SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


GÜNAHLARIN ŞƏRİ VƏ QƏDƏRİ CƏZALARI



Yüklə 3,12 Mb.
səhifə94/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   90   91   92   93   94   95   96   97   ...   330
GÜNAHLARIN ŞƏRİ VƏ QƏDƏRİ CƏZALARI

Günahların cəzaları iki qismdir: Şəri və Qədəri. Şəri cəza verilərsə qədəri cəza qaldırılar və ya yüngülləşdirilər. Allah heç vaxt həm şəri, həm də qədəri cəzanı bir şəxsdə cəm etmir. O, vaxt cəm ola bilər ki, günahın vacib etdiyi ondan qalxmazsa və ya onun xəstəliyinin itməsində şəri cəza kifayət etməzsə. Əgər şəri cəzalar tətbiq olunmazsa yerini qədəri cəzalar tutar. Bəzən də qədəri cəzalar şəri cəzalardan daha şiddətli, bəzən də xəfif olur bu da ümumidir. Şəri cəzalar xüsusidir. Şübhəsiz ki, Allah şəriət tərəfdən yalnız o, cinayəti edənə və ya ona səbəb olanı cəzalandırır. Xuzeymə b. Sabit - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim bir günah edər və o, günah üçün ona hədd cəzası təyin edilərsə bu o kimsə üçün bir kəffarə olar»364.

Qədəri cəzalar isə həm ümumi, həm də xüsusi olur. Əgər günah gizli edilərsə və heç kəs ondan xəbər tutmazsa onun zərəri yalnız sahibinə toxunur. Əgər günah açıq-aşkar edilərsə günahın zərəri həm özünə toxunar, həm də başqalarına. Əgər insanlar münkəri görüb insanları ondan çəkindirməzlərsə onları Allahın əzabının bürüməsi yaxın olar.

Yuxarıda da qeyd etdiyimiz kimi Allah şəri cəzaları günahın yol açdığı zərərə və insan təbiətinin günaha meyl etməsinə görə tətbiq etmişdir. Allah bu cəzaları üç növə ayıraraq: 1. Öldürmək. 2. Əl kəsmək. 3. Qamçılanmaq.

Öldürmə cəzasını küfrdə və həmçinin də küfrə yaxın olan zina və Lut qövmünün əməlində qoymuşdur. Çünkü küfr dinləri, zina və Lut qövmünün əməli isə insanları pozar. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: «Mən insan öldürməkdən sonra zinadan daha böyük bir günah bilmirəm». Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Allah qatında hansı günahın böyük olması haqda soruşdum? O: «Səni yaratmış olduğu halda Allaha şərik qoşmaqdır» deyə buyurdu. Sonra hansıdır? O: «Sənin yeməyinə şərik olmasın deyə öz uşağını öldürməkdir» deyə buyurdu. Sonra hansıdır? O: «Qonşünun hanımı ilə zina etməkdir» deyə buyurdu və Allah bu ayələri nazil etdi: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməzlər, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər». (əl-Furqan 68)365. Peyğəmbər – sallallahu aleyhi və səlləm – sual verənin sualına uyğun olsun deyə günahların ən çirkin olanlarını zikr etmişdir. Çünkü o, günahın ən böyüyündən soruşmuş Peyğəmbər – sallallahu aleyhi və səlləm – də günah növlərinin ən böyüyündən başlayaraq sadalamağa başlamışdır.

Çünkü günahın ən böyüyü Allaha şərik qoşmaqdır. Öldürməyin ən böyüyü isə yeməkdə və içməkdə sənə şərik olur qorxusuyla adamın öz uşağını öldürməsidir. Zinanın ən böyüyü isə adamın öz qonşusunun xanımıyla zina etməsidir. Zinanın cəzası böyüyür onun pozduğu haqlara görə. Nə qədər çox haqlar pozularsa günah da bir o, qədər böyüyər. Əri olan qadınla zina etmək, əri olmayan qadınla zina etməkdən böyükdür, əgər zina edilən qadın qonşu olarsa bunun günahı əvvəlkindən daha da böyükdür. Çünki burada namusa toxunmaq, ərin haqlarını tapdalamaq, qonşuya əziyət vermək və s. günahlar cəm olunmuşdur. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə girməz»366. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsənin on qadınla zina etməsi onun üçün qonşusunun qadını ilə zina etməkdən daha xəfifdir…»367. Əgər qonşu qardaş olarsa və ya qohum olarsa onun günahı qat-qat artar çünkü burada qohumluq əlaqələrinin pozulması da vardır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Naməhrəm) qadınların yanına girməkdən çəkinin». Ənsarlardasn biri: «Ya Rəsulullah! Əgər bu kimsə (qadının) ərinin yaxın qohumu olsa necə?» deyə soruşdu. Peyğəmbər: «Yaxın qohum – bu ölümdür» deyə buyurdu368. Əgər qonşu namaz, elm öyrənmək və cihad kimi Allaha itaətdən dolayı evində deyilsə bunun günahı daha da artır. Əgər zina edən qoca olarsa bunun günahı daha da böyükdür. Əgər bu zina haram ayların birində və ya haram bir bölgədə (Məkkə, Mədinədə) və namaz vaxtları kimi duaların qəbul edildiyi Allah qatında dəyərli bir vaxtda olarsa günah daha da artar. Günahların zərərlərini, günah və əzabdakı dərəcələrini buna görə ölç. Kömək istənilən Allahdır.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin