Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   2   3   4   5   6   7   8   9   10   ...   23
24 Diabetes

Cədvəl 1
. 
OQTT-nin cavablarına əsasən ŞD, QTP və AQP zamanı kapilyar 
və venoz qanda və plazmada qlükoza konsentrasiyasının diaqnostik 
göstəriciləri (75 qr. quru qlükoza 250-300 ml isti suda həll edilir. 
Ürəkbulanmanın olmaması üçün suya az miqdarda limon turşusu və ya bir 
parça limon əlavə etmək olar.)
Qlükozanın konsentrasiyası, mmol/l (mq/dl) 
Qanda Plazmada 
Klinik 
interpretasiya 
Venoz Kapilyar Venoz Kapilyar 
Şəkərli diabet 
Acqarına 
≥ 6.1
( ≥ 110 ) 
≥ 6.1
( ≥ 110 ) 
≥ 7.0
( ≥ 126 ) 
≥ 7.0
( ≥ 126 ) 
2 saat sonra 
≥ 10.0
( ≥ 180 ) 
≥ 11.1
( ≥ 200 ) 
≥ 11.1
( ≥ 200 ) 
≥ 12.2
( ≥ 220 ) 
Qlükozaya qarşı tolerantlığın pozulması 
Acqarına 
< 6.1
( <110 ) 
< 6.1
( < 110 ) 
< 7.0
( <126 ) 
< 7.0
( < 126 ) 
2 saat sonra 
≥ 6.7
( ≥ 120 ) 
< 10.0
( < 180 ) 
≥ 7.8
( ≥ 140 ) 
< 11.1 
( < 200 ) 
≥ 7.8
( ≥ 140 ) 
< 11.1
( <200 ) 
≥ 8.9
( ≥ 160 ) 
< 12.2
( <220 ) 
Acqarına qlikemiyanın pozulması 
Acqarına 
≥ 5.6
( ≥ 100 ) 
< 6.1 ( 
<110 ) 
≥ 5.6
( ≥ 100 ) 
< 6.1
( <110) 
≥ 6.1
( ≥ 110 ) 
< 7.0
( < 126 ) 
≥ 6.1
( ≥ 110 ) 
< 7.0
( < 126 ) 
2 saat sonra 
< 6.7
( < 120 ) 
< 7.8 
( <140) 
< 7.8
( < 140 ) 
< 8.9
( < 160 ) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 11
Diabetin diaqnostikası üçün HbA1c-nin təyini hal-hazırda tövsiyə 
olunmur (D). 
 
3. ŞD2 olan xəstələrin İlkin qiymətləndirilməsi 
Tam tibbi qiymətləndirmə zamanı diabetin təsnifatı aparılmalı, 
diabetik fəsadların olub-olmaması müəyyənləşdirilməli, öncəki 
müalicə nəzərdən keçirilməli və diabet diaqnozu qoyulan xəstələrdə 
qlikemiyaya nəzarətin olmasına fikir verilməlidir. Toplanan 
məlumatlar müalicə planının tərtib edilməsində və xəstənin davamlı 
aparılmasında yardımçı olacaqdır. Hər bir xəstəyə onun vəziyyətini 
xarakterizə edən laborator müayinələr aparılmalıdır. 
Diabetin tam qiymətləndirilməsinin komponentləri. 
Xəstəlik tarixi 
► 
Diabetin başlanma yaşı və xüsusiyyətləri (məs., DKA, 
asimptomatik laborator tapıntılar) 
► 
Qida rejimi, qidalanma statusu, uşaqlıq və yetişkənlik dövrünün 
çəki, boy artımı və inkişaf tarixi 
► 
Diabet üzrə maariflənmə tarixi 
► 
Öncə aparılmış müalicənin və onun nəticəsinin xülasəsi (HbA1c 
qeydləri) 
► 
Dərman preparatlarını, qidalanma rejimini və fiziki aktivliyi, 
həmçinin qlükozanın monitorinqinin nəticələrini və pasiyentin bu 
məlumatdan istifadə etmə bacarığını əks etdirən diabetin hal-
hazırkı müalicə planı 
► 
DKA-nın tezliyi, ağırlığı və səbəbi 
► 
Hipoqlikemiya epizodları 
► 
Hipoqlikemiyanın başa düşülməməsi (vaxtında müəyyən 
edilməməsi) 
► 
Hər hansı bir ağır hipoqlikemiya: tezliyi və səbəbi 
► 
Diabetik fəsadların tarixi 
► 
Mikrovaskulyar fəsadlar: retinopatiya, nefropatiya, neyropatiya 
(sensor – buraya pəncədə olan dəyişikliklər aiddir və avtonom – 
buraya seksual disfunksiya və qastroparez aiddir) 
► 
Makrovaskulyar fəsadlar: ÜXX, serebrovaskulyar xəstəlik, PAX 
► 
Başqa psixoloji problemlər, diş xəstəlikləri 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 12
Fiziki müayinə 
► 
Boy, çəki, BKİ 
► 
Qan təzyiqinin ölçülməsi, ehtiyac olduqda ortostatik vəziyyəti 
dəyişməklə 
► 
Göz dibinin müayinəsi 
► 
QV palpasiyası 
► 
Dəri müayinəsi (acanthosis nigricans və insulin inyeksiyası 
yerlərini təyin etmək üçün) 
► 
Pəncənin hərtərəfli müayinəsi: 
9 Baxış 
9 Arteria dorsalis pedis və arteria tibialis posterior-da pulsasiyanın 
yoxlanılması 
9 Diz qapağı və Axill reflekslərinin olması/ olmaması 
9 Proprioseptiv, vibrasiya və monofilament hissiyyatlarının təyin edilməsi 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin