MƏHƏBBƏTİN DƏRMANI - Belə bir bəlaya düşməyin səbəbi insanın cahilliyindən və qəlbinin Allahdan qafil olmasındandır. Ona vacib olan isə ilk əvvəl Rəbbinin təkliyini, qoyduğu yolları, ayələrini öyrənsin. Bundan sonra zahiri və batini ibadətləri yerinə yetirsin. Çünki ibadət etdikcə qəlbi başqasının fikri ilə məşğul olmaqdan uzaqlaşır. Belə bir xəstəliyə düşənin ixlasdan yaxşı dərmanı yoxdur. Bu elə bir dərmandır ki, Allah bunu öz kitabında zikr etmişdir. «Doğurdan da qadın ona meyl salmışdır. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, Yusif də ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən bizim sadiq bəndələrimizdəndir». (Yusuf 24). Onun uzaqlaşmasına səbəb ixlası olmuşdur. Əgər insanın qəlbi xalis olarsa və əməlləri Allah üçün edərsə qəlbində eşq yerləşməz. Belə bir şeylər yalnız boş bir qəlbdə yer tapır. Şair deyir ki: «Onun istəyi mənim qəlbimdə yerləşdi. Mən onu bilməzdən əvvəl. Boş qəlbə təsadüf etdi və orada da yerləşdi». Eşqə düşməkdə nə dini, nə də dünyəvi xeyirlər vardır. Əksinə dini və dünyəvi zərərlər vardır.
1) İnsan eşqə düşəndə məxluqun sevgisi ilə məşğul olur. Onu zikr etməklə qəlbini məşğul edir. Allah sevgisi və Allahı zikr etməkdən məhrum olur. Bunların hər ikisinin də bir qəlbdə cəmləşməsi isə imkansız bir seşdir. Onlardan biri digərini mütləq məğlub etməlidir. Hansı güclü olarsa o, da qəlbdə yerləşər.
2) Eşqə düşən insan qəlbində o, sevdiyinə görə əzab çəkir. Allahdan qeyrisini sevən şəxs mütləq onunla əzab çəkməlidir. Yer üzündə sevəndən bədbəxt bir kimsə yoxdur. Sən onu həmişə ağlayan görərsən. Ya ayrılmaq qorxusuna görə ağlayır, ya da darıxmaq qorxusu vardır.
3) Aşiq insanın qəlbi sevdiyinin ovcundadır. Ona əzab verir. Lakin o, kimsə eşqdən məst olduğuna görə o, müsübəti artıq hiss etmir. Aşiqin eşqi bağlı olan bir əsirin eşqi kimidir.
4) Eşqə düşən insan sevdiyi ilə məşğul olduğuna görə dini və dünyəvi xeyirləri ötürür. Bundan da zərərli bir şey yoxdur. Nədən bilinir ki, eşqə düşən insan dini və dünyəvi xeyirlərdən uzaqlaşır? Dini işlərdə qəlb bütünlüklə Allaha yönəlməlidir. Eşqə düşən insanın qəlbi isə dağınıq olduğu üçün Allaha tam şəkildə yönələ bilmir. Dünyəvi xeyirlərə gəldikdə isə bu xeyirlərdə tabedir dini xeyirlərə, əgər insan dini xeyirlərdən uzaqlaşarsa şübhəsiz ki, dünyəvi xeyirdən də məhrum olar.
5) Dünya və axirət bəlaları o, eşqə düşənə daha yaxındır. Səbəbləri isə qəlb hər dəfə eşqə düşənə yaxın olarsa, onunla əlaqəsi güclənərsə bir o, qədər də insan Allahdan uzaqlaşar. Allahdan ən uzaq düşən qəlb də eşqə düşən kimsənin qəlbidir. Əgər qəlb Allahdan uzaq düşərsə bəlalar ona yaxınlaşar. Hər tərəfdən şeytan onu yaxalayar. Əgər bir kəsi düşməni ələ alarsa ona hər bir bəlanı, müsibəti ona yönəldər. Bacardığı hər bir müsibəti ona toxundurar. Onda o, qəlbin halı necə olar ki, düşməni onda yerləşib. O, qəlbin səadəti, xoşbəxtçiliyi və sevinci yalnız Ona yaxın olmaqdadır.
6) Eşq qəlbdə çoxalarsa sahibinin zehnini də korlayar. İnsanda vəsvəsələrin artmasına səbəb olur. Bəzən də eşq insanı dəlilərin səviyəsinə çatdırır. O, dəlilər ki, onların ağılları korlanıb və onlar ağılları ilə hərəkət etmirlər. İnsanda ən şərəfli şeydə onun ağlıdır. İnsan o, ağlı ilə heyvandan fərqlənir, seçilir. İnsanın ağlı yoxa çıxarsa o, kimsə danışmayan heyvanın dərəcəsinə düşər. Bəzən də heyvanın halı ondan daha yaxşı olar. Məcnunun ağlını da belə bir eşq almışdır.
Dostları ilə paylaş: |