GECİKMİŞ VÜSAL
(Sənədli hekayə)
Mənim ölüm tariximi sevimli Nigar xanımın
vəfatı günü ilə hesablayın.
general Əli ağa Şıxlinski
Nigar xanım Şıxlinskayanın iyirminci əsrin əvvəllərində
çəkilmiş bir fotoşəkli var. Şəkildə o, oğlu ilə birgə təsvir olunub.
Bizə yaxşı məlumdur ki, general Əli ağa Şıxlinski ilə iyirmi iki
illik birgə yaşayışdan Nigar xanımın heç bir övladı olmayıb. Bəs
onda Xosrov bəyin atası kimdir? Bunun qısa tarixçəsi var.
Nigar xanımın atası Zaqafqaziya müftisi Mirzə Hüseyn əfəndi
Qayıbzadə Əli ağanın anası Şahyəmən xanımın əmisi oğlu idi.
Zaqafqaziya müftisi kimi məsul vəzifədə çalışan Mirzə Hüseyn
on iki yaşından Əli ağanın təlim-tərbiyəsi ilə özü məşğul olmuş-
dur. Onu Tiflisə gətirib Semyon Monastırsevin şəxsi gimnaziya-
sına oxumağa qoymuşdur. İllər keçəcək ömrünün son illərində
bu əvəzsiz yaxşılığı xatırlayan Əli ağa Şıxlinski yazacaq: “Ata-
anam həmişə kənddə yaşadığına görə mən tamamilə Mirzə Hü-
seyn əfəndinin himayəsinə keçdim. Sonrakı tərbiyəm bütünlüklə
onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək
şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim
xasiyyət və dünyagörünüşümdə o qədər dərin iz buraxmışdır ki,
mən hər cəhətdə diqqətəlayiq olan bu şəxsiyyətə borcluyam”.
Şəmistan Nəzirli
249
Əli ağanın təlim-tərbiyəsində əvəzsiz xidmətləri olan müfti
ilk vaxtlar qızı Nigarla onun ailə qurmasına razılıq vermişdi.
Arada hələ heç bir nişan-filan olmasa da Peterburqdakı Mixay-
lovski Topçuluq Məktəbində təhsilini davam etdirən Əli ağa ilə
qızının yazışmasından da xəbərdar idi. Müdrik müfti Mirzə Hü-
seyn yaxşı bilirdi ki, qeyri-adi istedada malik olan Əli ağanın çox
parlaq bir gələcəyi var. Ona görə bu izdivacın baş tutacağına
qəlbən razı idi.
1886-cı ildə Əli ağa Peterburq Topçular Məktəbini də birincilər
sırasında bitirdi. Ona əla oxuduğuna görə pul mükafatı və bura-
xılış imtahanında qızıl saat hədiyyə verdilər. Podporuçik
rütbəsində onu 39-cu topçu briqadasına xidmətə göndərdilər.
Aradan beş aydan çox keçsə də Əli ağadan heç bir səs-soraq
yox idi. Həmin vaxtlarda milliyyətcə acar olan knyaz Məmməd
bəy Palavandovu Qazax qəzasına hakim təyin etdilər. Uzun illər
Stavropol ərazisində yüksək rütbədə olan Məmməd bəyi müfti
hələ gəncliyindən yaxşı tanıyırdı. O vaxtlar Məmməd bəyin bir
neçə qohumu Qori Seminariyasında təhsil alırdı. O səbəbdən də
Qoriyə tez-tez gələrdi.
Müfti Qori seminariyasında dərs deyəndə görüşüb dostlaş-
mışdılar. Dədə-baba Vətəni Qazaxa hakim təyin olunan Məmməd
bəyi təbrik etmək üçün ailəsilə birgə Tiflisə qonaq çağırdı. Elə bu
qonaqlıqda Nigarı görən Məmməd bəyin arvadı onu oğlu Dərviş
bəyə istədi. Qız anası Səadət xanım dönə-dönə işarə vurdu ki,
Nigar bibisi oğluna istəklidir. Üstəlik də qızının hələ kiçik oldu-
ğunu və təhsil aldığını da xatırlatdısa, mümkün olmadı. Nə
Məmməd bəy, nə də inadkar arvadı əl çəkmədilər. Zor-xoş müf-
tidən razılıq aldılar. Müftidən soruşanda ki, Nigarla Əli ağa bir-
birilərini çoxdan sevirlər, indi qızı Palavandovlara niyə verirsən.
Əli ağada hansı qüsuru gördün? Daxilən əzab çəkən müftinin
cavabı yarızarafat, yarıciddi belə olardı:
– Əli ağa hərbçidir, onun şələsi dalındadır. Bu gün bu şəhərdə,
sabah o birində yaşayacaq. O həm də ağıllı və istedadlıdır. Hara-
da olsa, xoşbəxtliyini tapacaq. Nigarı mən gözümün nuru qədər
istəyirəm. O, mənə yazı-pozu işlərində ən yaxın köməkçidir.
General Əli ağa Şıxlinski və silahdaşları
250
Onu gözümdən qırağa qoya bilmərəm, kəsəsi, istəmirəm gül
kimi balam yad şəhərlərdə, gavurlar içində yaşasın.
İllər ötdü, yaşın üstünə yaş gəldi. Amma ilk sevgisini heç cür
unuda bilməyən Əli ağa başqa birisinə könül verib evlənə bil-
mirdi. 1906-cı ildə Port-Artur müharibəsindən ad-sanla qayıdan
Əli ağa Şıxlinskini öz xahişi ilə Çarskoye-Seloda yerləşən Artille-
riya Zabitləri Məktəbində təhsilini davam etdirməyə göndərdilər.
Kursu böyük müvəffəqiyyətlə bitirən podpolkovnik Əli ağa Şıx-
linskini məktəbdə müəllim saxladılar. Elmləri asanlıqla mənim-
səyən Əli ağanın tərtib etdiyi “Üçbucağı” məktəb heyə tində yax-
şı mənada səs-küy qaldırıb onun şöhrətini artırdı. Mək təbin rəisi
onun elmi işini şurada müzakirəyə qoydu. Müəllim və professor
heyəti ona zabitlər üçün yeni məsələ kitabı tərtib etməyi tapşırdı.
Məktəbin rəisi tam artilleriya generalı Aleksandr Nikolayeviç Si-
nitsın əmr etdi ki, nəşr olunan kitabda üçbucağın şərhi “Şıxlinski
üçbucağı” kimi yazılsın.
1908-ci il noyabrın 25-də Çarskoye-Selodakı Yekaterina sara-
yında Georgi Pabedonosev günü qeyd olunacaqdı. İmperatorun
əmri ilə buraya dəvət olunanların əksəriyyəti Port-Artur
döyüşlərinin iştirakçıları və Georgi kavalerləri idi. Onların ara-
sında Əli ağa da vardı. Kavalerlər sırasında padşaha təqdim olu-
nanda Əli ağa sağ ayağına laklı, qəşəng, sol ayağına isə mahud
çəkmə geymişdi. İmperator ona diqqətlə baxıb xoş təbəssümlə
gülümsündü:
– Cənab zabit, – dedi, – od-alov içindən çıxmış Georgi kava-
ler lərindən soruşmazlar ki, niyə axsayırsan? Məgər yaralarınız
hələ də sağalmır?
– Əlahəzrət, sol dizimin üstündən aldığım yara sağalmır ki,
sağalmır. Qıçım qatlanıb açılmır. Elə hey çirk verir. Həkimlərin
dediyinə görə yara xeyli dərinə işləyib.
İmperator xəfifcə gülümsündü:
– Sizə şərəfli Georgi ordeni təqdim edir və altı ay padşah
xəzinəsi hesabına Qafqaz sularında müalicə olunmağı tövsiyə
edirəm. Baxıram, Siz cavan və sağlam zabitsiniz. Hələ uzun
Şəmistan Nəzirli
251
müddət orduda qulluq edə bilərsiniz. Çalışın ki, tez sağalın, –
deyib Əli ağa Şıxlinskinin əlini sıxdı.
Altı aylıq məzuniyyətin iki ayını Yessentuki mineral suların-
da müalicə olunan Əli ağanın yarası xeyli yaxşılaşdı. Çoxdan
qürbət ellərdə dolaşan Əli ağanı könlü doğma eli-obası, qohum-
ları istədi. Onun Qazaxa gəlişi özü ilə bayram əhvali-ruhiyyəsi
gətirdi. Hamı onu görməyə gəlir, qonaq çağırırdı. Qəzetlərdə
təriflənən Port-Artur qəhrəmanını hamı yaxından görüb
həmsöhbət olmağı özünə şərəf bilirdi. Hər gün evləri görüşə
gələnlərlə dolu olurdu. Bir gün Tiflisdən Müftinin böyük oğlu
Bahadır da Qazaxa gəldi. Aralarında yaş fərqi olsa da Əli ağa
Bahadırı çox istəyirdi.
– Əli ağa, – dedi, – anam səni bizə qonaq çağırır.
– Bəs Müfti necə, çağırmır? – Əli ağa zarafat etdi. – Mən
dəvətsiz də gələcəkdim. Anam da bir neçə dəfə bu barədə söhbət
salıb. Amma bu gəlib-gedənin əlindən imkan yoxdur. Mən
özümdə kəndim-kəsəyim üçün darıxmışam. Axı, on ildən çoxdu
mən Vətənə gələ bilmirəm.
Neçə illik ayrılıqdan sonra Əli ağa ilk gənclik illərini keçirdiyi
Tiflis və heç vaxt unutmadığı Nigarını gördü.
İllər ötsə də Nigar az dəyişmişdi, əvvəlki gənclik təravətini
saxlamışdı. İlk görüşdə özünü şən göstərən Nigarın qəlbi kədər
və nisgilli idi. İki il əvvəl əri Dərviş bəy Palavandov vəfat etmiş-
di. Onların Xosrov bəy adlı bir oğlu var idi. O da əmisi ilə
Türkiyəyə getmişdi. Yaxın günlərdə qayıtmalı idi. Əli ağa fürsət
tapıb Nigarla ayrıca söhbət elədi. Səmimi-qəlblə bildirdi ki, onu
unuda bilmir.
Əli ağanın Nigarla evlənmək xəbərini eşidən Şıxlinskilərin
bəziləri onu töhmətləndirdi ki, qız tapılmır, sən gedib dul qadın
alırsan. O vaxt Qayıbovlar bir qızı da bizə çox gördülər. Müfti
tamahının ucundan qızı vəzifəli adamın oğluna verməklə bizi
təhqir etdi. İndi sən təzədən onun dul qızını istəyirsən. Əli ağa
isə inadından dönmədi:
– Nigar, – dedi, – mənim ilk məhəbbətim, ilk arzumdur. İki
dünya bir də olsa, Nigarla evlənəcəm, vəssalam. O ki qaldı qız,
General Əli ağa Şıxlinski və silahdaşları
252
ya dul məsələsinə – mənim üçün nə olsa da qəbuldur. Təki ilk
sevgim Nigar olsun…
1909-cu il oktyabrın 27-də, qırx dörd yaşlı Əli ağa Şıxlinski ilk
sevgisinə belə qovuşdu.
ULU VƏSİYYƏTİ FAYDASIZ OLMAZ
Yarın könlün alaydım,
Dərdim yada salaydım.
Qismət belə imiş,
Gərək yalqız qalaydım.
El bayatısı
General Əli ağa Şıxlinskinin qadını Nigar xanım
Şıxlinskaya hərbi vəzifədə işləyən ilk azərbaycanlı
qadınıdır. Nigar xanım birinci imperialist müha ri-
bəsində ordu sıralarında yaralılara tibbi yardım
göstərən qadın komitəsinin sədri olmuşdur. Şıxlins-
kayanın “Russkiy invalid” qəzetinin 1914-cü il bir
avqust tarixli nömrəsində rus qadınlarına müraciət-
naməsi, həm vətənpərvərlik hissi, həm də ifadəsi
etibarilə diqqətə şayandır. Nigar xanım Azərbaycan
ədəbiyyatı məsələləri ilə çox yaxından məşğul olmuş-
dur. Bu fədakar qadın geniş məlumata və yüksək
mədəni səviyyəyə malik olmaqla, Azərbaycan xalqı-
nın ümumi inkişafı və mədəni yüksəlişi uğrunda ba-
cardığı qədər çalışmışdır.
Heydər HÜSEYNOV,
Azərbaycan EA-nın həqiqi üzvü,
fəlsəfə elmləri doktoru
Şəmistan Nəzirli
253
Şəxsi həyatında general Əli ağa Şıxlinski sonsuz
bir məhəbbətlə arvadı Nigar xanımı sevən sədaqətli
bir ər idi. Onun övladı yox idi.
Yevgeni BARSUKOV,
general mayor, hərb elmləri doktoru,
professor, Dövlət mükafatı laureatı
General Əli ağa Şıxlinskiyə tale övlad qismət eləməmişdi. O,
sevimli həyat yoldaşı Nigar xanımın ölümündən sonrakı həyatını
tamamilə artıq hesab edirdi. Bu, doğrudanmı belədir, yoxsa şair
təbli məşhur sərkərdəmiz ötəri hissəmi qapılmışdı?
1931-ci il avqustun 12-də vəfat edən Nigar xanımdan sonra
general on üç il yaşamışdı. Bu on üç ildə tənha yaşayan Əli ağa
Şıxlinski həyatının bir anını belə Nigarsız təsəvvür etməmişdi.
O, hər cümə axşamı sevimli həyat yoldaşının qəbrini ziyarət et-
miş, vəfatının ildönümündə ehsan vermişdir.
Görüşdüyüm Şıxlinskilər nəslinin çoxsaylı nümayəndələri
mənə dönə-dönə demişlər ki, generalın ən çox sevdiyi insan yal-
nız və yalnız həyat yoldaşı Nigar xanım olub. Əli ağa Şıxlinski
məşhur “Xatirələrim” əsərində, şeirlərində və məqalələrində bu
barədə söhbət açıb. Biz də bu məhəbbətin ülviliyindən oxuculara
az-çox çatdırmışıq.
1983-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinin Arxivindəki
“Şıxlinski fondu”nda araşdırmalar apararkən ağzı bağlı bir
məktuba rast gəldim. Mavi rəngli zərfin üstündə rus dilində belə
yazılmışdır: “Vəsiyyət. Mən öləndən sonra açmalı”.
Məktub əlimdə bir müddət kövrək hislərin ağır təsirindən qu-
ruyub qaldım. Gözlərimdə yaş dumanı, beynimdə qarmaqarışıq
sözlər fırlanırdı: “Açım, açmayım. Bu müqəddəs kişinin ruhu
məni lənətlənməz ki…”.
Məktubu o biri üzünə çevirib yapışdırılmış tərəfinə dönə-
dönə baxıram. Məktub bağlıdır. 1943-cü il avqustun 18-də Bakı-
da vəfat edən generalın ölümündən isə düz 40 il keçir. Kədərlə
köks ötürüb çölə boylanıram. Fevral ayının sazağı, sanki uğultu
General Əli ağa Şıxlinski və silahdaşları
254
ilə içəri dolub varlığımı titrədir. Həyat və fəaliyyətini az-çox
öyrəndiyim general Əli ağa Şıxlinski bilirəm ki, çox maraqlı bir
insan olub. Güclü müşahidəsi, əla mütaliəsi və geniş dünyagörü-
şü olan bu adam heç vaxt ötəri və ya başdansovdu iş görməzmiş.
Onun şəxsi əlyazmalarını araşdıranda görürsən ki, xırdaca bir
qeydi də böyük məna kəsb edir. Mənim yəqinim idi ki, generalın
hələ oxumadığım vəsiyyətnaməsində də müdrik sətirlərə rast
gələcəm.
Bu anda ağlıma qəribə bir fikir də gəldi. Əgər arxiv işçiləri
icazə versəydi, bu ağzıbağlı məktubu götürüb generalın yaxın
qohumlarından birinin yanına gedər və onunla birgə açıb oxu-
yardım. Məlumdur ki, vəsiyyət hər şeydən əvvəl yaxın qohumu
üçün yazılır. Mən də istəyirdim ki, bu məktubu generalın doğ-
ması müdrik yazıçı İsmayıl Şıxlı ilə birgə oxuyam. Amma bu,
mümkün deyil. İndi bu məktub adi kağız parçası deyil.
Möhürlənib, qeydə alınıb və tarixi bir sənəd olub. Bəs bu tarixi
sənəd nə üçün indiyədək heç kəsi maraqlandırmayıb. Bəlkə,
tədqiqatçıların rastına çıxmayıb. Elə isə onda mənim uğurum-
dur qarşıma çıxıb, açsam heç bir günah sahibi olmaram.
Ehtiyatla qələmin iti ucunu ağzıbağlı məktuba yaxınlaşdırı-
ram. Qırx il qurumuş yapışqan asanca qopur. İçərisindən adi
dəftər kağızında yazılmış dörd vərəq çıxır. Birincisinin sərlövhəsi:
“Ailə vəsiyyətnaməsi”, 30 oktyabr 1933-cü ildə yazılıb. İkincisi:
“Əziz Bahadır və Varya” (həmin tarixdə yazılıb). Üçüncü sər löv-
həsizdir, yalnız “3 yanvar 1938-ci il” tarixi qoyulub. Dördüncü:
“Son rica (xahiş)”, 13 mart 1942-ci ildə yazılıb.
General Əli ağa Şıxlinskinin “Vəsiyyətnamə”sinin dördünün
də üzünü köçürüb evə qayıdıram. Yol boyu ikinci vəsiyyət na mə-
dəki bir cümləni ürəkağrısı ilə öz-özümə təkrar edə-edə gəlirəm:
“Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam
etdirərsə, onda mənim “əmlakım” mənim dəfn olunma və ən
sadə qəbirdaşı qoyulma xərclərinə belə bəs etməz, bu halda
mənim vəsiyyətim gülünc hal almış olar”.
Oxucum, general Şıxlinskinin vəsiyyətnamələrindəki kədər
təkcə bu cümlədə deyil. Onların dördü də tənha yaşayan insanın
Şəmistan Nəzirli
255
kədər və həsrətilə doludur. Burda onun sevimli Nigarına ülvi
məhəbbətinin də şahidi olacaqsan.
Mən on bir il əvvəl ulu generalımızın kədərinə şərik oldum.
Vəsiyyətnamələri Sizə təqdim etməkdə bircə məqsədim var: xal-
qımız üçün əvəzsiz xidmətlər göstərmiş general Əli ağa Şıxlins-
kinin nikbinliyinə, qayğılarına Siz də şərik olun. Ulu vəsiyyəti
faydasız olmaz.
* * *
Ailə vəsiyyətnaməsi
Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa: mebel,
qab-qacaq, geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nağd
pul məbləğini – həyatımın kimsəsiz illərində mənə qayğı
göstərmiş həkim Bahadır Qayıbova və onun arvadı Qayıbovaya
vəsiyyət edirəm.
Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm.
30 oktyabr 1933-cü il, Bakı
Əli ağa Şıxlinski
* * *
Biz mətnin altında imza atmış şəxslər, aqronom Nəsrulla
Əlizadə və texnik Sadiq Əlizadə şahidik ki, Əli ağa Şıxlinski 30
oktyabr 1933-cü ildə bizim iştirakımızla vəsiyyətnaməni tərtib
edib imzalayarkən tam sağlam əqlə və yaddaşa malik idi.
Nəsrulla Əlizadə,
Sadiq Əlizadə.
* * *
Əziz Bahadır və Varya!
1
Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam
etdirərsə, onda mənim “əmlakım” mənim dəfn olunma və ən
1
Bahadır bəy Mirzə Hüseyn Əfəndi oğlu Qayıbov (1878-1949) Əli
ağa Şıxlinskinin qaynıdır. 1897-ci ildə Tiflis gimnaziyasının və Xarkov
Dövlət Universitetinin tibb fakültəsini (1903-cü il) bitirmişdir. Onlar həm
də qonşu olmuşlar.
Varvara Qayıbova doktor Bahadır bəyin arvadı – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
256
sadə qəbirdaşı qoyulma xərclərinə belə bəs etməz, bu halda
mənim vəsiyyətim gülünc hal almış olar.
Lakin, ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xa-
nımın vəfatından sonra, siz məni qayğı ilə hərtərəfli əhatə edərək,
onsuz yaşadığım günləri mənim üçün mümkün və dözümlü
etdiyinizə görə, mənim Sizə qarşı olan minnətdarlığımın həddi-
hüdudu yoxdur.
Bu qəni minnətdarlığı mən özümlə qəbir evinə aparacağam.
Sizin mənə qarşı mərhəmətinizə görə Allah Sizdən razı olsun.
Sizi sevən Əli ağa Şıxlinski
Bakı, 30.X.1933-cü il
* * *
3 yanvar 1938-ci il
Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var
idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı və
mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə
bilərdi.
Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə var-
dısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını
itirmiş oldu.
Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə
qəbirdaşına kifayət edərsə, ona da şükür. Heç bir ehsan və elan
lazım deyil.
Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər
vermək olar.
Qəbirdaşı yalnız onun üçündür ki, mənim adım unudulmaz
həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın.
Əli ağa Şıxlinski
* * *
Son rica (xahiş)
1. Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya
göndərin.
Şəmistan Nəzirli
257
2. Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan
qəbiristanlığa aparın.
3. Qəzetdə elan verməyin.
4. Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bü-
külmüş cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta
qoyun.
5. Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir,
müasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.
6. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı
tava daşı ilə örtüb, üstünə yazarsınız: Əli ağa Şıxlinski – heç bir
tarix lazım deyil.
Əli ağa Şıxlinski
Bakı, 13.03.1942-ci il
* * *
Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyul-
masın.
Əli ağa Şıxlinski
1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstə-
xanada kardiosklerozdan vəfat edən general Əli ağa Şıxlinskinin
dəfn olunma mərasimini filosof-alim Heydər Hüseynovun özü
təşkil etdi. Generalla heç bir qohumluğu olmayan alimin Ə.Şıx-
linski şəxsiyyətinə, onun sərkərdəlik fəaliyyətinə, xüsusilə lü ğət-
çilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti
vardı.
Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay
orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan
yaylım atəşi atıldı. “Artilleriyanın allahı”nı görkəmli sərkərdələrə
məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun
özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər.
Tam artilleriya generalı Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlins-
kinin adı və hərbi quruculuq tariximizdəki misilsiz xidmətləri
General Əli ağa Şıxlinski və silahdaşları
258
bu gün də unudulmamışdır. İndi Bakıda, Gəncədə, İmişli və Qa-
zax rayonlarında abad küçələr onun adını daşıyır.
Respublika Nazirlər Sovetinin 1990-cı il 28 iyul tarixli qərarı
ilə Sabirabad rayonundakı altı saylı pambıqçılıq kolxozuna və
Bakının yeddinci mikrorayondakı 135 saylı orta məktəbə Əli ağa
Şıxlinskinin adı verilmişdir. Vaxtilə yaşadığı Cəfər Cabbarlı
küçəsindəki binaya xatirə-barelyefi vurulmuşdur.
1990-cı il iyulun 23-də isə Respublika Prezidentinin fərmanı
ilə ali məktəb tələbələri üçün xüsusi general Əli ağa Şıxlinski
təqaüdü təsis edildi. Qazax Xeyriyyə Cəmiyyəti cəbhə bölgəsində
və orduda fəallıq göstərən əsgər və zabitlər üçün “General Əli
ağa Şıxlinski mükafatı” təsis edib. Hər il general Əli ağa Şıxlins-
kinin doğum və vəfatı günü qeyd olunur. Fəaliyyəti və şəxsiyyəti
haqqında kitablar və çoxlu məqalələr yazılır, xatirə günü keçiri-
lir.
Vətənin, doğma Azərbaycanın şərəf və azadlığı yolunda igid
bir sərkərdə kimi danılmaz xidmətləri olan tam artilleriya gene-
ralı Əli ağa Şıxlinski doğma xalqının ehtiramına tam mənada la-
yiq şəxsiyyətdir.
Şəmistan Nəzirli
259
GENERAL ƏLİ AĞA ŞIXLİNSKİNİN
HƏRBÇİ QARDAŞOĞULLARI
Ata yurdumuzdan ilham almasaq,
Zaman ağac kimi qurudar bizi.
Bu gün babaları yada salmasaq,
Sabah nəvələr də unudar bizi.
Hüseyn ARİF
xalq şairi
Sovet dövründə “qırmızı inqilab”dan əvvəl yaşamış bir çox
hərbiçilərimiz haqqında danışmaq bizə yasaq olmuşdu. Xüsusilə
də Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general və zabit
heyəti barədə. Bəzilərin adını bir yerdə çəksək də, yalan-gerçək
yazırdıq ki, filankəs yeni gələn şura hökumətini ürəkdən alqışla-
yıb.
Beləcə, yetmiş ildən çox bir müddətdə yüzlərlə, minlərlə oğul-
larımıza, qızlarımıza özümüz öz əlimizlə qara yaxmışıq. Bunla-
rın arasında elələri də olub ki, indiyə kimi adını heç yerdə
çəkməmişik. Hətta yaxın qohumları belə onların adını çəkməyə
ehtiyat ediblər. Bunu dövr, zaman belə tələb edib. Totalitar reji-
min ağır təzyiqinə məruz qalmış o qohumları bu gün biz günah-
landırmaq iddiasında deyilik. Bir quruluşda ki, ölüyə Quran
oxuyan mollanı Sibirə sürgün edirdilər, onda əmini necə günah-
landırmaq olar ki, istilaçı IX Qızıl Orduya qarşı vuruşan qarda-
şın oğlunun adını xatirələrində niyə yazmamısan? Təsəvvür
edin ki, “şanlı Qızıl Ordu” – deyə, şəninə nəğmələr qoşduğumuz
bir vaxtda o əminin aqibəti necə olardı?
Tam artilleriya generalı Əli ağa Şıxlinski 1942-ci ildə qələmə
aldığı “Xatirələrim” kitabının iyirmi ikinci səhifəsində yazır:
General Əli ağa Şıxlinski və silahdaşları
260
“1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leyte-
nant Baumqarten mənim komandamı gözdən keçirərkən briqa-
da komandiri knyaz Ximşiyevə göstərib dedi: “Bu zabit çox ağıl-
lı adamdır, onu sənə təqdim edirəm”. Knyaz Ximşiyev cavab
verərək dedi: “Siz onu yunkerlikdə görmüsünüz, biz isə on ildir
ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk”. Bu
təftişin nəticələri haqqında təlim komandasının rəisi əmr-
naməsində yazırdı: “Otuz doqquzuncu topçu briqadasının təlim
komandası sevindirici bir vəziyyətdədir…”. Sonra o, öz əmrində
komandanın başqa komandanlarla olan bütün üstünlüklərini
göstərib, mənə təşəkkür elan etdi.
…1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit bi-
zim briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski
dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən
azaddırlar. Çünki onun üçün əmisi Əli ağa Şıxlinski kimi bir
örnək vardır”.
1983-cü ildə generalın “Xatirələrim” kitabını yenidən nəşrə
hazırlayanda ona “Qeydlər və izahlar” fəsli yazmalı oldum.
İstər-istəməz generalın qardaşı oğlu, həmin cavan zabitin taleyi
ilə maraqlandım. Bu barədə Bakıda heç nə tapmadım. Bir dəfə
Qazaxa gedəndə ağbirçəklərdən, ağsaqqallardan soruşdum ki,
Əli ağa Şıxlinskinin hərbçi qardaşı oğlunun adı nə olub? Onlar
da sorğuma sualla cavab verdilər ki, hansı hərbçi qardaşı oğlunu
deyirsən, generalın iki hərbçi qardaşı oğlu olub: Cavad bəy və
Rüstəm bəy Şıxlinskilər.
Bəli, ortaya bir çətinlik də çıxdı.
Eşitdim ki, polkovnik Rüstəm bəyin qızı Qazaxda yaşayır.
Zəng eləyib görüşmək istədim. Ədilə xanımla telefon söhbətimiz
görüşməyə körpü salmadı. Mətbuat işçilərindən giley-güzar
elədi. Dedi ki, “Dəli Kür” filmi çəkiləndə bir rejissor bizdən xey-
li şəkil apardı, hələ də geri ala bilmirik, hətta, Əli ağa babamın ağ
at üstündə çəkilmiş yeganə şəkli belə it-bata düşdü.
Haqlı giley idi. Bu söhbətdən sonra mən də Ədilə xanımla
görüşməyə inad eləmədim. O, telefonda elə qəmli danışırdı ki,
Şəmistan Nəzirli
261
əzizlərinin nadir fotoşəkillərinin onun üçün nə qədər ağır itki
olduğunu çox gözəl başa düşdüm. Bir də hiss elədim ki, Cavad
bəy Şıxlinski haqqında danışmağa ehtiyat edir…
Az sonra Şıxlinskilər nəslinin cavan nümayəndəsi ilə tanış ol-
dum. Sözarası həmin cavan zabitin adını soruşdum. O, inamla
bildirdi ki, Əli ağa babamın ehtiyat edib adını çəkmədiyi cavan
zabit Cavad bəy Şıxlinski idi. Onun dediyinə inanıb, “Xatirələrim”
kitabının 211-ci səhifəsinə belə bir izahat yazdım: “Həmin cavan
zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavad
bəy Məmməd ağa oğlu Şıxlinski olub”.
General Cavad bəy və polkovnik Rüstəm bəyin atası Məmməd
ağanın hansı illərdə yaşadığını dəqiqləşdirmək üçün Əli ağa Şıx-
linskinin yaddaşı köməyinə gəldi: “Buma (Qəbələ rayonunda
kənddir – Dostları ilə paylaş: |