1. Əsas tərəf həmcins üzvlərdən ibarət olduqda
aşağıdakı hallar özünü göstərir:
a) Əsas tərəfdə başqa şəxslərə aid sözlərlə yanaşı,
birinci şəxsə aid əvəzlik (mən və ya biz) iştirak edirsə, asılı
tərəf birinci şəxsin cəmində olur. Məsələn, Fikirdəyik sən də,
mən də, ağ bulud da, göy çəmən də (S.Vurğun).
b) Əgər əsas tərəfdə olan sözlər arasında ikinci şəxsə
aid əvəzlik (sən, siz) olarsa, asılı tərəf ikinci şəxsin cəmində
olur. Məsələn, Sən də, Adil də məsələnin mahiyyətini
öyrənməlisiniz.(İ. Əfəndiyev)
c) Əsas tərəfdə olan sözlər içərisində birinci və ikinci
şəxs əvəzlikləri iştirak etməzsə, yəni onlar ancaq üçüncü şəxsə
aid olarsa, asılı tərəfdə olan söz həmişə üçüncü şəxsdə olur və
şəxsə görə uzlaşma qalır. Kəmiyyətə görə uzlaşma isə əsas
tərəfdə olan sözlərin xarakterindən, düzülüşündən asılı olaraq
dəyişilir. Əgər əsas tərəfdə olan sözlərin ifadə etdiyi əşyalar,
şəxslər, eyni zamanda, eyni yerdə və xüsusən əlaqəli şəkildə
götürülürsə, bu halda asılı söz çox vaxt cəm olur və kəmiyyətə
Müasir Azərbaycan dili
139
görə əsas sözlə uzlaşır. Məsələn, Abbas, Həyat və Akif xəritəyə
baxaraq danışırdılar. (M.İbrahimov).
Əgər əşya və şəxslər belə əlaqəli şəkildə götürülmürsə,
ayrı-ayrılıqda götürülürsə, bu halda asılı söz cəmlik əlaməti
qəbul etmir və deməli, kəmiyyətə görə uzlaşma pozulmuş olur.
Məsələn, Yenə işığını səndən alacaq, İnsan da, torpaq da,hava
da, su da .(S. Vurğun)
2. Bəzən asılı tərəf həmcins olur. Bu zaman iki hal
özünü göstərir. Birinci halda, asılı tərəfdə olan sözlərin hamısı
şəxs və kəmiyyətə görə əsas sözlə uzlaşır.
İkinci halda isə asılı sözlərdən sıra ilə ancaq sonuncu
əsas sözlə şəxs və kəmiyyətə görə uzlaşır, başqaları isə
uzlaşmır və başqa formalarla əvəz olunur. Belə hallar aşağıdakı
səbəblərdən irəli gəlir:
a) asılı sözlərdə uzlaşma əlaməti olan şəxs və kəmiyyət
şəkilçilərinin ixtisarı nəticəsində. Məsələn, Biz həm işləyəcək,
həm də oxuyacağıq.
b) asılı sözlərin -ıb
4
və bəzən də -araq, -ərək şəkilçili
feli bağlamalarla əvəz olunması nəticəsində. Məsələn, Dəstə-
dəstə biz də gərək, sünbül yığıb, meyvə dərək. (S.Vurğun) Mən
məktəbi buraxaraq, işləməyə başladım.
c) asılı tərəfin deyil, yox sözləri ilə əvəz olunması
nəticəsində. Məsələn, Mən səni deyil, Əlini çağırıram.
Dilimizdə predikativ əlaqəli birləşmələrdə şəxsə görə
uzlaşma həmişə özünü qoruyub saxlayır. Lakin dilimizdə elə
predikativ əlaqəli birləşmələr də vardır ki, bunlarda asılı sözlər
əsas sözlə deyil, sanki öz-özü ilə uzlaşmalı olur. Məsələn,
Danışan mənəm. Danışan sənsən. Danışan odur. Danışan bizik.
Danışan sizsiniz. Danışan onlardır. Uzlaşmanın pozularaq bu
şəklə düşməsinə əsas səbəb subyektlə predikatın öz qrammatik
yerlərini dəyişdirməsi və birləşmənin tərsinə qurulmasıdır.
Məsələn , müqayisə edək, Danışan mənəm - Mən danışıram.
Danışan sənsən - Sən danışırsan və s.
Gülarə Abdullayeva
140
Qeyri-predikativ birləşmələrdə (söz birləşmələrində)
uzlaşma. Uzlaşma əlaqəsi bütün söz birləşmələrində deyil,
yalnız qarşılıqlı tabelilik əlaqələri ilə qurulan ismi
birləşmələrdə olur. Bu ismi birləşmələrin bir qisminin tərəfləri
arasında yanaşma və uzlaşma (II növ təyini söz birləşmələri),
bir qisminin (III növ təyini söz birləşmələri) tərəfləri arasında
isə idarə və uzlaşma əlaqələri olur.
II növ təyini söz birləşmələrində uzlaşma məhdud olub,
yalnız III şəxs üzrədir. Məsələn , iş otağı, dərs kitabı və s.
III növ təyini söz birləşmələrində isə uzlaşma bütün
şəxslər üzrə olub, hərtərəfli və tamdır. I tərəf hansı şəxsdə
olursa (tək və ya cəmdə), II tərəf də uyğun mənsubiyyət
şəkilçisi qəbul edərək onunla uzlaşır. Məsələn, mənim kitabım,
sənin kitabın, onun kitabı və s.
Azərbaycan dilində qeyri-predikativ birləşmələrdə
şəxsə görə uzlaşma həmişə qorunur, kəmiyyətə görə uzlaşmada
Qeyri-
təyini ismi
birləşmə-
lərdə
Mübtəda
ilə xəbər
arasında
II, III növ
təyini söz
birləşmələ
rində
Uzlaşma
əlaqəsi
olur:
Müasir Azərbaycan dili
141
müəyyən pozulmalar özünü göstərir. Məsələn, d ərs ləvazimatı-
dərs ləvazimatları, kənd adamı - kənd adamları və s.
Söz birləşmələri, onların xarakterik
xüsusiyyətləri, təsnifi
Söz birləşməsi ən azı iki müstəqil sözün məna və
qrammatik cəhətdən birləşməsi əsasında formalaşan sintaktik
vahiddir.
Sözlərin sintaktik birləşməsi sözlərarası müəyyən
leksik-semantik münasibət fonunda mövcud olur. Ayrı-ayrı
sözlər bir-biri ilə, hər şeydən əvvəl, mənaya görə birləşərək söz
birləşməsi əmələ gətirir. Bu birləşmələr özünəməxsus
xüsusiyyətlərə malik sintaktik vahid olmaqla yanaşı, bir
tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlıdır. Lakin onlar
müxtəlif, həm də bir-birinə münasibətdə müstəqil dil vahidləri
olub, hərəsinin özünəməxsus xüsusiyyətləri, fəaliyyət dairəsi
və rolu vardır.
Söz birləşməsi də söz kimi nominativlik funksiyasını
yerinə yetirərək əşyaları, hadisələri, prosesləri və s. bildirir. Bu
o deməkdir ki, söz birləşmələri sintaktik mövqeyinə, cümlədəki
roluna və mənasına görə sözə yaxınlaşır və o da söz kimi
cümləyə tikinti materialı kimi daxil olur. Lakin bu oxşarlıq söz
birləşməsi ilə sözü eyniləşdirməyə əsas vermir. Hər şeydən
əvvəl, söz leksik, söz birləşməsi isə qrammatik kateqoriyadır.
Söz səslər, söz birləşməsi isə sözlər əsasında yaranır.
Söz cümlə üçün olduğu kimi, söz birləşməsi üçün də tikinti
materialıdır. Buna görə də, söz birləşməsinin xarakteri onu
əmələ gətirən sözlərlə çox bağlı olur. Söz birləşməsi sözə
nisbətən daha çox leksik konkretliyə malikdir. Məsələn,
müqayisə edək , oxumaq - kitabı oxumaq, saat - qol saatı,
Gülarə Abdullayeva
142
məktub – bu məktub və s. Beləliklə, söz birləşməsində sözün
mənası konkretləşir, dəqiqləşir.
Söz birləşməsi ən azı iki müstəqil sözün birləşməsindən
əmələ gəlir. Onlardan birinin ixtisarı birləşmənin ixtisarı
deməkdir. Söz isə öz-özlüyündə bir leksik vahiddir.
Söz birləşməsində köməkçi vasitənin iştirakı nəticəsində
komponentlərin sayından çox söz iştirak edə bilər. Məsələn,
savad almaq üçün oxumaq birləşməsində üç komponent, dörd
söz vardır. Göstərdiyimiz xüsusiyyətlər söz birləşməsini sözdən
ciddi şəkildə fərqləndirir. Lakin dildə iki-üç sözün
birləşməsindən əmələ gəlmiş mürəkkəb sözlər də fəaliyyət
göstərir. Mürəkkəb sözlərin zahiri forması və istifadə üsulu söz
birləşmələri ilə çox yaxınlıq təşkil edir. Bu cəhətdən söz
birləşmələri ilə mürəkkəb sözlər arasında aşağıdakı ümumi
cəhətləri qeyd etmək olar:
1. Həm söz birləşmələri, həm də mürəkkəb sözlər iki
sözün birləşməsindən əmələ gəlir.
2. Həm söz birləşmələrinin, həm də mürəkkəb sözlərin
komponentləri eyni nitq hissəsinə aiddir və eyni qrammatik
formadadır. Məsələn, su qabı, ayaqqabı, pəncərə şüşəsi,
boyunbağı və s.
3. Həm söz birləşməsinin, həm də mürəkkəb sözlərin
komponentləri bir-birinə uyğun şəkildə sıralanır. Məsələn, ağ
kağız, ağsaqqal, göy çəmən, göygöz və s.
4. Həm söz birləşməsinin, həm də mürəkkəb sözlərin
komponentləri eyni qrammatik əlaqə ilə birləşir. Məsələn, evə
baxan, günəbaxan, suya girən, qulağagirən və s.
Bunlara baxmayaraq, söz birləşmələri ilə mürəkkəb
sözlər bir sıra cəhətlərə görə bir-birindən fərqlənir. Həmin
fərqlər bunlardır:
1. Söz birləşməsini əmələ gətirən sözlər leksik-semantik
müstəqilliyini tamamilə saxlayır, ayrılıqda olduğu kimi,
birləşmə daxilində də ayrı-ayrı məfhumlarla bağlı olur.
Müasir Azərbaycan dili
143
Mürəkkəb sözləri təşkil edən sözlərdə isə bu müstəqillik,
adətən, qalmır.
2. Söz birləşmələrinin hər komponentinə ayrılıqda sual
vermək olur. Məsələn, kitab (nə?)- almaq (nə etmək). Mürəkkəb
söz isə bütöblükdə bir suala cavab verir: günəbaxan (nə?)
Xanəli (kim?) və s.
3. Söz birləşmələrinin tərəfləri arasındakı sintaktik
əlaqələr təsiredici vəziyyətdə olur, özünü açıq şəkildə hiss
etdirir. Mürəkkəb sözlərdə bu əlaqələr hiss edilmir, nəzərə
çarpmır, təhlil zamanı onlar nəzərə alınmır, mürəkkəb sözlərin
əmələ gəlməsində iştirak edən qrammatik ünsürlər daşlaşır.
4. Söz birləşmələrinin hər komponentinin özünəməxsus
müstəqil vurğusu olur. Mürəkkəb sözlərin komponentləri isə bir
vurğu altında deyilir.
5. Söz birləşməsinin tərəfləri mütəhərrik olur, onlar hər
təsadüfdə yeni sözlərlə birləşərək, başqa birləşmələrin
komponentləri ola bilir. Məsələn, kitabı oxumaq- həmin kitabı
oxumaq, məktəb direktoru- məkrəb direktorunun qardaşı və s.
Mürəkkəb sözlərin komponentləri isə belə xüsusiyyətə malik
olmur.
Mürəkkəb sözlərdə heç vaxt bir komponent həmin
vəziyyətdə başqa bir sözlə əlaqələnərək yeni birləşmə və ya
mürəkkəb söz təşkil edə bilmir.
Söz birləşməsində komponentlərdən biri əsas, digəri
asılı tərəf adlanır. Əsas tərəfə müstəqil, tabe edən tərəf, asılı
tərəfə qeyri-müstəqil, tabe olan tərəf də deyilir. Məsələn , gümüş
qaşıq, kitabı oxumaq, dağdan uca və s. kimi birləşmələrdə
birinci tərəf asılı, ikinci tərəf əsas tərəfdir.
Söz birləşmələri əsasən üç prinsipə görə təsnif olunur.
1.
Tərəflərinin (komponentlərinin) leksik - semantik
xüsusiyyətlərinə görə.
2.
Quruluşuna görə.
3.
Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə.
Gülarə Abdullayeva
144
Tərəflərinin ifadə etdiyi leksik-semantik mənaya
əsasən, söz birləşmələrinin iki növü qeyd edilir: sərbəst söz
birləşmələri, sabit söz birləşmələri. Sintaksisin əsas tədqiqat
obyektlərindən biri sərbəst söz birləşmələridir. Bu birləşmələri
əmələ gətirən sözlər öz əsl mənalarından uzaqlaşmır, öz leksik
müstəqilliyini saxlayır və birləşmənin leksik-semantik deyil,
leksik-qarmmatik ünsürləri olur.
Belə birləşmələri hissələrinə ayırmaq, təhlil etmək olur
və bu təhlil birləşmənin əsas mənasına təsir etmir. Məsələn,
maraqlı mənzərə, taxıl tarlası, musiqi dinləyəndə və s. belə
birləşmələrdəndir.
Sabit birləşmələr belə sərbəstliyə malik olmur, dildə
onlardan hazır şəkildə istifadə olunur. Bu birləşmələr dilin
tarixi inkişafı prosesində yaranır və sabitləşir. Belə birləşmələri
əmələ gətirən sözlərdən ən azı biri öz həqiqi mənasından
uzaqlaşıb məcazi məna ifadə edir və beləliklə, bu sözlər
birləşmənin leksik-semantik ünsürünə çevrilmiş olur, birləşmə
daxilində ümumi bir məna, bir məfhum ifadə olunur. Məsələn,
baş sındırmaq, bel bağlamaq, ələ salmaq, ağzına su alıb
oturmaq, saman altdan su yeritmək və s. Bu birləşmələr dilin
tarixi inkişafı prosesində sərbəst birləşmələrdən əmələ gəlir.
Sabit birləşmələr bir sözün ifadə etdiyi mənanı ifadə edir, sözün
ekvivalenti olub, dilin lüğət tərkibində xüsusi bir qatı təşkil
edir. Buna görə də onlar söz birləşmələri haqqında sintaktik
təlimə daxil edilmir. Sintaksisdə söz birləşmələrindən bəhs
edərkən yalnız sərbəst birləşmələr nəzərdə tutulur.
Sabit birləşmələr dilin tarixi inkişafı prosesində sərbəst
birləşmələrdən əmələ gəlmişdir. Hazırda dilimizdə elə
birləşmələr vardır ki, keçid prosesində olub, hər iki məqamda-
həm sərbəst, həm də sabit birləşmə məqamında işlənir.
Məsələn, əldən düşmək, yoldan çıxmaq, yolunu azmaq, başa
salmaq və s.
Müasir Azərbaycan dili
145
Quluşuna görə söz birləşmələri sadə və mürəkkəb olur.
Ümumiyyətlə, söz birləşmələrinin əsas və asılı tərəfinin ifadə
vasitəsini nəzərə almaqla, onu aşağıdakı qruplara ayırmaq olar:
1.Həm əsas, həm də asılı tərəfi bir sözlə ifadə olunanlar.
Məsələn, maraqlı kitab, kəndin mənzərəsi, dağdakı hadisə
və s.
2.Əsas tərəfi söz, asılı tərəfi söz birləşməsi ilə ifadə
olunanlar. Məsələn, məktəb direktorunun çıxışı, kənd həyatının
çətinlikləri və s.
3. Əvvəlkinin əksinə olaraq, əsas tərəfi söz birləşməsi,
asılı tərəfi sözlə ifadə olunanlar. Məsələn, müəllimin iş otağı,
şagirdin yazı yazmağı və s.
4. Həm əsas, həm də asılı tərəfi söz birləşməsi ilə ifadə
olunanlar. Məsələn, Sinif rəhbərinin iş otağı, yaşayış evinin
giriş qapısı və s.
Qeyd olunan birləşmələrdən birinci qrupa daxil olanlar
quruluşca sadə, ikinci, üçüncü, dördüncü qrupa daxil olanlar
isə mürəkkəb birləşmələr hesab edilir. Bundan başqa,
dilimizdə elə birləşmələr də vardır ki, asılı tərəfi bir neçə
sözdən ibarət olub, həmin sözlərin hər biri özlüyündə birbaşa
əsas tərəflə əlaqələnir. Məsələn, dağdakı həmin üç maraqlı
hadisə, səhər avtobusla işə gedəndə və s. Bu cür birləşmələr də
quruluşca mürəkkəb birləşmələr hesab edilir.
Beləliklə, iki sözdən əmələ gələn birləşmələr sadə,
ikidən artıq müstəqil sözdən əmələ gələn birləşmələr mürəkkəb
birləşmələr hesab olunur. Mürəkkəb birləşmələr sadə
birləşmələrin bu və ya başqa şəkildə genişlənməsi nəticəsində
əmələ gəlir və onlar da sadə birləşmələrdə istifadə olunan
qrammatik formalara əsaslanır. Mürəkkəb birləşmələr söz
çoxluğu və məzmun genişliyi ilə sadə birləşmələrdən fərqlənir.
Gülarə Abdullayeva
146
Əsas tərəfin ifadə vasitəsinə görə
söz birləşmələrinin növləri
Tabe edən tərəfin, yəni əsas tərəfin nitq hissələri ilə
ifadəsinə görə söz birləşmələri 3 cür olur: ismi birləşmələr, feli
birləşmələr və zərf birləşmələri.
İsmi birləşmələr. Təyini söz birləşmələri.
İsmi birləşmələr dedikdə əsas tərəfi adlarla, yəni isim və
ya isimləşmiş sözlər və birləşmələrlə ifadə olunan birləşmələr
nəzərdə tutulur. Bu birləşmələrin ən çox yayılmış formaları
bunlardır:
1. İsim+ isim modeli əsasında düzələnlər. Məsələn, daş
hasar, məktəb illəri, dağın havası.
2. Sifət + isim modeli əsasında düzələnlər. Məsələn,
dadlı meyvə, gözəl şəhər, geniş küçə, ağsaqqal nəsihəti,
qocanın öyüdü və s.
3. Say + isim modeli əsasında düzələnlər. Məsələn, beş
kitab, xeyli adam, beşinci sinif və s.
4. Əvəzlik + isim modeli əsasında düzələnlər. Məsələn,
həmin yer, sənin kitabın, bu dağlar və s.
5. Feli sifət +isim modeli əsasında düzələnlər. Məsələn,
gələn adam, oxunmuş kitab, yazılacaq məktub və s.
İsmi birləşmələrin nisbətən az yayılmış və az işlənən
formaları da vardır. Bunlar aşağıdakılardır:
1.İsim+say modeli əsasında düzələnlər. Məsələn,
tələbələrdən biri, uşaqlardan üçü.
2.Əvəzlik + say modeli əsasında düzələnlər. Məsələn,
bizim birimiz, onların ikisi.
3.İsim + sifət modeli əsasında düzələnlər. Məsələn,
uşaqların ən kiçiyi, kitabın qalını.
4.Əvəzlik + sifət modeli əsasında düzələnlər. Məsələn,
bizim böyüyümüz, onların qorxağı.
Müasir Azərbaycan dili
147
5. Sifət + sifət modeli əsasında düzələnlər . Məsələn,
gözəllər gözəli, yaxşılar yaxşısı.
6. Məsdər + isim modeli əsasında düzələnlər . Məsələn,
oxumaq həvəsi, işləmək arzusu və s. yaxud isim + məsdər
formasında düzələnlər. Məsələn, quşun oxumağı, natiqin
danışmağı.
Təsadüfi hallarda işlənən bizim oxuyanımız, onların
oxumuşu və yaxud beşdən biri, (beşin ücü) və s. kimi
birləşmələr də ismi birləşmə hesab olunur.
İsmi birləşmələr iki yolla əmələ gəlir: 1.Analitik yolla.
2.Sintetik yolla. Analitik yolla əmələ gələn ismi birləşmələrdə
xüsusi şəkilçidən istifadə olunmur. Belə birləşmələrin əmələ
gəlməsində söz sırası və intonasiya əsas rol oynayır. Məsələn,
gözəl həyat, uca dağ, üç dost, belə bağ və s. Analitik yolla ismi
birləşmələrin əmələ gəlməsində bəzən köməkçi sözlərdən, daha
doğrusu, qoşmalardan istifadə olunur. Məsələn , Əli kimi adam,
iş üçün alət və s . Sintetik yolla əmələ gələn ismi birləşmələrdə
şəkilçilər əsas vasitə hesab olunur. İsmi birləşmələrin çox
hissəsi bu yolla əmələ gəlir. Məsələn, evin qapısı, dağın
zirvəsi, bizim arzumuz, məktəb direktoru və s.
İsmi birləşmələr iki böyük qrupa bölünür:
1.Təyini söz birləşmələri.
2.Qeyri-təyini ismi birləşmələr. Bəzi dilçilik
kitablarında ikinci qrup, təyini söz birləşmələrinə daxil
olmayan ismi birləşmələr də adlandırılır.
Təyini söz birləşmələrinin tərəfləri arasında atributiv
əlaqə özünü göstərir, yəni bu birləşmələrdə təyinlə təyin
olunanın münasibəti formalaşır. Formal xüsusiyyətlərinə,
yaranma yollarına görə təyini söz birləşmələrinin də dilimzdə
üç növü qeyd olunur: birinci növ təyini söz birləşmələri, ikinci
növ təyini söz birləşmələri, üçüncü növ təyini söz birləşmələri.
Birinci növ təyini söz birləşmələrinin əmələ
gəlməsində heç bir qrammatik- morfoloji əlamətdən istifadə
edilmir. Belə birləşmələr sözlərin yanaşmasından əmələ gəlir,
Gülarə Abdullayeva
148
birinci tərəf atributiv, ikinci tərəf isə həmişə substantiv
xüsusiyyət daşıyır.
Heç bir morfoloji əlamət olmadan əsas sözün asılı sözə
yanaşması nəticəsində əmələ gələn təyini söz birləşmələri
birinci növ təyini söz birləşmələri adlanır.
Birinci növ təyini söz birləşmələri yaranma tarixinə
görə digər növlərlə müqayisədə daha qədimdir.
Birinci növ təyini söz birləşmələrinə yaxşı kitab,
maraqlı dərs, gözəl vətən, oxuyan tələbə və s. misal göstərmək
olar.
Bu birləşmələrin tərəfləri arasında məna əlaqələrindən
atributiv, sintaktik əlaqələrdən yanaşma əlaqəsi özünü göstərir.
Birinci növ təyini söz birləşmələrinin tərəflərinin ifadə
vasitələri müxtəlif və rəngarəngdir. Birləşmənin ikinci tərəfi
bir qayda olaraq isim və ya substantivləşmiş hər hansı bir sözlə,
birinci tərəfi isə əsasən atributiv mənalı nitq hissələri ilə, yəni,
sifət, say, feli sifət, işarə və təyini əvəzliklərlə ifadə olunur.
a) Birinci tərəf sifətlə ifadə olunur. Məsələn, böyük
şəhər, hündür bina, sərin su, çətin tapşırıq və s.
b) Birinci tərəf sayla ifadə olunur. Məsələn, çox adam,
beş kitab, iyirminci əsr, xeyli dəftər və s .
c) Birinci tərəf əvəzliklə ifadə olunur. Məsələn, həmin
hadisə, bu vətən, bütün insanlar və s.
ç) Birinci tərəf feli sifətlə ifadə olunur. Məsələn, axan
su, oxuyan uşaq, gələcək gün, deyilməli söz və s. Bəzən isimlər
də atributivləşərək birinci növ təyini söz birləşmələrinin asılı
tərəfi kimi çıxış edə bilir. Məsələn, gümüş qaşıq, dəmir qapı,
yun parça və s.
Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi
cümlədəki vəzifəsindən asılı olaraq, müxtəlif şəkilçilər qəbul
edərək dəyişə bilir: hallanır, kəmiyyət, mənsubiyyət, xəbərlik
şəkilçiləri qəbul edə bilir. Lakin birinci tərəf bir qayda olaraq
sabit qalır, dəyişmir. Bu birləşmə növünün tərəfləri ayrı-ayrı
cümlə üzvləri rolunda çıxış edir, birinci tərəf həmişə təyin,
Müasir Azərbaycan dili
149
ikinci tərəf isə mübtəda, xəbər, tamamlıq, zərflik rolunda olur.
Məsələn, Qoca münəccimbaşı bərkdən gülüb, birdən ayağa
qalxdı, gözdən itib getdi. (Azərbaycan nağılları) Aşağıda İran
şəhərlərinə xas olan bağçalı həyətlər və evlər gözə çarpır.
(M. İbrahimov) və s.
Əgər birinci növ təyini söz birləşməsinin birinci tərəfi
məntiqi vurğu altına düşərsə, onda hər iki tərəf birlikdə
cümlənin bir mürəkkəb üzvü kimi çıxış edir. Məsələn, Ə li yaxşı
adamdır. Cümləsində yaxşı adam birləşməsi birlikdə ismi
xəbər vəzifəsini icra edir.
İkinci növ təyini söz birləşməsi. Birinci tərəfi qeyri-
müəyyən yiyəlik halda, ikinci tərəfi mənsubiyyət şəkilçili
təyini söz birləşmələri ikinci növ təyini söz birləşmələri
adlanır. Tərifdən də göründüyü kimi, bu birləşmələrin birinci
tərəfi heç bir qrammatik-morfoloji əlamət qəbul etmir, ikinci
tərəfi isə mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn, ana qucağı,
dəniz suyu, yaşayış yeri, alma ağacı və s . İkinci növ təyini söz
birləşmələrinin tərəfləri arasında yanaşma və uzlaşma əlaqəsi
mövcuddur.
Qeyd.
İkinci növ təyini söz birləşməsinin tərəfləri
arasında uzlaşma əlaqəsinin olduğu bütün dilçilər tərəfindən
qeyd edilir. Lakin birinci tərəfin ikinci tərəflə hansı əlaqəyə
girməsi məsələsində fikir müxtəlifliyi özünü göstərir. Bəzi dilçilər
bu məqamda idarə əlaqəsinin olduğunu söyləyirlər. Əsas olaraq
asılı sözün qeyri-müəyyən yiyəlik halda olmasını, deməli, əsas söz
tərəfindən idarə olunmasını göstərirlər. Lakin qeyri-müəyyən
Dostları ilə paylaş: |