Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol


Şəkərli diabetli xəstələrin monitorinq planı (D)



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
24 Diabetes

Şəkərli diabetli xəstələrin monitorinq planı (D) 
Test/yoxlama 
Aparılma tezliyi 
HbA1C 
1-3 aydan bir 
Göz müayinəsi 
İldə 2 dəfə 
Tam ayaq müayinəsi 
1. Ayağın vizual və palpator müayinəsi – 
həkimə hər müraciətdə 
2. Ayaqda hissiyyatın yoxlanılması – ildə 2 dəfə 
Lipid profili 
1. Normaldırsa, ildə 2 dəfə 
2. Dəyişiklik varsa, 1-3 aydan bir 
Mikroalbuminuriya 
İldə 2 dəfə 
Kreatinin 
1. Normaldırsa – ildə 2 dəfə 
2. Dəyişiklik varsa – ayda 1-2 dəfə 
Qan təzyiqi 
1. Normaldırsa – həkimə hər müraciətdə 
2. Dəyişiklik varsa – günlük özünənəzarət 
Çəki 
Həkimə hər müraciətdə 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


ŞD2-nin müalicə planı 
Əsas prinsiplər: 
► 
Həyat tərzinin dəyişdirilməsi: 
9 Düzgün qidalanma 
9 Fiziki aktivlik 
► 
Özünənəzarət 
► 
Xəstələrin təlimi 
► 
Şəkər endirici farmakoterapiya 
► 
Fəsadların və yanaşı xəstəliklərin erkən müalicəsi (arterial 
təzyiqin tənzimlənməsi, qanda lipidlərin səviyyəsinin 
normallaşdırılması və s.) 
HƏYAT TƏRZİNİN DƏYİŞDİRİLMƏSİ 
Tibbi qidalanma ilə müalicə (TQM) 
► 
Artıq çəki və piylənmə insulinə rezistentliyin səbəbdir. Ona görə 
də diabet və ya risk faktorları olan şəxslərə çəkini azaltmaq 
tövsiyə olunur. (A) 
► 
Az karbohidratlı pəhrizdə olan xəstələrdə lipid profili, böyrək 
funksiyası və zülal mübadiləsinin (nefropatiya hallarında) 
monitorinqini aparmaq və ehtiyac olduqda hipoqlikemiyanı 
müalicə etmək lazımdır. (D) 
► 
Yüksək risk qrupuna daxil olan şəxslər tərkibində bitki lifləri (14 
qr. bitki lifi/1000 kkal) və dənli bitkilər (normadan 1,5 dəfə çox) 
olan pəhrizə riayət etməlidir. (B) 
Diabet zamanı yağ qəbulu 
► 
Qəbul edilən yağlar ümumi kalorilərin 7%-ni təşkil etməlidir. (A) 
► 
Transformasiya olunan yağların miqdarı minimal olmalıdır.
(D) 
Diabet zamanı karbohidratlar qəbulu 
► 
Qəbul edilən karbohidratların hesablanması və sübutlara 
əsaslanan üsullardan istifadə etməklə karbohidratlar qəbulunun 
monitorinqi qlikemik nəzarətin əsas mərhələsidir. (A) 
► 
Qəbul edilən karbohidratların hesablanmasına nisbətən, diabet 
zamanı qlikemik indeks və qlükoza ilə yüklənmənin köməyi ilə 
qlikemiyanın daha dəqiq nəzarətini aparmaq mümkündür. (B) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Qidalanma ilə bağlı digər tövsiyələr 
► 
Gündəlik dozada qlükozanı əvəzedici tərkibli şirniyyatlar qəbul 
edilə bilər. (A) 
► 
Diabetli xəstələr çox az miqdarda alkoqol qəbul edə bilərlər 
(gündə 1 kiçik qədəh və ya ondan az qadınlar, 2 kiçik qədəh və 
daha az kişilər üçün) (D) 
► 
Effektivliyi və uzunmüddətli istifadəsinin təhlükəsizliyinə dair 
kifayət qədər sübut olmadığı üçün vitamin E, C və karotin kimi 
antioksidant əlavələrin rutin istifadəsi tövsiyə olunmur. (A) 
► 
Ahıl yaşlı və ya piylənməsi olan yaşlı xəstələrdə xromun 
istifadəsinin üstünlüyü tam sübut edilmədiyi üçün, ondan istifadə 
tövsiyə olunmur. (D) 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin