SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


EŞQİN DÜNYA VƏ AXİRƏTDƏ OLAN MƏFSƏDƏLƏRİ -



Yüklə 3,12 Mb.
səhifə132/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   128   129   130   131   132   133   134   135   ...   330
EŞQİN DÜNYA VƏ AXİRƏTDƏ OLAN MƏFSƏDƏLƏRİ - YUSİF ƏLEYHİSSƏLAM Eşq insanın qəlbini korlayır. Əgər qəlb korlanarsa sözlər, əməllər və iradə də korlanar. Allah bu xəstəliyi iki sinif insanlar barəsində hekayət etmişdir. O, insanlar da Lut qövmü və qadınlardır. Yusif – əleyhissəlam – öz iffəti, səbri və təqvası ilə hansı hala düşdüyünü də bizə Allah xəbər vermişdir. Yusif – əleyhissəlam – ın düşdüyü bu müsibət, bəla elə bir bəladır ki, buna yalnız Allahın səbr verdiyi kəs səbr edə bilər. «Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər bu qadınların hiyləsini məndən dəf etməsən mən onlara meyl edər və cahillərdən olaram». (Yusuf 33). Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, dünya şirin bir yaşıllıqdan ibarətdir. Allah sizləri dünyada əvvəlki ümmətlərə xəlifələr təyin etdi ki, sizlərin necə əməl edəcəyinizə baxsın. Dünyaya bağlanmaqdan çəkinin. Qadınlardan da qorxun. Çünki İsrail oğullarının ilk fitnəyə düşmələri qadınlar xüsusunda olmuşdur»616.

1. Allah – subhənəhu və təalə – kişinin təbiətində qadına qarşı meyl qoymuşdur ki, necə ki, susamuş insanın suya meyl etməsi kimi. Lakin çox insanlar yeməyə, içməyə qarşı səbri vardır lakin qadınlara qarşı isə səbirsizdir. Buna görə də insan qınanılmaz əgər halal yerə təsadüf edilərsə. Əksinə buna görə təriflənir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənə dünyadan qadın və ətir sevdirildi». Yusif – əleyhissəlam – cavan bir kimsə idi. Cavanın isə şəhvəti olduqca güclü olur.

2. Yusif – əleyhissəlam – qərib bir ölkədə idi. Qərib insan qürbət ölkədə etdiklərini öz ölkəsində edə bilmir. Həmçinin də heç kəsin, xüsusən də yaxınlarının və tanışlarının xəbər tutmayacağı fikri də onu bu işə sövq edə bilərdi, lakin etmədi.

3. Yusif – əleyhissəlam – subay idi. Evli deyildir ki, şəhvətini söndürsün.

4. Yusif – əleyhissəlam – meyl edən qadın həm gözəl, həm də vəzifə sahibi idi. Bu səbəblər də bu işi etməyə vadar edən əsas səbəblərdən biridir.

5. Bu qadın yaxınlıq etməkdən imtina etmirdi (razı idi), boyun qaçırmırdı. Bir çox insanlar vardır ki, onların qadına olan rəğbəti qadının boyun qaçırması, imtina etməsi ilə itir. Lakin Yusif – əleyhissəlam – ın hadisəsində isə belə deyildir. Qadın özü bu işə can atırdı. İnsanlar müxtəlifdirlər. Bəziləri qadın imtina etdiyi vaxt iradəsi və şəhvəti yoxa çıxır. Bəziləri də əksinə qadın imtina etdiyi vaxt onun sevgisi daha da artır.

6. Qadın özü idi istəyən, hiylə quran və tələb edən. Yusif – əleyhissəlam – isə gözəl, izzətli və istənilən idi.

7. Səbəblərdən ən dəhşətlisi o, idi ki, Yusif – əleyhissəlam – bu qadının evində qul idi. Onun hökmü altında idi. İstədiyi kimi onunla rəftar edə bilərdi. Burada həm rəğbət var idi, həm də qorxu.

8. Yusif – əleyhissəlam – qadınla otaqda tək idi. Nəmmamlıq edən də yox idi. Qapılarda bağlı idi. Ərəb qəbilələrindən bir qadına deyildi ki, səni zinaya vadar edən nə idi. Yastığın yaxın olması və gecənin uzunluğu.

10. O, qadın başqa qadınlara da Yusif – əleyhissəlam – ı göstərmiş və onlardan yardım istəmişdir.



11. Qadın onu yaxınlıq etmədiyi təqdirdə zindanla, zəlilliklə qorxutmuşdur. Bu da məcburiyyətdir. Qadının əlində belə bir ixtiyar da var idi. Artıq burada şəhvətə çağrışçı ilə zindan və sıxıntısından salamat olmaq çağırışçısı cəm olmuşdur. Hansını üstün tutmalıdır. Bütün bu səbəblərlə yanaşı Yusif – əleyhissəlam – Allah qorxusunu, razılığını üstün tutdu. Onun Allaha olan sevgisi zindanı seçməyə vadar etdi. Yusif – əleyhissəlam – bilirdi ki, özü bu əməli özündən uzaqlaşdıra bilməzdi. Bilirdi ki, artıq onun Rəbbi onu qorumasa və o, qadının hiyləsini ondan uzaqlaşdırmasa ona tərəf meyl edəcək və cahillərdən olacaqdır. Bu da Yusif – əleyhissəlam – ın öz Rəbbini və öz nəfsini tanımağının kamilliyindəndir.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin