Ş.N.) və Qutqaşenə gəldikdə eşitdim ki, İsmayıl bəy
Qutqaşenə şair, həm də məşhur, şanlı bir adammış, özü də qut-
qaşenli imiş. Bu məlumatı mənə o zaman Şəkidə uyezd naçalni-
kinin müavini olan doğma, həm də məndən iyirmi beş yaş bö-
yük olan qardaşım Məhəmməd ağa Şıxlinski söylədi” (Ə.Şıxlins-
ki. Qutqaşınlı haqqında, Əlyazmalar İnstitutu, arx. 38, Q-11 [250]).
Məhəmməd ağa Şıxlınski haqqında yenə generalın “Xatirələr”
kitabından: “Atam rus dilini bilməzdi. Məndən iyirmi beş yaş bö-
yük olan qardaşım çar konvoyuna göndərildi. Atamdan aldığı
pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi.
O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o za-
mankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari
korneti adını aldı. Halbuki onun yoldaşları ancaq bir ildən sonra
milis praporşiki ola bilmişdilər. Məndən iyirmi iki yaş böyük olan
ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaş-
larım isə uşaqkən ölmüşdülər” (səh.14-də, 1984-cü il nəşri).
Burdan məlum olur ki, böyük qardaş Məmməd ağa 1837-ci
ildə, kiçik qardaş Osman ağa isə 1841-ci ildə anadan olmuş, 1908-
ci ildə isə vəfat etmişdir. Poruçik Məhəmməd ağa isə 1889-cu
ildə dünyadan köçüb.
General Əli ağa Şıxlinski və silahdaşları
262
Generalın yaxın qohumuna inansam da, özümdə bir inamsız-
lıq, narahatçılıq vardı. Arxivlərdə işləyəndə Cavad bəyin adına
rast gəlmirdim. Heç olmasa fotoşəklini belə tapa bilmirdim. Ax-
tarışlarımın bəhrəsizliyi bəzən belə bir hərbçinin olması haqda
məndə şübhə də doğururdu. Digər tərəfdən, general Əli ağa Şıx-
linskinin ensiklopedik biliyinə, dəqiq yaddaşına inanmaya bil-
mirdim. Generalın iki yüz səhifəlik “Xatirələrim” kitabında on-
larca hərbçinin və müxtəlif peşə adamlarının vəzifəsini, ad-
familini dönə-dönə hərbi ensiklopediyalarla tutuşdurmuşdum.
Səksən yaşlı qoca generalın yazdığı kitabda zərrəcə səhv tapa
bilməmişdim.
General xatirələrini yazanda 1942-ci il idi. Otuz yeddinci il
hələ davam edirdi. 1920-ci ildə istilaçı XI Qızıl Orduya qarşı
Gəncədə üsyanın fəal başçısı olan general Cavad bəy Şıxlinski
İrana qaçmışdı. Ona görə də general onun adını yazmağa cəsarət
etməmişdi.
Bəs nə etməli? Haradan, necə öyrənməli general Cavad bəy
Şıxlinskinin fəaliyyətini? Bir tərəfdən də fikirləşirdim ki, onun
haqqında yazacağım məqalənin dərcinə heç kəs yaxın durmaya-
caq.
Qazax ağsaqqalları isə məni şirnikləndirirmiş kimi xeyir-şər
məclislərində onu tərifləyirdilər. Dəqiq hərbi fəaliyyətini öyrən-
mək istəyəndə “qalsın gələn dəfəyə” – deyib, söhbətin mövzusu-
nu dəyişirdilər. Sözün tam mənasında oxunu atıb, yayını
gizlədirdilər. Hiss edirdim ki, qorxurlar, ehtiyat edirlər. Onlar
hardan biləydilər ki, dövr dəyişəcək, tarixin qaranlıqlarına işıq
düşən gün gələcək. İndi həmin vaxt gəlib, amma çox təəssüf ki, o
yaxşı məlumatlı kişilər yoxdur. Onlar general Cavad bəy və
onun polkovnik qardaşı Rüstəm bəy haqqında söz-söhbəti də
özləri ilə o dünyaya apardılar. Onlardan yalnız Abdulla Babanlı
müəyyən mətləblərdə mənə kömək etdi.
Yadımdadır, elə oradaca söhbət polkovnik Cahangir bəy
Şıxlinskidən düşdü. Bir neçə ağsaqqal onun 1918-1920-ci illərdəki
fəaliyyətindən fəxrlə söhbət açdı. Dedilər ki, bu illərdə Daşsalah-
Şəmistan Nəzirli
263
lı Məmməd Koxa Mahmudov, Söyün bəy Sübhanverdixanov,
Mədəd bəy Vəkilov, Əskiparalı Mikayıl ağa, Cahangirbəylə
çiyin-çiyinə verib erməni daşnaklarına, gürcü menşeviklərinə
qarşı vuruşaraq torpağımızı qorudular.
Mən də “Azərbaycan tarixi” kitabından oxuduğum bir epizo-
du onlara danışdım.
– Orada yazılır ki, 1915-ci ildə fabrik fəhlələri (məlum deyil
hansı fabrikin – Ş.N.) gündəlik əmək haqqının artırılması üçün
tətil eləyirlər. Bu təzyiqdən sahibkar əmək haqqını 5 qəpik də
artırır. Lakin bunun sədəqə kimi qəbul edən fəhlələr yenə imtina
edirlər. Tətilçilərin qətiyyətini görən qəza rəisinin müavini Ca-
hangir bəy Şıxlinski fəhlələrin beş nəfər nümayəndəsini yanına
çağırıb onları həbslə hədələyir. Əmr edir ki, işə başlasınlar.
Polislər də fabriki mühasirəyə alırlar. Lakin tətilçilər inadla öz
tələblərinin ödənilməsinə nail olurlar, onların əmək haqqı beş
qəpikdən on beş qəpiyə qədər artırılır, üstəlik də iş günü yarım
saat azaldılır…
Bu yerdə dözə bilməyən ağsaqqal maarifçi Abdulla Babanlı
dedi: – Yalandı, oğul, büsbütün yalan epizoddur. Əvvəla, bizim
Qazaxda elə bir fabrik olmayıb. Bizdə indi də, o vaxt da xırda
xalça, kəlağayı, dondurma və konfet sexləri var. Bizdə inqilab-
dan əvvəl belə sexlərin və dükanların sahibkarları Hacı Rəsul
uşağı adı ilə tanınan Məmmədəli, Əbdüləli, Mirzəvəli və başqa
qardaşlar vardı. Onlar da xeyirxah, kasıba, yetim-yesirə əl tutan
oğullar idi. Dükanlardan biri kəlağayı alanda, birini də bağışla-
yırdılar. Onlar xırda-para şeylərin alverçisi deyirdilər, əsl tacir
idilər. Mən əsrdən (XX əsr) böyüyəm, nə təhər olub ki, bu boyda
tətili nə görmüşəm, nə də eşitmişəm. Yalan yazır o oxuduğun
“Azərbaycan tarixi” kitabı…
Yaxşı tanıdığım bir tarixçi professorun kitabından aşağıdakı
cümlələri oxuyanda o vaxt mən də general Cavad bəy Şıxlinski-
nin xalqının düşməni olduğuna inanmışdım. Eləməyib tənbəllik
bu cümlələri də Abdulla müəllimə oxudum: “Müsavat generalı
Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov, ge-
General Əli ağa Şıxlinski və silahdaşları
264
neral Məhəmməd Mirzə Qacar, məşhur müsavatçı Xan Xoyski
qardaşları və başqaları qiyamın bilavasitə təşkilatçıları olmuşlar.
Əksinqilabçı ünsürlərdən təşkil edilən qiyamçılar on-on iki min-
lik böyük dəstəyə və üç artilleriya batareyasına malik idilər. Ma-
yın 26-da qiyamçılar hərbi cəbbəxananı ələ keçirdilər, dəmiryol
vağzalını tutdular. Müsavatçılar şəhər əhalisi içərisində bol şe-
viklər, qızıl əsgərlər əleyhinə hər cür böhtanlar yayır, guya
bolşeviklər əleyhinə bütün Azərbaycan üsyan etmişdir, – deyə
fitnə-şayiələr yayırdılar”.
Cümlələri oxuyub qurtaran kimi Abdulla müəllim titrək, arıq
barmaqlarını sətirlərin üstündə gəzdirə-gəzdirə dedi:
– Bu cümlələrdəki “böhtan, fitnəkar, şayiə”, “əksinqilabçı”
söz lərini pozsaq, “qiyam və qiyamçıları” isə igid, üsyankar söz-
ləri ilə əvəz etsək, professorun fikirləri düz olar.
Əlbəttə, on səkkiz il əvvəl Abdulla müəllim bu iradları mənə
ikilikdə, özü də astadan, ehtiyatla deyirdi. Onda nə demokratiya
vardı, nə də aşkarlıq.
1991-ci ildə arxivdə rast gəldiyim bir kitab məni çox sevindir-
di. Sevindim ki, nə general Əli ağa Şıxlinskinin yazdığı, nə də
onun qohumunun dediyi səhv olmadı. 1912-ci ildə Qafqaz cani-
şinliyinin mətbəəsində nəşr olunmuş “Kavkazski kalendar” sor-
ğu kitabı bunu bir daha təsdiq etdi. Kitabın 489-cu səhifəsində
belə bir qeyd var: “Otuz doqquzuncu artilleriya briqadasının ko-
mandiri general-mayor Kalin, birinci rotanın komandiri isə kapi-
tan Cavad bəy Şıxlinskidir”.
Yeri gəlmişkən həmin kitabdan müəyyən səhifələri qısaca ola-
raq oxuculara təqdim edirəm. Ona görə ki, orada xalqımızın
görkəmli hərbçi oğulları haqqında məlumat verilir.
Dörd yüz yetmiş səkkizinci səhifədən:
– Birinci Qafqaz ordusu korpusunun artilleriya müfəttişi ge-
neral-leytenant Səməd bəy Mehmandarov, əlli ikinci artilleriya
briqadasında birinci divizionun komandiri Əsəd bəy Talışxanov,
Qafqaz canişinliyinin hərbi qərargahında ştalmeyster (orduda
süvari zabiti – Ş.N.) Bəhram xan Naxçıvanski xidmət edirlər.
Şəmistan Nəzirli
265
Yüz otuz altıncı səhifədən:
– Cavanşir qəzasının Tərtər qəryəsində praporşik Gəray bəy
Vəkilovun, Qarasaqqalda İsfəndiyar bəy Muradovun (general
Ə.Şıxlinskinin bacısı oğludur. Az müddət Qazax qəzasının rəisi
olub. 1920-ci ilin mayında Gəncə üsyanının iştirakçısı adı ilə
məçhur ədəbiyyatşünas Firidun bəy Köçərli, doktor Məcid bəy
Vəkilov, müəllim Nadir bəy Dağkəsəmənski ilə birgə bolşeviklər
tərəfindən Gəncədə güllələnib – Ş.N.) Qazax qəzasında starşina
köməkçisi Cahangir bəy Şıxlinski və Məcid bəy Şıxlinskinin
fəaliyyətindən danışılır.
Beş yüz iyirmi doqquzuncu səhifədə isə Əli ağa Şıxlinskinin
iyirmi ikinci artilleriya briqadasında birinci polkun komandiri
olduğu göstərilir.
“Kavkazski kalendar”dakı bu tapıntılarımdan sonra cəsarət
edib 1990-cı ilin sentyabrında “Bizim generallar” verilişində ge-
neral Cavad bəy Şıxlinski haqqında sorğu ilə çıxış elədim. İki
gün keçməmiş bir nəfər zəng elədi. Dedi ki, çıxışınıza qulaq as-
dım. Çox sağ olun ki, mənim babalarım Cavad bəy və Rüstəm
bəy Şıxlinskilər haqqında az-çox məlumat verdiniz. Amma heç
birinin şəklini göstərmədiniz.
– Yoxdur, – dedim, – qardaş, heç bir arxivdən şəkillərini tap-
maq mümkün olmadı. Mən də ona görə sorğu elədim ki, kimdə
onların şəkli varsa, bizə göndərsin. Əgər doğrudan da o kişilər
sənin babandırsa, kömək elə, şəkillərini tapaq.
– Var, – deyə xəttin o başındakı adam inamla bildirdi.
Mən sevinclə:
– Harda, kimdə? – soruşdum.
– Qazaxda, anamda. Siz bir neçə il əvvəl anamla bu barədə
telefonla danışmısınız. Anam isə əmisi Cavad bəyin adı gələndə
həmişə ehtiyat edir. Bir də itkin şəkillərdən sonra anam heç kəsə
inanmır. Sizin verilişə baxıb, indi özü Qazaxdan zəng eləmişdi
ki, qəzetdə dərc olunan yazılarını oxuyuram, verilişinə də bax-
dım, şəkilləri ona etibar eləyə bilərəm…
General Əli ağa Şıxlinski və silahdaşları
266
Danışan Ədilə xanım Şıxlinskayanın oğlu Rüstəm idi. On
ildən sonra bu görüşün baş tutması üçün polkovnik Rüstəm
bəyin nəvəsi Rüstəmə təşəkkür edib, Qazaxa getdim. Gedəndə
özümlə Respublika Kino-Foto-Sənədlər Arxivindən tapdığım iki
nadir şəkli də götürmüşdüm. 1919-cu ildə çəkilən bu şəkillərdə
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun general və zabitləri
təsvir olunmuşdu. Hər iki şəkildə cavan bir zabitin ad-famili ya-
zılmışdı: Bahadır bəy Vəkilov.
* * *
Elə ilk görüşdən bir-birimizdən üzrxahlıq elədik. Ədilə xanım
yanıqlı-yanıqlı dedi ki, gözüm qorxub, ay oğul, iyirminci, bir də
otuz yeddinci illər bizim ailəyə heç nədən çox ağır zərbələr vu-
rub. Sənin on il bundan qabaqkı telefon zəngində isə yara hələ
isti idi. Şəkillərin yarasını deyirəm, ən çox məni yandıran da, Əli
ağa babamın ağ at üstündə çəkilmiş yeganə fotoşəkli idi. Günah
məndə oldu, heç olmasa üzünü çıxartdırıb özümdə saxlamadım.
Rüstəm dönə-dönə gedib o rejissoru axtarıb. Deyiblər rəhmətə
gedib. Şəkillər də itdi-batdı. Nə isə, olan-oldu, keçən-keçdi…
Məndə qalan şəkillər bunlardı, – deyib, Ədilə xanım “Nikolay-
dan qalma” bir albomu stolun üstünə qoydu. Albomun ilk
səhifəsində çərkəzi geyimli cavan bir zabit şəkli... İri ala gözləri
necə də tanış və doğmadır. Mənim şəklə diqqətlə baxdığımı
görən Ədilə xanım: – Dayımdı, – dedi, – müsavat zabiti olduğu-
na görə iyirminci ildə bolşeviklər onu da güllələyiblər.
Onun səsindəki təsvirəgəlməz kövrəklik, həzin bir qəm dal-
ğası varlığımı titrətdi. Adam, belə anlarda qarşısındakına təsəlli
verməkdən də məhrum olur. Daxili təlatüm, vicdanın səsi olub
keçmiş ədalətsizliyi, vəhşiliyi ittiham edir. Dərindən köks ötü-
rüb, “heyf” deməkdən başqa əlindən bir şey gəlmir. Çünki na-
haq qan tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək
gecdir. O vəhşiləri indi tarix mühakimə edir. Tarix öz səhifələrində
onlara amansız cəza verir, gec də olsa əyrini – əyri, düzü – düz
yazır.
Şəmistan Nəzirli
267
Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruşdum:
– Dayınızın adı necədir, Ədilə xanım?
– Bahadır bəy Vəkilov, Milli Orduda rütbəsi kapitan...
– Ola bilməz, – dedim. Özümdən asılı olmayaraq səsim
bərkdən çıxdı. – Onda bu şəkillərə baxın, zəhmət olmasa…
Mən özümlə gətirdiyim bir qrup milli ordu əsgərinin iki
fotoşəklini ona göstərdim.
– Bu, tən ortada oturan Bahadır dayımdı, – dedi. İkinci şəklə
baxır: – Bu da odu, dayımdı… Bu şəkillər bizdə yoxdu. Sizdə
hardandı? – soruşdu.
– Arxivdən tapmışam, – dedim.
– Oy, nə yaxşı iş görmüsünüz, çox sağ olun… Mənim anam
Böyükxanım Vəkilovlardandır. İbrahim ağa Vəkilovun qızıdır.
General-topoqraf İbrahim ağanın yox, o, Paşa ağanın oğludur.
Mənim babam isə Pənah ağa Vəkilovun oğludur. İkicə dayım
vardı: böyüyü İsfəndiyar bəy, kiçiyi isə Bahadır bəy idi. İsfəndiyar
dayım 1907-ci ildə Qori seminariyasını qurtarmışdı. Bir müddət
Bakıda rus-tatar məktəbində müəllim işləyib. 1910-cu ilin yayın-
da görkəmli maarifçi Əhmədağa Mustafayevin Dilicanda ədəbi
fəaliyyətinin iyirmi beş illiyi keçirilib. Dayım yubileyin təşkilatçısı
olub. Böyük şairimiz M.Ə.Sabirin “Hophopnamə”sinin nəşri
üçün ianə toplayıb. 1918-ci ildə Qazax Seminariyası açılanda Fi-
ridun bəy Köçərli onu Qazağa dəvət edib. Səməd Vurğunun,
Seyfulla Şamilovun, Mirqasım Əfəndiyevin, Osman Sarıvəllinin,
Mehdi Hüseynin, Mehdixan Vəkilovun və yüzlərcə seminaristin
müəllimi olub. Bolşevik hökuməti qurulanda əksinqilabçı-
müsavatçı fəaliyyətinə görə Solovki konslagerinə sürgün etdilər.
Ana tərəfimdən Solovki adalarında əzab çəkənlər çox olub. Mü-
savat parlamentinin üzvü Rəhim bəy Vəkilov, maarifçi Zəkəriyyə
Vəkilov, Məmmədhəsən Vəkilov-Baharlı, Bakı Darülmüəl lim-
atının direktoru Mədinə xanım Vəkilova-Qiyasbəyli isə otuz
yeddinci ildə güllələndi. Azərbaycan parlamentinin üzvü, parti-
yanın ikinci lideri Mustafa ağa Nadir bəy oğlu Vəkilov 1920-ci
ildə Türkiyəyə mühacirətə getdi… Solovki konslagerində on il
General Əli ağa Şıxlinski və silahdaşları
268
həbs cəzası çəkən dayım İsfəndiyar bəy Vəkilov 1936-cı ilin no-
yabrında qayıtdı. Ömrünün axırına kimi müəllimlik etdi. 1960-cı
ildə vəfat edən dayımın indi bir qızı, bir oğlu qalır. Oğlu İbrahim
Vəkilov istefada olan polkovnikdir. Kiçik dayım Bahadır bəy
Vəkilov idi. Bayaq dediyim kimi, iyirminci ildə cavankən
bolşeviklər güllələdilər, heç evlənməmişdi də. Sizin tapdığınız
şəklin arxasında yazılıbmı, neçənci ildə çəkilib?
– 1919 -cu ildə çəkilib, – cavab verdim.
– Mənimlə yaşıddı, dayımın şəkli, – deyib Ədilə xanım qəmli-
qəmli köksünü ötürür. Ovcundakı xırdaca güllü dəsmalla nəmli
gözlərini sildi.
– Ədilə xanım, bolşeviklər ana tərəfinizdən ona görə çox ada-
mı güllələyib, sürgün ediblər ki, Rəhim bəy Vəkilov müsavat
parlamentinin üzvü olub və nəslinizdə bəylik varmış. Əslində
maarifçilər daha çox olub. Tiflisdəki Qori seminariyasının arxi-
vində işləyəndə bir dəfə maraqlandım ki, görüm neçə Vəkilov
oxuyub. Saydım on bir nəfər idi. Hələ Qazax Seminariyasını qur-
taranlar da olub… Bəs, ata tərəfinizi niyə incidiblər?
– Ata tərəfimdən də ağalıq var idi. “Ağalıq” yeri adlanan
Şıxlinskilərə məxsus torpaqlar indi də qalır. Birinci Şıxlıya çat-
mamış, Kürqırağı yerlər Şıxlinskilərin olub. İndi orda üzüm bağı
salınıb… Polkovnik atam Rüstəm bəy Şıxlinskini də 1920-ci ildə
bolşeviklər güllələdilər. Bizim ailə Bakıdan Qazaxa köçdü. Sonra
Gəncə üsyanı oldu. Cavad əmim İrana getdi. Evimizdə başıpa-
paqlı qalmadı. Anam Qazaxda arteldə dərzi işləyirdi, birtəhər
dolanırdıq. 1932-ci ildə olan bir hadisə heç vaxt yadımdan çıx-
mır. “Çistka” vaxtı idi. Bir gün anamı komsomolçular kluba ça-
ğırdılar. Belə yerlərdə heç vaxt olmayan anam getmək istəmirdi,
utanırdı. Dedilər ki, Bakıdan “çistka” aparmağa nümayəndə
gəlib, getməsən, vəziyyətin daha da pis olar. “Kulak” kimi sür-
gün edərlər, körpələrinə yazığın gəlsin. Onda anam məni də özü
ilə apardı. Yığıncaq başlandı. Səsə qoydular ki, Böyükxanım İb-
rahimağa qızı Şıxlinskayanın səsi alınsın, yoxsa yox. Yerdən: –
Qadındı, köməksizdi, əri, qayını və bir qardaşı güllələnib, bir
Şəmistan Nəzirli
269
qardaşı isə sürgündədir, bağışlansın, – deyənlər çox oldu. Bu
vaxt bizim keçmiş nökərimizin komsomolçu oğlu söz alıb kür-
süyə çıxdı. Anam ürəkləndi. Utancaq anam ilk dəfə başını qaldı-
rıb ümidlə kürsüyə tərəf baxdı. Nökərimizin komsomolçu oğlu
Lenindən, Stalindən, proletariatdan və yeni qurulan kolxozdan
odlu-odlu danışırdı. Bəyləri, ağaları təhqir edə-edə birdən üzü-
nü anam tərəfə tutub, əlini irəli uzatdı: – Bu, o Vəkilovlardan, o
Şıxlinskilərdəndir ki, proletariatın qanını su yerinə axıdıb. Səsi
alınmalıdır. Vəssalam! – deyib kürsüdən fəxrlə düşdü. Anamı
işdən çıxardıb, “səsini” aldılar. Ailəmiz hökumət yanında gözü-
köl gəli oldu. Dinə bilmədi, yazıq anam.
Dünya yaxşı adamlardan xali deyilmiş, ay oğul. Bir xeyli son-
ra anam o vaxtın nüfuzlu adamları Həmid Əfəndiyevə və Sayad
Bəhərzalova müraciət etdi. Onlar kommunist olsalar da, vicdan-
lı adamlar idilər. Anamın səsini qaytarıb, özünü də işə bərpa
etdilər. O vaxt əmim Cavad bəy İranda sağ idi. Onda sərhəd çox
da möhkəm deyildi, gedib-gələnlər vardı. Xəbər gətirmişdilər ki,
general Cavad bəy Şıxlinski Ərdəbil qarnizonunun komandanı-
dır. Əmimə Azərbaycan Demokratik ordusunda general-mayor
rütbəsi verilmişdi. Səhv eləmirəmsə, on doqquzuncu ildə veril-
diyini anam danışardı. Əmim də, atam da Birinci Dünya
müharibəsində tatar polkunun tərkibində vuruşublar, hər ikisi
“Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif
olunublar. Otuz-qırxıncı illərdə o taydan, Cavad bəydən, onun
qoçaqlığından yaxşı sədalar gələndə bizim qocalar pıçıltı ilə, eh-
tiyatla danışırdılar ki, Cavad bəy hərbi işdə atamdan da mahir
olub. O, əmisi Əli ağa Şıxlinski qədər qoçaq imiş. 1946-cı ilə qədər
eşidirdik ki, əmim sağdır, evlənib iki oğlu – Çingiz, Nəzir və
Gövhər adında qızı var.
– Cavad bəy böyük idi, yoxsa atanız Rüstəm bəy?
– Cavad əmim 1874-cü ildə anadan olmuşdu. Yaşı qırxı keçsə
də evlənməmişdi. Bizim Şıxlinskilərin arasında gec evlənənlər
var.
– Ədilə xanım, elə general Əli ağa Şıxlinski buna canlı sübut-
dur. O da gec, qırx dörd yaşında evlənib.
General Əli ağa Şıxlinski və silahdaşları
270
– Anam danışardı ki, boy-buxunda, bacarıqda, xasiyyətdə də
Cavad bəy əmisi Əli ağa Şıxlinskiyə oxşayırdı. Atamı da, əmimi
də Əli ağa babam Tiflisdəki zadəgan balalarına məxsus kadet
korpusuna qoymuşdu. Oranı bitirəndən sonra hər ikisini Peter-
burqa aparır, vaxtilə özünün oxuduğu Mixaylov topçuluq
məktəbinə oxumağa qoyur (Cavad bəy bundan əvvəl Konstantin
hərbi məktəbini birinci dərəcə ilə bitirmişdi – Ş.N.). Atam, əmim
Cavad bəydən iki yaş kiçik idi. Atam Rüstəm bəy 1877-ci ildə
anadan olub. Hər ikisi də Qazaxda anadan olub. Sizə danışdıqla-
rımın hamısını anam yazmışdı, ordan oxumuşam, hara qoymu-
şam, harda gizlətmişəm tapa bilmirəm… Anam bu yazıları
müharibədən qabaq yazmışdı. Deyirdim ki, ay ana, at getsin, bu
yazılar nəyinə lazımdır.
Birdən nə olar… Bunlara görə başımız bəlalar çəkər. Anam da
arxaçıyınlıqla: “Yox, qızım, – deyərdi, – vaxt gələcək lazım ola-
caq, belə kişilərin adı batmamalıdır”.
– Ədilə xanım, nə general əminiz Cavad bəyin, nə də polkov-
nik atanız Rüstəm bəyin Azərbaycan milli ordusundakı əvəzsiz
xidmətləri itib-batmayıb. Xalqımızın görkəmli oğlu Mirzəbala
Məmmədzadənin “Azərbaycan milli ordusunun keçdiyi yollar”
məqaləsində onlar barədə məlumat var: “Ağdamda (1918-ci ildə)
pulemyot bölüyünə məxsus hazırlıq məktəbi açıldı. Sonralar
bolşeviklər tərəfindən edam edilən mərhum miralay (polkovnik)
Şıxlı Rüstəm bəyin idarəsi altında topçu hissəsi təşkil edildi”.
Müəllif yazırdı ki, yenicə yaradılan Müsavat ordusunun birinci
diviziyasına mirliva (general-mayor) Cavad bəy Şıxlinski ko-
mandan təyin edildi…
* * *
Rusiya Mərkəzi Hərbi Tarix Arxivindən aldığımız rəsmi
sənəddə Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşları haqqında
məlumat verilir. Bu sənədlərdən hər iki sərkərdənin 1917-ci ilə
qədərki fəaliyyəti göstərilir.
Şəmistan Nəzirli
271
1914-cü il yanvarın 12-də tərtib olunmuş “Xidmət kitabça”-
sında podpolkovnik Cavab bəy Şıxlinskinin 1874-cü ildə yanva-
rın 3-də Gəncə Quberniyasının Qazax qəzasında ağalıq nəslində
anadan olduğu göstərilir. İbtidai hərbi təhsilini Tiflis kadet kor-
pusunda aldıqdan sonra yunker Cavad bəy Peterburqdakı Kons-
tantin hərbi məktəbini 1892-ci il avqustun 28-də birinci dərəcə ilə
bitir dikdən sonra podporuçik rütbəsi alır. Təhsilini davam
etdirmək üçün Artilleriya Zabitləri Məktəbinə daxil olur.
Az müddət Kremençuk şəhərindəki artilleriya batareyasında
xidmət edir. 1895-ci il mayın 9-da 39-cu artilleriya briqadasına
ezam olunur. O, briqadada tədris işləri üzrə müəllim vəzifəsinə
təyin olunur. 1896-cı il avqustun 18-də Qazax qəzasına ezam olu-
nan Cavad bəy süvari ordusuna at toplamaq üçün göndərilir.
Sonrakı illərdə Qars və Aleksandropol şəhərlərində xidmətdə
olan Cavad bəy Şıxlinski 1901-ci il avqustun 19-da ştabs-kapitan
rütbəsi alır.
1904-cü ildə Qars şəhərində beşinci batareyanın komandiri
olan Cavad bəy həmin il martın 28-də xidmətdə fərqləndiyinə
görə üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olu-
nub.
Xidmət yeri tez-tez dəyişdirilən Cavad bəy İranda, İrəvanda,
Tiflis quberniyasının Qombarı, Muxrovan ərazilərində, Çarskoe-
Seloda müxtəlif hərbi vəzifələrdə ləyaqətlə qulluq etmişdir.
1913-cü il fevralın 21-də ona Romanovlar sülaləsi çarlığının 300
illiyi münasibəti ilə xatirə medalı və podpolkovnik rütbəsi verilir.
Sənədlərdə göstərilir ki, xidmətə başlayan gündən həmişə
nümunəvi zabit kimi qulluq etmiş, heç vaxt töhmət almamışdır.
Öhdəsinə düşən tapşırığı vaxtında və ləyaqətlə yerinə yetirmişdir.
1913-1914-cü illərdə podpolkovnik Cavad bəy Şıxlinski 23-cü
İri Çaplı artilleriya divizionuna komandir təyin olunur. 1916-cı il
fevralın 10-da Cavad bəy 45-ci artilleriya briqadasında dördüncü
batareyanın komandiri olur. 1917-ci il aprelin 22-də isə Cavad
bəy Şıxlinskiyə polkovnik rütbəsi verilir.
General Əli ağa Şıxlinski və silahdaşları
272
İyirmi üç illik imperiya ordusundakı nümunəvi xidmətinə görə
polkovnik Cavad bəy Məmməd ağa oğlu Şıxlinskinin döyüş
xidmətləri layiqincə qiymətləndirilmişdir. O, üçüncü dərə cəli
“Müqəddəs Anna” (16.03.1908), ikinci dərəcəli “Müqəddəs Stanis-
lav” (02.03.1911), ikinci dərəcəli “Müqəddəs Anna” (15.02.1914),
dördüncü dərəcəli “Müqəddəs Vladimir” (31.01.1915), dördüncü
dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə, 29.09.1915),
iki dəfə Ali Baş Komandanlığın mükafatı ilə (05.03.1916; 14.10.1916),
ikinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə, 21.10.1916), ikin-
ci dərəcəli “Müqəddəs Stanislav” (qılıncla birgə, 02.12.1916),
üçüncü dərəcəli “Müqəddəs Vladimir” (03.10.1917) ordenləri ilə
təltif olunmuşdur.
* * *
Zəngəzurda məskun olan ermənilər İrəvan daşnaklarının
təhriki ilə bu vilayəti özlərinə ilhaq etmək niyyətilə Azərbaycan
hakimiyyətini tanımırdılar. 1919-cu ilin oktyabr ayında general
Cavad bəy Şıxlinskinin komandanlığı altında Zəngəzur
ermənilərinə qarşı hərbi yürüş oldu. Bu səfər bir aydan artıq da-
vam etdi.
Zəngəzurdakı erməni milli hissələrinə qarşı hərbi əməliyyatlar
aparan Cavad bəy Dığ kəndi ərazisində düşmənin möhkəmlən-
dirilmiş istehkamlarını dağıdır və kəndi onlardan təmizləyir. Az
sonra ingilislərin işə qarışması ilə hücum dayandırılır. Noyabrın
iyirmi üçündə olan barışığa əsasən erməni hərbi hissələri Zən-
gəzur ərazisini tərk edir.
General Cavad bəy Şıxlinskinin 1919-cu il noyabrın səkkizində
həmin döyüşlər barədə Hərbi Nazirliyə göndərdiyi bir teleqram
Mərkəzi Dövlət Arxivində saxlanılır.
“Adamların həddindən artıq yorulduqlarını və Dığ kəndini
əldə saxlamağın mümkün olmayacağını müəyyənləşdirdikdən
sonra, mən qrupu Zabıx çayının şimal sahilinə çəkməyi və
əlverişli mövqe tutmağı qərara aldım.
Şəmistan Nəzirli
273
Bütün hissələr çayı sağ-salamat keçib müəyyən olunmuş
mövqeyi tutdular. Enişi enərkən toplardan biri yoldan çıxdı və
dərəyə düşdü, onu çıxartmaq mümkün olmadı. Həmin topun
açarını, təkərlərini və mühüm hissələrini söküb götürdük. Top
bizim mövqeyimizin yaxınlığındadır, çalışıram ki, ayın doqqu-
zuna kimi çıxarıb aparaq. Mənim bütün göstərişlərimi yerinə
yetirmək üçün Yadigarovun dəstəsi Abdallara gəlib.
Qəhrəmanlıqla həlak olan Cavanşir alayının podpraporşiki
Muradovun və Zaqatala alayının praporşiki Qazıyevin böyük
cəsurluğunu xüsusi qeyd etməliyəm. Bizim artilleriyada əla dö-
yüş xidmətləri olan podpolkovnik Novruzovun məharətini də
unuda bilmirəm. Bizim itki belədir: Zaqatala alayından həlak
olan və itkin düşən qırx nəfərdir, əlli nəfəri isə yaralanıb. Cavan-
şir alayından beş nəfər həlak olub, iyirmi nəfər yaralanıb. Şəki
alayından iki nəfər yaralanıb, Qarabağ alayından isə ikisi və
artilleristlərdən bir nəfər yaralanıb. Zabitlərdən üçü həlak olub,
dördü isə yaralanıb. İtkilərimizin sayını əlavə olaraq yenə Sizə
bildirəcəm.
General Cavad bəy Şıxlinski,
Abdallar kəndi”
1920-ci ilin martında erməni daşnakları güclü silahlı qüvvə ilə
Qarabağa hücum edəndə general-mayor Cavad bəy Şıxlinski də
həmin döyüşlərdə inamla vuruşmuşdur. O günlərdə onun
Nazirlər Sovetinin və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib
bəy Usubbəyliyə vurduğu üç təcili teleqram saxlanılır.
“23 mart 1920-ci il
1
Bu gün dan ağarmamış ermənilər Əsgərana hücum edib, qa-
lanın bir hissəsini alıblar. Teleqraf xəttində mənim verdiyim
məlumat poçtda kəsilir. Mən təsadüfən buraya gəlmişəm.
Fövqəladə hadisə barədə Sizə məlumat verməyi özümə borc bil-
1
Bakıdan alınan günü qoyulan tarixdir. Hər üç teleqramda eyni tarix
qoyulub – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
274
dim. Yerli qəza rəisi ilə birgə köməkçi qoşun dəstələri yığırıq. Bu
məlumatı Bərdə və Tərtərə də çatdırmışam.
General Cavad bəy Şıxlinski,
Ağdam”.
“Nəsib bəy Usubbəyliyə
Əsgəranı ermənilər artıq zəbt ediblər. Aldığım məlumata
görə ermənilər bütün yüksəklikləri ələ keçiriblər. Əsgərandan
qaçıb gələn uryadnik və strajnikin dediklərinə görə Xankəndi
istiqamətində döyüşlər səhər tezdən başlayıb. Hələlik atəş
kəsilib. Hava bərk dumanlıdır. Bizim partizanlar Əsgəran və Ağ-
dam mövqelərini ələ keçirdilər. Artıq ermənilərə qarşı döyüşlər
davam edir. Parlamentin üzvü Qara bəy Əliverdiyevin təşkilat-
çılığı sayəsində Müdafiə Komitəsi və yaralıları müalicə şöbəsi
təşkil edilib.
General Cavad bəy Şıxlinski,
Ağdam.”
“Nəsib bəy Usubbəyova
Əsgəran qalasının bir hissəsini döyüşlə geri almışıq. Burada
hökumət nümayəndələrindən heç kəs yoxdur. Qəza rəisini tapa
bilmədik. Özüm köməkçi dəstələr təşkil edirəm. Yerli partizanla-
ra gözətçilər göndərdim. Başımızdan keçəcəyik, amma Əsgəranı
düşmənə verməyəcəyik.
General Cavad bəy Şıxlinski.”
Cavad bəy Şıxlinskinin komandanlıq etdiyi birinci piyada di-
viziyası 1919-cu ilin sonlarında Gəncədə yerləşirdi. Diviziya üç
alaydan və üç taburdan (batalyon) ibarət idi: Cavanşir alayının
komandiri podpolkovnik Səməd bəy Rüstəmbəyov Zaqatala ala-
yının komandiri, polkovnik Əhməd və Dibirov və Gəncə alayı-
nın komandiri Cahangir bəy Kazımbəyov idi.
Şəmistan Nəzirli
275
Təcili teleqram
1920-ci il 27 aprel
Gəncə. Birinci piyada diviziyasının rəisi, general Şıxlinskiyə
1
.
“Bolşeviklər Yalama stansiyasına hücum etdilər. Onlar da-
yan madan irəliləyirlər. Xudatı ələ keçiriblər. Çıxılmaz vəziy-
yətdəyik. Günü bu gün Qızıl Buruna Qazaxdan bir batalyon və
Gəncədən bir batalyon göndərmənizi əmr edirəm. Hər bir batal-
yonda ən azı 500 süngü və pulemyot olmalıdır. Yük qatarını ar-
tıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqrafla bil-
dirin. Biz batalyonları sabaha gözləyirik.
Hərb naziri artilleriya generalı
Səməd bəy Mehmandarov”.
Respublika Mərkəzi Dövlət Arxivində saxlanılan daha bir
sənəd. Hərbi Dəniz komissarı Çingiz İldırımın və Respublika
bolşevik ordusunun müvəqqəti Qərargah rəisi general-mayor
Əbdülhəmid bəy Qaytabaşının 30 aprel 1920-ci ildə verdiyi
əmrdə oxuyuruq:
“Birinci piyada diviziyasının rəisi, general-mayor Cavad bəy
Şıxlinskinin tabeliyində olan, Gəncə və Zaqatala quberniyaların-
da yerləşən bütün hərbi hissələrə, habelə Qarabağ bölməsinin
dö yüşçülərinə təcili olaraq XI Qızıl Ordunun komandanlığına
hərbi əməliyyatlar zamanı tabe olmasını əmr edirəm.
Bütün başqa hallarda bu hərbi hissələr əvvəlki kimi mənim
tabeçiliyimdə qalır”.
Nə igid Cavad bəy, nə də onun mərd əsgər və zabitləri bol-
şeviklərin bu ədalətsiz əmrinə boyun əymədilər. Onlar son
güllələri qurtarana kimi Gəncə üsyanını davam etdirdilər…
1
Bu teleqramı bəzi müəlliflər səhvən tam artilleriya generalı Əli ağa
Şıxlinskinin adına dərc edirlər. Əvvəla, Əli ağa Şıxlinski heç vaxt birinci
piyada diviziyasının rəisi olmayıb. İkincisi də Əli ağa Şıxlinski 1913-cü
ildən 1917-ci ilədək general-mayor rütbəsində olmuşdur. Teleqram, haq-
qında söhbət açdığımız, onun qardaşı oğlu general-mayor Cavad bəy
Məmmədağa oğlu Şıxlinskiyə vurulub (1874-1959) – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
276
İyirminci il aprelin iyirmi yeddisində bolşeviklər Azərbaycanı
zəbt edəndə Gəncə qaynar qazana dönmüşdü. Hamı silaha sarıl-
mışdı. O günlərin hadisələrini alay komandiri, polkovnik Ca-
hangir bəy Kazımbəylinin mühacirətdə yazdığı “Gəncə üsyanı
haqqında xatirələr”ində daha real görürük. O yazır: “…Mayın
iyirmi üçündə səhər saat altıda növbəti fəaliyyət planını və birgə
işləri müəyyənləşdirmək üçün şəhərdə olan birinci Azərbaycan
diviziyasının rəisi general Cavad bəy Şıxlinskini, Azərbaycan
Ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacarı və
süvari diviziyasının rəisi general Teymur bəy Novruzovu mü-
şavirəyə dəvət etdim. İlk iki general onların arxasınca göndərilmiş
polk adyutantının müşayiəti ilə gəldilər. Küçələrə çıxan əhalinin
sevincini xüsusi qeyd etmək lazımdır. Əhali polkun qərargahına
gələn hər iki generalı “Yaşasın” sədaları ilə qarşıladı. Onları qə-
rar gaha əllərinin üstündə apardılar. Uzun müddət küçələrdə se-
vinc qışqırtısı eşidilirdi. Yalnız mənim təkidli xahişlərimdən son-
ra kütləni sakitləşdirmək mümkün oldu. Xalq evlərinə dağıl-
mışdı.
Bu müşavirədə general Məmməd Mirzə Qacar yerli höku-
mətin ümumi rəhbəri və təşkilatçısı seçilir. Artilleriya generalı
Cavad bəy Şıxlinski həm bolşeviklərdən alınmış artilleriyanı,
həm də bolşeviklərin pozub-dağıtdıqları Azərbaycan artilleriya-
sını yenidən təşkil edir.
Mən öz polkuma və partizan dəstələrinin fəaliyyətinə rəhbər-
lik edirəm”.
Ədilə xanımla köhnə albomu yenidən vərəqləyirik. İllərlə
arxivlərdə axtardığım general Cavad bəyin və polkovnik Rüstəm
bəy Şıxlinskilərin fotoşəkillərinə ilk dəfə burda rast gəlirəm. Se-
vincimin həddi-hüdudu yoxdur. Yetmiş ildən çox adı, fəaliy yəti
hərb tariximizdən yoxa çıxan iki görkəmli sərkərdəmizin qayta-
rılması üçün Ədilə xanıma təşəkkür edib ayrılıram.
İnqilabın ilk günlərində Müsavat generalı “damğası” ilə təqib
olunan məşhur hərbi xadimlərimiz Əli ağa Şıxlinskinin, İbrahim
ağa Vəkilovun, Səməd bəy Mehmandarovun, Həbib bəy Səli-
Şəmistan Nəzirli
277
movun, Mirkazım xan Talışxanovun, Firidun bəy Vəzirovun, İb-
rahim ağa Usubovun, Qalib bəy Vəkilovun, Daniyal bəy
Həlləcovun, Əhməd bəy Dibirovun başına nələr gətirilməyib?
Vaxtlı-vaxtsız qapıları döyülüb, onlara ağla gəlməyən suallar ve-
rilib: bəy baban nə vaxt ölüb, niyə köhnə orduda qulluq eləmisən?.
Türkiyədə, İranda neçə qohumun var?
Azərbaycan Demokratik hökumətinin polkovniki Əhməd
bəy Dibirovun qızı Nəcibə xanım Abdullayeva hazırda (1995-ci
ildə) Bakının Qaqarin küçəsindəki səkkiz nömrəli evdə yaşayır.
O, ağrılı-acılı illəri Nəcibə xanım kədərlə xatırlayır:
Atam general Əli ağa Şıxlinski ilə yaxın dost idi. Onların ən
böyük arzusu bu dostluğu qohumluğa çevirmək idi. General
məni qardaşı oğlu Cavad bəyə istədi. Bu izdivaca atam məm-
niyyətlə razılıq verdi. 1920-ci ilin mart ayında bizə nişan gəldi.
Həmin ilin payızında toyumuz olmalı idi. Gəncə üsyanından
sonra hər şey tar-mar oldu. Cavad bəy xaricə mühacirətə getdi.
Evlənmək bizə qismət olmadı…
Atam Əhməd bəy general Əli ağa Şıxlinski ilə fəxr edirdi.
Onu böyük qardaş, görkəmli sərkərdə kimi çox sevirdi. Hətta
generalın 1906-cı ildə Tiflisdə çəkilmiş fotoşəklini böyük ölçüdə
çərçivəyə saldırıb evimizdən asmışdı. Atam tutulandan sonra
nənəm həmin fotoşəkli zirzəmidə gizlətdi. Şəkil indi də Mah-
malardakı evimizdə qalır. (1993-cü ildə polkovnik Əhməd bəy
Dibirovun nəvəsi, polkovnik Əhməd Dibirov xeyirxahlıq edib
general Əli ağa Şıxlinskinin iriölçülü həmin fotoşəklini Bakıya
gətirdi – Ş.N.)
– İstefaya çıxan atam Balakən rayonunun Mahamalar kən-
dində yaşayırdı. Otuzuncu illərdən başlayaraq çox get-gələ sal-
dılar. Amma onu həbs etmək üçün bir əsas tapa bilmirdilər.
Nəhayət, həyat yoldaşım – 1917-ci ildən partiyanın üzvü olan
Əmir Abdullayevi həbs etdilər. Səbəbi də bu oldu ki, müsavat
polkovnikinin qızına evlənmisən.
…Atam kəndin mərkəzində ağsaqqallarla söhbət edirmiş. Bu
vaxt bir xoruz onların yanındakı kötüyün üstünə çıxıb dalbadal
General Əli ağa Şıxlinski və silahdaşları
278
banlayır. Səbri tükənən atam zəhlə tökən xoruza zarafatla: “Ay
xoruz, – deyir, – sən də komsomol kimi nə qışqır-bağır salmı-
san”. Xırdaca bir daş atıb xoruzu qovur. Bir azdan evə qayıdan
atamı yarıyoldan qaytarıb orqana apardılar. Sorğu-suala tutdu-
lar və günahlandırdılar ki, sən nə haqla komsomolu təhqir
etmisən. Onu Sibirə sürgün etdilər. Atam o gedən oldu. O gündən
mən “xalq düşməni”nin qızı və “xalq düşməni”nin həyat yoldaşı
oldum. İki ay sonra bizə xəbər verdilər ki, atanız türmədə ürək
partlamasından vəfat etdi.
* * *
İyirminci ildə rusca dərc olunan “Kommunist” qəzeti gene-
rallarımızın və ziyalılarımızın təqib olunması barədə kifayət
qədər yazılar verib. Azərbaycan bolşeviklər partiyasının orqanı
olan bu qəzetin səhifələrini vərəqləyəndə Azərbaycan və onun
övladları haqqında ürəkaçan heç nəyə rast gəlmirsən. Əgər iyir-
minci ilə qədər Azərbaycan tarixindən bixəbər olan adam bu
qəzeti vərəqləsə, istər-istəməz düşünər ki, bu xalqda ziyalı yox
imiş, bu xalq quldur, sərgərdan, əksinqilabçı, rüşvətxor və oğru
imiş.
Yeni bolşevik hökuməti Azərbaycanda özünü möhkəmlətmək
üçün XI Ordunun gücü ilə hər cür alçaqlığa əl atıb. Evləri
müsadirə, ziyalıları həbs edib, güllələyib, qəddar və vəhşi hərə-
kət lərini həyata keçirib.
Qəzetin 1920-ci il 29 iyun tarixli nömrəsində oxuyuruq:
“Gəncə Quberniyasının Fövqəladə Komissiyası elan edir:
Gəncə Quberniyasının Fövqəladə Komissiyası aşağıda adı
çəkilən ailələri girov saxlayır: Qacarlar, Kazımbəyovlar, Şıxlin-
ski lər, Xanxoyskilər ailəsini və Gəncədə iki yüzə yaxın görkəmli
burjuaziya sinfindən olan şəxsləri.
Əgər bunlardan kimsə üsyan qaldırmaqda, ya da sui-qəsddə
yaxalanarsa, həmin şəxs dərhal sorğu-sualsız güllələnəcəkdir”.
“Kommunist” qəzetinin 1920-ci il 30 iyun tarixli nömrəsində
yazılır: “Gəncə. İyunun 28-də Tiflisdən gələn yoldaşlar xəbər
Şəmistan Nəzirli
279
verirlər ki, Azərbaycan əksinqilabçılarının hamısı Tiflisin küçə-
lərində veyllənirlər. Hazırda Rəfiyevlər ailəsinin hamısı, general
Cavad bəy Şıxlinski, Teymur bəy Novruzov və bütün Şamxor
bəyləri də oradadırlar.
Nəsib bəy Yusifbəyov Konstantinopola gedib. Tiflisdə belə
bir şayiə də gəzir ki, Gəncə üsyanındakı uğursuz təşkilatçılığına
görə Xan Xoyski müsavatçılar tərəfindən qətlə yetirilib
1
. Həm də
xəbər verilir ki, Gürcüstanda sovet qoşunları ilə toqquşmada Za-
qatala dairəsindəki gürcü əsgərləri onlara güllə atmaqdan imti-
na ediblər. Ona görə ki, güllələnən zabitlərin yeddi nəfəri gürcü
olub”.
“Kommunist” qəzeti, 6 iyun 1920-ci il tarixli nömrəsində:
“General Şıxlinski həbs olundu. Gəncə, 3 iyul. Məşhur əksin-
qi labçı və Gəncə üsyanının təşkilatçısı general Cavad bəy Şıx-
linski cinayət axtarış idarəsinin milis rəisi tərəfindən həbs oluna-
raq Tiflisdəki xüsusi dəstənin sərəncamına verilmişdir.
Gürcülər həbs olunan general Cavad bəy Şıxlinskini ona görə
günahlandırırlar ki, o, Azərbaycan Respublikasına gələn gündən
(1918-20-ci illər nəzərdə tutulur – Ş.N.) gürcü zabitlərini zorla
hərbi işə cəlb etmişdir.
Axırıncı cümlə tamamilə yalan və iftiradır. Əvvəla, tam
məsuliyyətlə demək olar ki, “gürcü zabitləri zorla hərbi işə cəlb
edilmişdir” sözləri gürcü və Azərbaycan xalqı arasında təfriqə,
iğtişaş salmaq naminə işlədilmişdir. İkincisi, heç vaxt 1918-1920-
ci illərdə gürcülər zorla Azərbaycan ordusuna çağrılmamışlar.
Əksinə, onlar könüllü olaraq Azərbaycan Milli Ordusunda
xidmət etmişlər. Hazırda Respublika Mərkəzi Dövlət Arxivində
saxlanan sənədlər arasında onlarca gürcü əsgər və zabitlərinin
bizim orduda könüllü qulluq etmək haqqında ərizə və raportları
1
Əslində Azərbaycan Respublikasının Xarici işlər naziri Fətəli xan
Xoyski 1920-ci il iyunun 19-da bolşeviklərin muzdla tutduğu erməni qatili
Aram Yevkanyan və Misak Qriqoryan tərəfindən Tiflisdə arxadan atdıqla-
rı güllə ilə öldürülmüşdü – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
280
saxlanılır. Onların arasında yüksək rütbəlilər də var: Azərbaycan
hərbiyyə məktəbinin rəisi, general-mayor Konstantin Davudo-
viç Çxeidze, 1919-cu ildə birinci süvari diviziyasının Qərargah
rəisi Amaşukelli, general-kvartirmeyster V.D.Karqaleteli, gene-
ral knyaz Makayev, general-mayor Aleksandr Purselidze və baş-
qaları.
Hətta V.D.Karqaleteli 1920-ci il martın 20-də bizim ordudakı
nümunəvi hərbi xidmətinə görə 167 nömrəli əmrlə general-ma-
yor rütbəsi ilə təltif olunmuşdur.
O dövrün tarixçisi Cahangir Zeynaloğlu “Müxtəsər Azər-
baycan tarixi” kitabında mart hadisəsindən danışanda gürcü pi-
yada bölüyünün təmənnasız köməyini unutmur. O yazır: “O,
Tiflisdəki Mavərayi-Qafqaz hökumətinin lütf və mərhəmətilə
müsəlman ordusu adı altında ancaq kiçik bir dəstə təşkil edib,
düşmən qarşısına, Kürdəmirə göndərildi. Dəstə birinci tatar
(Azərbaycan – Ş.N.) süvari alayı ilə yenidən təşkil edilmiş ikinci
süvari alayı, bir gürcü piyada bölüyü və bir Gəncə topçu batare-
yasından ibarət idi. Gürcü bölüyü Bakı məsələsində gürcülərin
müsəlmanlar ilə birlikdə hərəkət etmələrinə bir əlamət və
müsəlmanlara kömək olaraq göndərilmiş idi”.
O vaxtkı Azərbaycan-Gürcüstan münasibətlərindən onlarca
belə fakt söyləmək mümkündür. Lakin yeni gələn bolşevik
hökumətinin general Cavad bəy Şıxlinski və gürcü zabitləri
barədə yazdığı fakt isə iki millət arasında suyu bulandırmaqdan
başqa bir şey deyil.
Rusca “Kommunist” qəzetinin bundan sonrakı nömrələrində
nə general Cavad bəy Şıxlinski, nə də Teymur bəy Novruzovun
haqqında heç bir məlumat verilmir. Bundan sonra Cavad və Tey-
mur bəylərə əli çatmayan bolşeviklər Azərbaycanı tərk etməyən
hərbçi oğullarımızın tutatutuna başlayıblar.
Qəzet 19 iyul 1920-ci il tarixli nömrəsində yazır:
“Azərbaycan Sovet Sosialist Respublikasının İnqilabi Səhra
Məhkəməsi iyulun 17-də general-qubernator Teymur bəy Məlik
Şəmistan Nəzirli
281
Aslanovun məhkəmə işinə baxmışdır. On dörd nəfər kommunis-
tin şahidliyi ilə Teymur bəyin evindən 280340 rubl pul məbləğində
əşya müsadirə olunmuşdur. Teymur bəyin günahı ondan ibarət
idi ki, o, müsavata qulluq göstərib və bolşeviklərə qarşı döyüşdə
fəal iştirak edib. Ona görə də inqilabi məhkəmə Azərbaycan
Dəmiryolu İdarəsinin rəisi, keçmiş müsavatçı olan Teymur bəy
Məlik-Aslanova ən ağır cəza verərək, ona ölüm hökmü kəsir.
Məhkəmənin qərarı qətidir, şikayət qəbul olunmur”.
Qəzetin dörd gün sonra verdiyi bir xəbər isə general Cavad
bəy Şıxlinskinin əmisi oğlu haqqındadır:
“23 iyun 1920-ci il. Hərbi Səhra Məhkəməsi Şərif Abdulla
oğlu Şıxlinskinin komandiri olduğu fəhlə-kəndli batalyonunda
yoxlama aparmışdır. Məlum olub ki, Şərif Şıxlinski 22.600 rubl
məbləğində pul və yeməyi mənimsəyib. O, bu pulları hara
xərclədiyini söyləsə də inandırıcı olmadı. Müsavatçı olduğunu
boynuna aldı. Nəslən bəy və burjuy qalığı olan bu zərərli
elementə ona görə də üç il həbs cəzası verilir”.
Qarşımda arxivdən çıxarılmış, üz qabığı solmuş, qırx ildən
də əvvəl Şıxlinskilərin bir qoluna qarşı tərtib edilmiş kiçik bir
qovluq var. Bu işin içində 1949-cu il mayın on yeddisində
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin birinci şöbə-
sinin əməkdaşı mayor Siplis tərəfindən yazılmış və o vaxt üçün
tamamilə məxfi sayılan bir arayış var. Həmin arayış Şıxlinskilərin
əzab və əziyyətləri üçün əsas olmuşdur. Heç bir şeyə əsaslan-
mayan və sübuta yetməyən bu saxta sənədin tam mətni belədir.
Türkiyədə siyasi mühacir Şıxlinski Qiyas bəy Cahandar bəy
1
oğlu 1895-ci ildə doğulmuşdur. Azərbaycan SSR Qazax rayonu
Şıxlı kəndinin sakini, Qazax rayonunun keçmiş nüfuzlu bəyi,
Müsavat hökuməti zamanı Gəncədə pristav olmuşdur. 1930-cu
ildə siyasi banda yaratmış (?) və Azərbaycanın bir sıra rayonla-
rında əməliyyatlar keçirmişdir. Sonra qardaşları və quldur dəs-
1
Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanındakı Cahandar
ağadır – Ş.N.
General Əli ağa Şıxlinski və silahdaşları
282
tələri ilə (?) Türkiyəyə mühacirət etmişdir. Müsavat liderlərinin
göstərişi ilə Türkiyənin SSRİ ilə həmsərhəd rayonlarında bizim
əraziyə göndərilmək üçün quldur dəstələri təşkil etmişdir.
Azərbaycan SSR-də gizli antisovet təşkilat yaratmaq məqsədilə
həmin quldur dəstələrinin köməyi ilə emissarların göndərilməsi
həyata keçirilmişdir. İstər özü, istərsə də Türkiyədə yaşayan ya-
xın qohumları müsavatçı dairələrlə sıx bağlıdır və SSRİ-yə qarşı
təxribat işi aparırlar.
Bu, ağ yalan idi, çünki Şıxlinskilər Türkiyədə olarkən ancaq
sovet rejiminə müxalifətdə idilər və öz xalqına qarşı təxribat
aparmırdılar. Fransada və digər ölkələrdəki rus mühacirləri kimi
bolşevizm diktaturası metodlarını ifşa etməkdə idilər.
Buna görə də Azərbaycan Demokratik Respublikasının süqu-
tundan sonra bolşeviklərin təqibindən mühacirət etmək
məcburiyyətində qalan müsavat partiyası liderinin xaricdə ol-
ması totalitar rejimə rahatlıq vermirdi. Qiyas bəy Şıxlinski qar-
daşları və yaxın qohumları ilə onların arasında idilər. Onları
Azərbaycan xalqının gözündən salmaq məqsədilə rejim ifşaedici
materiallar uydurur, onları “xalq düşməni” kimi göstərməyə ça-
lışır, Azərbaycanda qalan qohumlarını isə ailəlikcə Qazaxıstanın
soyuq çöllərinə, Sibirin və Uzaq Şərqin ucqar tayqasına sürgün
edirdi.
Bu faciələri oxuyanda istər-istəməz general Cavad bəy Şıx-
linskinin vətəni tərk edib İrana mühacirət etməsinə haqq qazan-
dırırsan. İstilaçı XI Orduya qarşı son gülləsinə qədər vuruşan,
torpağını yadlardan qoruyan yüzlərlə mərd, igid oğlumuz
qürbətdə Vətən, el-oba həsrətiylə dünyasını dəyişdi. Onlardan
biri də milli ordu generalımız, Gəncə üsyanının başçısı Cavad
bəy Məmmədağa oğlu Şıxlinski idi. O, 1959-cu ildə Türkiyədə
vəfat etmişdir.
Şəmistan Nəzirli
283
Dostları ilə paylaş: |