ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir


PRAPORŞİK    ABBAS    ƏLİ    OĞLU AĞAYEV



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

PRAPORŞİK    ABBAS    ƏLİ    OĞLU AĞAYEV - Bakının Aşağı 
Çəmbərəkəndindəki on bir saylı mənzildə kəndli ailəsində anadan olub. Ali-ibtidai 
təhsil alıb. 1918-ci ildə Gəncə praporşiklər məktəbinə daxil olub. 
PRAPORŞİK HƏBİBULLA ƏHMƏD OĞLU ABAKAROV - 
Milliyyətcə ləzgidir. 1896-cı ildə kəndli ailəsində anadan olub. Telavi şəhərindəki 
kişi gimnaziyasının dörd sinfini və 1918-ci ildə Gəncədəki üç aylıq praporşiklər 
məktəbini bitirib. Milli Orduda praporşik kimi xidmət edib. 
PRAPORŞİK ƏLİABBAS ƏLƏKBƏR OĞLU ƏLİYEV - 1900-cu il 
martın 11 - də Bakıda anadan olub. 1919-cu ildə Gəncə praporşiklər məktəbini 
bitirib. 
PRAPORŞİK HÜSEYN KƏRİM OĞLU ƏLİYEV - 1897-ci ildə 
Cavanşir qəzasında kürd ailəsində anadan olub. 1919-cu ildə Gəncədə Azərbaycan 
praporşiklər məktəbini bitirib. Bundan əvvəl birinci Tiflis kişi gimnaziyasında 
təhsil alıb. 
PRAPORŞİK ƏBDÜLXƏLİL ƏLİBALA OĞLU ƏLƏSGƏROV 1894-
cü ildə Bakıda meşşan ailəsində anadan olub. Ev təhsili alıb. 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK ƏLİABBAS BABAYEV - 1895-ci ildə Bakıda meşşan 
ailəsində anadan olub. Bakıda iki sinifli realnı məktəbini və 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK İSMAYIL MƏMMƏD OĞLU BABAYEV - 1900-cu il 
sentyabrın 23-də Gəncədə kəndli ailəsində anadan olub. Gəncədə altı sinifli 
gimnaziyanı və 1918-ci ildə Gəncə praporşiklər məktəbini bitirib. 
PRAPORŞİK ƏLHÜSEYN AĞAHÜSEYN OĞLU DADAŞOV - 1899-cu 
il avqustun 3-də Bakıda meşşan ailəsində anadan olub. Bakıda ticarət məktəbini və 
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Həmin il iyunun 24-də Tiflis 
aviasiya məktəbinə qəbul olunub. 1920-ci ildə bolşeviklərin istilası ilə əlaqədar 
təhsilini davam etdirə bilməyib. Musavat ordusunda rota komandiri olub. 
PRAPORŞİK MUSA ƏMİRHƏMZƏ OĞLU ƏMİRASLANOV - 1898-
ci il dekabrın 31-də Bakıda meşşan ailəsində anadan olub. Bakıdakı üçüncü Ali-
ibtidai məktəbini bitirib. 1918-ci il noyabrın 18-dən 1919-cu il sentyabrın 1-dək 
Gəncədəki praporşiklər məktəbində oxuyub. Sovetlər vaxtı Azdiviziyada dördüncü 
polkda rota komandiri olub. 1930-cu ildə keçmiş Musavatçı kimi həbs edilib. 
PRAPORŞİK AĞAKİŞİ MƏMMƏDQASIM OĞLU HAŞIMOV - 1890-
cı il mayın 1-də Bakının Suraxanski küçəsindəki qırx iki saylı evdə anadan olub. 
Gəncədəki praporşiklər məktəbini 1919-cu ildə bitirib. 
PRAPORŞİK HƏSƏN CƏFƏRQULU OĞLU ƏSGƏROV - 1895-ci il 
yanvarın 7-də Bakıda meşşan ailəsində anadan olub. Musavat ordusunda rota 

komandiri. 1918-ci il noyabrın on səkkizində Gəncə praporşiklər məktəbinə daxil 
olub. 1919-cu il mayın 21-də həmin məktəbi bitirib. Hərbi məktəbdən əvvəl 
Bakıda Ali-ibtidai təhsil də almışdı. 
PRAPORŞİK MƏMMƏDƏLİ HACIBABA OĞLU AĞABABAYEV - 
1900-cu il sentyabrın iyirmi birində Bazarnı küçəsindəki yüz on bir saylı evdə 
meşşan ailəsində anadan olub. Bakıdakı “Səadət” müsəlman məktəbinin dörd 
sinfini bitirib. 1919-cu ildə Gəncə praporşiklər məktəbində oxuyub. Praporşik kimi 
milli orduda xidmət edib. 
PRAPORŞİK ƏHMƏD ƏLİMƏMMƏD OĞLU ƏSGƏROV - 1895-ci 
ildə Bakıda fəhlə ailəsində anadan olub. Rus-tatar məktəbini bitirib. 1919-cu ildə 
Gəncə praporşiklər məktəbini bitirib. Milli orduda praporşik kimi xidmət edib. 
1918-ci ildə Bakı uğrunda döyüşlərdə bolşeviklərə qarşı vuruşub. 
PRAPORŞİK ƏLİ MƏŞƏDİ ZEYNAL OĞLU ATAKİŞİYEV - 1890-cı 
il yanvarın 10-da Gəncədə kəndli ailəsində dünyaya gəlib. İlkin təhsilini iki sinifli 
rus-tatar məktəbində alıb. 1919-cu ildə isə Gəncə praporşiklər məktəbini bitirib. 
PODPORUÇİK ƏLİ HACI MƏMMƏDƏLİ OĞLU MƏLİKOV - 1896-
cı ildə Salyanda anadan olub.Gəncədə üçsinifli məktəbi və 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. Milli Orduda rota komandiri olub. 
PODPORUÇİK FİRİDUN ƏBDÜLRZA OĞLU NAĞIYEV - 1897-ci 
ildə Bakının Pirşağı kəndində kəndli ailəsində anadan olub. Üçüncü Bakı Ali-
ibtidai məktəbində təhsil alıb. 1920-ci il aprelin 24-də Azərbaycan hərbiyyə 
məktəbini bitirib. 
Sovetlər vaxtı orduda təlim rotasının komandiri olub. 1922-ci ildən 
“Azərbaycanın müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın üzvü, 1923-cü ilin iyul 
ayında Zaqafqaziya ÇK-sı həbs edib, sürgünə göndərib. 
PODPORUÇİK HÜSYEN KAZIM OĞLU PAŞAYEV - 1897-ci il 
iyunun birində Qazaxda ziyalı ailəsində anadan olub. Qori şəhərindəki Zaqafqaziya 
Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirib. 1920-ci il aprelin 24-də 
Azərbaycan Hərbiyyə məktəbini bitirib. 1920-ci ildən 1923-cü ilədək Azdiviziyada 
qərargah rəisi işləyib. 1923-cü ilin iyul ayında keçmiş musavat zabiti olduğuna 
görə Zaqafqaziya “ÇK”-sı tərəfindən həbs edilib və SSRİ-nin Şimal sərhədlərinə 
sürgün edilib. 
  
PODPORUÇİK MİKAYIL CƏBRAYIL OĞLU RƏHİMOV - 1901-ci il 
martın beşində Bakıda anadan olub. Bakıda texniki təhsil alıb. 1920-ci il aprelin 
24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. 
PODPORUÇİK CAVAD MİRZƏMEHDİ OĞLU AXUNDOV - 1896-cı 
il iyunun iyirmisində Bakının Tverskoy küçəsindəki səksən doqquz saylı mənzildə 
meşşan ailəsində anadan olub. Bakıda rus-tatar və üçüncü Ali-ibtidai məktəbi 
bitirib. 1918-19-cu illərdə Gəncə praporşiklər məktəbində oxuyub. Milli Orduda 
pulemyot komandasının rəisi olub. Sovetlər vaxtı Bakı şəhər sığorta kassasında 
işləyib. 1921-ci ildən “Azərbaycanın müstəqilliyi urrunda!” gizli hərbi təşkilatın 
üzvü olub. 1923-cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edib, şimal 
sərhədlərinə sürgünə göndərib. 
PODPORUÇİK HƏSƏNBALA AŞIR OĞLU ƏBDÜSALAMOV - 1894-
cü ilin oktyabrında Bakıda meşşan ailəsində anadan olub. Bakıda dörd sinifli Ali-

ibtidai məktəbi bitirib. 1920-ci il aprelin 24-də Gəncə praporşiklər məktəbini 
bitirib. 1923-cü ildə XI Qızıl ordunun xüsusi şöbəsi tərəfindən həbs edilib. 
PODPORUÇİK ƏLİAĞA MƏMMƏDHÜSEYN OĞLU 
ABDULLAYEV - 1895-ci il fevralın birində Lənkəranda fəhlə ailəsində anadan 
olub. Lənkəranda dörd sinifli ibtidai məktəbdə təhsil alıb. 1920-ci il aprelin 24-də 
Gəncədəki Azərbaycan hərbiyyə məktəbini bitirib. Milli Orduda rota komandiri 
idi. 1923-cü ildə XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilən əlli iki 
musavat zabiti ilə birlikdə Nargin adasına sürgün olunub. 
  
PODPORUÇİK FƏRRUX İBRAHİM OĞLU ƏLİYEV - 1896-cı il 
mayın 17-də Bakının Ramana kəndində kəndli ailəsində dünyaya gəlib.Tiflisdəki 
dördüncü kişi gimnaziyasını və 1918-ci ildə Azərbaycan hərbiyyə məktəbini 
bitirib. Musavat ordusunda rota komandiri olub. 
PODPORUÇİK  XƏLİL PAŞA OĞLU ƏLİYEV - 1896-cı il fevralın 23-
də Bakının Nardaran kəndində anadan olub. Bakıdakı üçüncü Ali-ibtidai məktəbini 
bitirib. 1919-cu il mayın 5-də Gəncədə praporşiklər məktəbini bitirib. 1920-ci il 
aprelin 27-də bolşeviklər həbs edib. 
PODPORUÇİK ƏJDƏR MEHDİ OĞLU HACIBƏYLİNSKİ - 1897-ci 
ildə İrəvan şəhərində anadan olub. 1920-ci il aprelin 24-də Azərbaycan hərbiyyə 
məktəbini bitirib. Altı sinifli İrəvan kişi gimnaziyasını bitirib. 
PODPORUÇİK İBRAHİM İSMAYIL OĞLU AXUNDZADƏ - 1899-cu 
il oktyabrın 20-də Gəncədə ziyalı ailəsində anadan olub. 1918-ci ildə Azərbaycan 
podpraporşiklər məktəbini bitirib. Ondan əvvəl Müəllimlər Seminariyasını bitirib. 
Gəncə şəhər kitabxanasının müdiri işləyib. Musavat ordusuna könüllü xidmətə 
gəlib. Sovetlər vaxtı Azsvod hərbi məktəbində tədris hissə müdiri işləyib. 1921-ci 
ildən “Azərbaycanın müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. 1923-
cü ilin iyul ayında Zaqafqaziya ÇK-sı həbs edib, SSRİ-nin Şimal sərhədlərinə 
sürgün olunub. 
PODPORUÇİK MƏMMƏDHÜSEYN HACI FƏRRUX OĞLU 
ƏLİYEV - 1895-ci ildə Bakıda Böyük Krepostnoy küçəsindəki beş saylı evdə 
anadan olub. Bakıda üç sinifli ticarət məktəbini və 1919-cu ildə Gəncə praporşiklər 
məktəbini bitirib. 
  
PODPORUÇİK ƏJDƏR QƏNİ OĞLU BABAYEV - 1900-cu il dekabrın 
26-da Bakıda iranlı təəbənin ailəsində anadan olub. Bakıda beş sinifli gimnaziyanı 
və 1920-ci il aprelin 24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. Sovetlər vaxtı 
Novoçerkassk Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. 1922-ci ildən “Musavat 
gizli hərbi təşkilatı”nın üzvü olub. 1923-cü ilin iyul ayında həbs edilib. Azərbaycan 
SSR CM-nin 57, 58, 65, 66-cı maddələrilə ittiham olunaraq sürgünə göndərilib. 
PODPORUÇİK MÖVSÜM MƏZAHİR OĞLU BƏYDƏMİROV - 1899-
cu ildə Bülbülədə kəndli ailəsində anadan olub. Sabunçu qəsəbəsindəki dörd sinifli 
Ali-ibtidai məktəbi və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. 
PODPORUÇİK SADIQ ƏSGƏR OĞLU VƏKİLOV - 1895-ci ildə Qazax 
qəzasının Salahlı kəndində ziyalı ailəsində anadan olub. Musavat Ordusunda 
üçüncü Gəncə piyada alayında və üçüncü Şəki süvari alayında kiçik zabit kimi 
xidmət edib. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını və 1918-ci ildə 
Gəncədəki praporşiklər məktəbini bitirib. 

PODPORUÇİK ABBAS ƏLİ OĞLU ZEYNALOV - 1895-ci il mayın 25-
də Poltaratsk şəhərində meşşan ailəsində anadan olub. Beş sinifli gimnaziyanı və 
Gəncədəki hərbiyyə məktəbini bitirib. 
PODPORUÇİK SADIQ HƏSƏN OĞLU İMANOV - 1898-ci ildə Bakıda 
ziyalı ailəsində anadan olub. Bakı rus-tatar və ticarət məktəblərini, 1918-ci ildə isə 
Gəncə praporşiklər məktəbini bitirib. 1920-ci ilin aprel ayında bolşeviklər Bakıya 
hücum edəndə həbs edilib, “filtrasiya”adı ilə Nargin adasına sürgün olunub. 
Sovetlər vaxtı Azərbaycan ticarət idarəsində işləyib. 1922-ci ildən “Azərbaycanın 
müstəqilliyi uğrunda!” gizli hərbi təşkilatın üzvü olub. 1923-cü ilin iyul ayında 
Zaqafqaziya ÇK-sı həbs edərək Şimal sərhədlərinə sürgünə göndərib. 
PODPORUÇİK AĞAƏLİ HACIƏLİ OĞLU İSMAYILOV - 1895-ci ildə 
Bakıda meşşan ailəsində anadan olub. Bakı kişi gimnaziyasının üç sinfini və Gəncə 
praporşiklər məktəbini bitirib. Rus və türk dillərini mükəmməl bilib. 
PODPORUÇİK RƏHİM HADI OĞLU İMANOV - 1902-ci il martın 3-də 
Bakıda doğulub. Bakıda rus-tatar məktəbini və 1918-ci ildə Gəncə praporşiklər 
məktəbini bitirib. Qusar alayanda rota komandiri olub. 
PODPORUÇİK AĞARƏHİM BƏHMƏN MİRZƏ OĞLU 
QULUBƏYOV - 1896-cı ildə Bakıda meşşan ailəsində anadan olub. Bakıda beş 
sinifli gimnaziyanı və 1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Milli 
Orduya könüllü gəlib. 
PODPORUÇİK İDRİS İSMAYIL OĞLU QULİYEV - 1899-cu il mayın 
20-də Şuşada kəndli ailəsində anadan olub. Şuşada realnı məktəbi və 1920-ci il 
aprelin 26-da Azərbaycan hərbiyyə məktəbini bitirib. Fransız, alman və erməni 
dillərini kamil bilirmiş. 
PODPORUÇİK ƏMİRCAN MƏMMƏDƏLİ OĞLU ƏKBƏROV - 1894-
cü ildə Nuxa şəhərində anadan olub. İlk təhsilini Nuxa şəhər dörd sinifli məktəbdə 
alıb. 1915-ci ildə poçtda çinovnik olub. 1917-ci ildə Tiflisdə praporşiklər 
məktəbini bitirib. Milli Orduda podporuçik kimi xidmət edib. 
PODPORUÇİK ƏLİ SƏMƏD OĞLU ALLAHVERDİYEV - 1891-ci il 
mayın 12-də Gəncədə meşşan ailəsində anadan olub. 1919-cu ildə Gəncə 
praporşiklər məktəbini bitirib. Milli Ordunun altıncı alayında podporuçik kimi 
xidmət edib. 
PODPORUÇİK ƏLİ İSRAFİL OĞLU AXUNDOV - 1895-ci ildə 
Şamaxıda meşşan ailəsində anadan olub. Bakıda orta politexnik məktəbini bitirib. 
1919-cu il sentyabrın 10-da Milli Orduya hərbi qulluğa çağrılıb. 1920-ci il aprelin 
24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. 
PODPORUÇİK MALİK HEYDƏR OĞLU ƏLİYEV - 1898-ci ildə 
Bakıda meşşan ailəsində anadan olub. Bakıda Ali-ibtidai məktəbin dörd sinfini 
bitirib. 1918-ci il noyabrın 16-da Gəncə hərbi məktəbinə daxil olaraq oranı 1919-
cu ildə bitirib. 
PODPORUÇİK AĞA DADAŞ OĞLU MƏLİKOV - 1897-ci ildə 
Salyanda kəndli ailəsində anadan olub. Salyanda iki sinifli məktəbi və 1919-cu ildə 
Gəncə praporşiklər məktəbini bitirib.  

PODPORUÇİK ABBAS ZEYNALABDİN OĞLU RƏSULOV - 1895-ci 
ildə Bakıda anadan olub. Üçüncü Bakı rus-tatar məktəbində təhsil alıb. 1919-cu 
ildə Gəncədə praporşiklər məktəbini bitirib. 
PODPORUÇİK RƏHİM ALLAHQULU OĞLU RƏHİMOV - 1893-cü 
ildə Naxçıvanın Baş Noraşen kəndində anadan olub. Zaqafqaziya Müəllimlər 
Seminariyasının Azərbaycan şöbəsini bitirib. 1916-cı ildən hərbi xidmətdədir. 
Tiflis kadet korpusunu bitirib. 
PODPORUÇİK CƏLAL ƏLƏSGƏR OĞLU SEYİDBƏYLİ - 1901-ci 
ildə Goranboyun Sarov kəndində anadan olub. Gəncədə dörd sinifli məktəb bitirib. 
1919-cu ildə Gəncə praporşiklər məktəbini bitirib. Musavat Ordusunda rota 
komandiri olub. 
  
PODPORUÇİK DƏRAB CABBAR OĞLU SULTANOV - 1902-ci ildə 
Bakıda meşşan ailəsində anadan olub. Birinci Tiflis kişi gimnaziyasını və 
Azərbaycan hərbiyyə məktəbini bitirib. 
PODPORUÇİK ZAHİD CÜMŞÜD OĞLU ŞIXƏLİBƏYOV - 1897-ci il 
oktyabrın 6-da kəndli ailəsində anadan olub. Ali-ibtidai təhsil alıb. 1920-ci il 
aprelin 24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. 
PODPORUÇİK MƏMMƏD BƏY ƏLİ OĞLU ŞEYDAYEV - 1902-ci il 
sentyabrın 18-də Tiflisdə fəhlə ailəsində anadan olub. Beş sinifli ticarət məktəbini 
bitirib. İran təbəəsidir. 1919-cu ildə praporşiklər məktəbini bitirib. 
FELDFEBEL CƏLİL CAVAD OĞLU ƏHMƏDOV - 1895-ci ildə 
Cəbrayılda kəndli ailəsində anadan olub. Musavat ordusuna könüllü xidmət edib. 
FELDFEBEL DAVUD HƏŞİM OĞLU ABDULLAYEV -1895-ci ildə 
Zaqatalada azəri türkünün ailəsində anadan olub. Musavat ordusuna könüllü 
xidmət edib. Ailədə təhsil alıb. 
FELDFEBEL TAHİR YUSİF OĞLU RAMARANOV - 1900-cu il 
fevralın 6-da Qaxın İlisu kəndində anadan olub. Zaqatala sənət məktəbini bitirib. 
Milliyyətcə ləzgidir. 
YUNKER PAŞA AĞABALA OĞLU BABAYEV - 1902-ci il aprelin 20-
də Bakıda kəndli ailəsində anadan olub. Altı sinifli Bakı realnı məktəbini bitirib. 
Musavat ordusuna könüllü gəlib. Bakıdakı Azərbaycan hərbiyyə məktəbində təhsil 
alıb. 
YUNKER MUXTAR ABUZƏR OĞLU ZÜLFÜQAROV - 1902-ci il 
mayın 25-də Qubanın Çiçi kəndində anadan olub. Quba qəzasında ruhani 
seminariyasını və Azərbaycan hərbiyyə məktəbini bitirib.  Beş dil bilib: ərəb, türk, 
fars, alman və tat. 
YUNKER SULTAN MƏMMƏD OĞLU ŞAYLİKOV - 1898-ci il aprelin 
25-də Şuşanın Alxaslı kəndində anadan olub. İki sinifli kənd məktəbini və 1920-ci 
il aprelin 24-də Azərbaycan hərbiyyə məktəbini bitirib. Hərbiyyə məktəbinə 1919-
cu ilin noyabrında qəbul olunub. 
KVARTİRMEYSTER İBRAHİM AĞAKİŞİ OĞLU ATAKİŞİYEV - 
1897-ci ildə Bakıda meşşan ailəsində anadan olub. Bakıda yeddinci rus-tatar və 
Ali-ibtidai məktəbini bitirib. 1919-1920-ci illərdə Azərbaycan hərbiyyə məktəbini 
bitirib. 

Bu siyahını tamamlamaq çox çətindir. Ona görə ki, iyirminci ilin aprelindən 
sonra bolşevik-daşnak orduları tərəfindən qətlə yetirilən, sürgün olunan zabit 
oğullarımız haqqında məlumat çox azdır. Arxiv sənədlərində və ya yaddaşlarda 
onların bəzilərinin ad-familiyası, bəzilərinin də ya adı, ya da familiyası qalıb. Ona 
görə də onları olduğu kimi sizə təqdim edirik: polkovnik Hüseynxan Naxçıvanlı, 
podpolkovnik Yaqub bəy Əhmədzadə podpolkovnik Nağı bəy Əlizadə, mayor 
İlyas bəy Talışxanlı, ştabs-rotmistr Murad xan Naxçıvanlı, sıravi hərbi qulluqçular: 
İbrahim bəy Fəttahov, Cəfər bəy Axundzadə, Fərhad bəy Ağalarov, Hüseyn bəy 
Mirizadə və Mehdizadə. 
KAPİTAN YAQUB BƏY SADIQ BƏY OĞLU AXMETYEV -
Milliyyətcə tatardır. 1894-cü ildə Tiflisdə anadan olub. 1914-cü ilin sentyabrında 
Tiflisdəki kadet korpusunu bitirmişdir. 1917-ci ilə kimi Türkiyənin Ərzincan 
şəhərində yerləşən 39-cu diviziyanın Quba alayında xidmət etmişdir. 1918-ci ildə 
Azərbaycan Milli Ordusuna könüllü daxil olmuşdur. Bir il sonra Zaqatalaya 
komendant təyin edilmişdir. 1920-ci il iyulun 9-da Şəki və Zaqatalada bolşeviklərə 
qarşı başlanan üsyanın başçılarından biri idi. Zaqatala qalasını tutan üsyançılar 
kapitan Yaqub bəyin başçılığı ilə on beş gün bolşeviklərə qarşı vuruşurlar. İyulun 
20-də komendant-kapitan Yaqub bəy Axmetyev yaralanıb ələ keçmiş və 
bolşeviklər tərəfindən edama məhkum edilmişdir. Az müddət Zaqatala qalasında 
saxlanan mərd kapitan Yaqub bəy ağır yaralı halda kameranın divarına yazmışdır: 
“Mən kapitan Axmetyev ölüm hökmü altında yatıram. Heç bir cinayət 
eləməmişəm. Vətənim Azərbayçanın azadlığı uğrunda bolşeviklərə qarşı 
vuruşdum. Musavat zabiti olduğuma görə güllələnməyə məhkum olmuşam”. Həyat 
yoldaşı Vəsilə xanım Musabəyova müəllimə idi. Bolşeviklər Yaqub bəyə edam 
olunması haqqında qərar oxuyanda, “Qorxma, mətin ol, nahaq axıdılan qanının 
intiqamını unutmarıq” - deyə hayqırdığı üçün Vəsilə xanımı Cənub cəbhəsi 
tribunalının sədri cəllad Georgi Atarbekov (Atarbekyan) sonralar da “fəxrlə” 
deyirmiş ki, Vəsilə xanım Musabəyovanı və əri Yaqub bəy Axmetyevi özüm 
güllələdim. 
Ordu quruculuğumuz haqqında bir məsələni də xüsusilə vurğulamaq 
istərdim. Otuzuncu illərdən sonra Rusiya və Azərbaycanın bədnam tarixçiləri 
tərəfindən çarizmə və cümhuriyyətə qarşı eyni topdan güllə atmaq, 
azərbaycanlıların ordu sıralarına çağırılmaması iddiasını əsaslandırmaq, 
ümumiyyətlə, Azərbaycan Respublikasının ordu quruculuğu üzərinə kölgə salmaq 
məqsədilə bu ifadə işlənməyə başlamışdır. Halbuki, nə “Dikaya diviziya” 
vəhşilərdən ibarət idi, nə də qırx minə yaxın ordu təşkil etmiş respublika boş yerdə 
hərbi quruculuq yaratmışdı. Üstəlik, onu da deyək ki, bu orduya Əliağa Şıxlinski, 
Səmədbəy Mehmandarov kimi dünya şöhrətli sərkərdələr başçılıq etmişdi. 
Tarixi saxtalaşdırmaq - xalqın ömür yolunu çaşdırmaq, keçmişini qaranlıq 
içərisində itirmək, gələcəyini dumanlığa qərq etməkdir. 
Belə unutqan tarixçilərimiz haqqında istiqlal şairimiz Məhəmməd Hadi 
Qafqaz İslam Ordusunun Bakını işğalçılardan təmizlədiyi gündə - 1918-ci il 
sentyabrın 15-də “Türk nəğməsi”şerində yazırdı: 
 
Türkün tökülən qanları beyhudə 

gedərmi? 
Diqqətlə düşün, yoxsa bu qan həpsi 
hədərmi? 
Dörd ildə verilmiş bu qədər can 
hədər olmaz, 
Məfkurə yolunda tökülən qan 
hədər olmaz. 
Qan ilə qazandıq zəfəri verməyiz 
əldən,  
Xövf eyləmədik atəşi dəhhaşe 
düvəldən. 
 
Qəribə burasıdır ki, gec də olsa, rus hərb tarixçisi, polkovnik V.V.Popov 
1997-ci ildə “Voenno-istoriçeskiy jurnal”ın ikinci sayında “Dikaya diviziya”nın 
Birinci Dünya müharibəsində və Port-Artur döyüşlərində qəhrəmanlığını etiraf 
etmişdir. O yazır: “1917-ci ilin oktyabr inqilabına və ondan sonra keçirilən tərxisə 
qədər qafqazlılar hərbi xidməti rus ordusunun seçmə hissələrində, o cümlədən 
imperatorun mühafizəsində keçirdilər. Rus-yapon və Birinci Dünya 
müharibələrində Qafqaz müsəlmanlarından təşkil edilmiş birləşmələr (məsələn, 
“Vəhşi diviziya” və ya “Tuzemnaya”) və süvarilər öz igidliyi və cəldliyilə, 
cəbhənin ən qorxulu sahələrindəki vuruşmalarda cəsarət və qorxubilməzliyi ilə 
fərqlənirdilər”. 
  
Bəzi musavat əsgər və zabitinin bioqrafiyasında keçmiş imperiya 
ordusundan qalma istilah və rütbə adlarına rast gəlirik. 1918-1920-ci illərdə işlənən 
bu sözlərin və rütbələrin oxunuşunda müasir oxucunun çətinlik çəkəcəyini nəzərə 
alıb onlardan bəzisinin izahını da veririk. 
Praporşik - Çar ordusunda orta dərəcəli zabit rütbəsi 
Feldfebel - Rota komandirinin təsərrüfat üzrə müavininə verilən hərbi rütbə. 
Yunker - Rütbə yunkerlər məktəbini bitirən zadəgan balalarına verilirdi. 
Ştab-rotmistri - Süvari qoşununda qərargah zabiti. 
Poruçik - Çar ordusunda podporuçiklə ştabs-kapitan arasında olan zabit 
rütbəsi. 
Uryadnik - Orduda taqım komandirinin müavini. Rütbə əsasən Kazak 
qoşunlarında xidmət edənlərə verilirdi. 
Podporuçik - 1920-ci ilə qədər çar və Musavat ordusunda kiçik zabit 
rütbəsi. 
Podpraporşik - Yeni təşkil edilmiş əsgəri heyətdə fərqlənən hərbi 
qulluqçuya verilən kiçik rütbə. 
Kadet korpusu - Aprel inqilabına qədər zadəgan balalarına məxsus qapalı 
hərbi orta məktəb. Varlı ailələrin uşaqları yeddi-səkkiz yaşında bu məktəbə qəbul 
olunurdu. 
Realnı məktəb - İnqilabdan əvvəl orta məktəb. 
Meşşan ailəsi - Şəhərdə xırda alverçilərdən, sənətkarlardan və aşağı təbəqəli 
qulluqçulardan olan ailələri 1920-ci ilə qədər belə adlandırırdılar. 
 

Dekabr, 1997-ci il. 
  
 
 
AZƏRBAYCAN SƏRKƏRDƏLƏRİNİN 
FACİƏSİ 
 
(1918-1920-Cİ İLLƏR
 
Azərbaycanda daşnak siyasəti tam gücü 
ilə həyata keçirilir. Mənim zərrə qədər şübhəm 
yoxdur ki, Serqo və Stalinin simasında AKP 
MK biz türklərə etibar etmir və Azərbaycanın 
taleyini erməni daşnaklarına tapşırır. 
Azərbaycanı başdan-başa qarət edirlər, sağa və 
sola güllələyirlər. 
 
Nəriman NƏRİMANOV
 
Yurddaşlar, bu qanlı yollarla 
irəliləyərək biz azadlıq yolunda şəhid 
olmuş yoldaşlarımızı bir an belə unutmadan 
çalışmalıyıq. Hamı bilməlidir ki, 
azadlığın gələcəyi gün uzaqda deyil. 
 
Məmməd Əmin RƏSULZADƏ. 
 
QIRMIZI TERROR 
  
İyirminci il martın iyirmisində, Novruz bayramı axşamı daşnaklar Əsgəran 
keçidini kəsdilər. Onlar bu yeganə keçidi kəsməklə Qarabağın dağlıq hissəsini 
Azərbaycandan ayırmaq istəyirdilər. Top və pulemyotlarla silahlanan qiyamçılara 
İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlıq edirdi. 
Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düşməndən xilas 
etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmrilə 
Əsgəran çəbhəsinə güclü qüvvə ayrıldı. Martın iyirmisində Azərbaycan ordusunun 
əsas hissəsi - iyirmi minə qədər əsgər və zabiti bu cəbhəyə göndərildi. O cümlədən, 
üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, dördüncü Quba, səkkizinci Ağdam 
polkları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola 
düşdü. Bu ölüm-dirim savaşı on iki gün davam etdi. Aprelin ikisində Əsgəran 
keçidi alındı. Azərbayçanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda 
mərdliklə vuruşaraq Şuşa qalasına və Xankəndinə daxil oldular. Yenilməz 
fədakarlıqla vuruşan əsgərlərimiz daşnak ordusunu darmadağın etdi. Erməni süvari 
dəstəsinin başçısı Dəli Qazar öldürüldü. Əsgəranın böyür-başında gizlənən 
ermənilər xəndəklərdən çıxıb qaçmağa başladılar. Qarabağ dağlarında yenidən 

Azərbaycan bayrağı dalğalandı. Bu vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy 
Mehmandarov xain düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik 
edərək demişdi: “Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox 
döyüşlərdə olmuşam. Fəqət, sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm. 
Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan 
ordusunun namusunu mühafizə etdiniz”. 
Əsgəranda qanlı döyüşlər gedəndə Maqsud Şeyxzadə yeniyetmə bir gənc idi. 
On səkkiz yaşı yenicə tamam olmuşdu. Qəlbi Vətən eşqi ilə döyünən bu gəncin 
ürəyi düşmənə, torpağımıza basqın edən ermənilərə nifrətlə dolu idi. Azərbaycan 
ordusunun yenilməzliyi qarşısında dözə bilməyib geri çəkilən daşnak tör-
töküntülərinin məhv edilməsi gənc şair Maqsud Şeyxzadənin də hədsiz sevincinə 
səbəb olmuşdu. Bu qələbədən ruhlanan şair iyirminci ilin martında “Qarabağ” və 
“Əsgəran marşı” kimi sanballı şerlər yazmışdır. İkinci şer bu günümüzlə daha çox 
səsləşir. 
 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin