Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
24 Diabetes

Fiziki aktivlik 
► 
Çəkini azaltmaq və eyni səviyyədə saxlamaq üçün fiziki aktivlik 
həyat tərzinin dəyişdirilməsi proqramına daxil edilməlidir. (B) 
► 
ŞD xəstələri ən azı həftədə 150 dəqiqə orta gərginlikli fiziki 
hərəkətlər (ürək döyüntülərinin 50-70%-ə qədər artması) yerinə 
yetirməlidirlər. (A) 
► 
Əks-göstərişlər olmadıqda ŞD2 olan şəxslər həftədə 3 dəfə
idman hərəkətləri edə bilərlər. (A) 
Pasiyentlər əvvəlcə həkim müayinəsindən keçməlidirlər: ürəyin 
koronar xəstəliyinin risk faktorlarını qiymətləndirmək lazımdır. 
Həkimlər həmçinin əks-göstərişləri təyin etməlidirlər – nəzarət 
olunmayan hipertenziya, ağır avtonom neyropatiya, ağır periferik 
neyropatiya, retinopatiya və ya pəncənin zədələnməsi.
Psixi-sosial qiymətləndirmə və qulluq 
► 
Psixoloji və sosial vəziyyətin qiymətləndirilməsi diabetin 
aparılmasının bir hissəsidir. (D) 
► 
Depressiya, həyəcan, qidalanmanın pozulması və tibbi rejimə pis 
riayət edilməsi ilə nəticələnən şüur pozuntuları kimi psixi-sosial 
problemlərin skrininqi aparılmalıdır. (D) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 16
DİABETDƏ ÖZÜNƏ NƏZARƏTİN ÖYRƏDİLMƏSİ (DÖNÖ) 
Bir qrup göstəricilər vardır ki, onları şəkərli diabeti olan şəxslər 
özləri nəzarətdə saxlamalıdırlar. Bu – özünənəzarət adlanır. 
Özünənəzarət həyat keyfiyyətini saxlamaq və ŞD ağırlaşmalarının 
(həm kəskin, həm də xroniki) profilaktikası üçün olduqca vacibdir. 
ŞD olan şəxslər özləri müalicələrini düzgün korrektə etməlidirlər 
(qidalanma, insulinin və ya həblərin dozaları, fiziki aktivlik). Bu 
məqsədlə ŞD-li xəstələrə təlim keçilir. 
DÖNÖ metabolik nəzarətin optimallaşdırılması, fəsadların 
profilaktikası və aparılması, həyat keyfiyyətinin artırılmasında 
pasiyentlərə kömək edir. 
► 
Diabet diaqnozu qoyulduqdan sonra pasiyentlərə milli 
standartlara əsaslanan DÖNÖ aparılmalıdır. (B) 
► 
Özünə nəzarət əsasında davranışın dəyişməsi DÖNÖ-nün vacib 
nəticəsidir və onun qiymətləndirilməsinin aparılması müalicə 
proqramının bir komponentidir. (D) 
► 
DÖNÖ psixi-sosial araşdırmalara əsaslanmalıdır, çünki 
emosional vəziyyətin yaxşı olması diabetin gedişinə müsbət təsir 
edir. (C) 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin