikinci, yaxud
üçüncü dərman əlavə edilməlidir.
(A)
Dostları ilə paylaş: