SƏRBƏST İŞ № 4. EŞİTMƏ SİSTEMİ QÜSURLU UŞAQLAR
Surdoloq deyib: “Əmələ gələn hər hansı səs dalğaları qulaq seyvanına təsir edir, bu, səs dalğalarını tonlayır, onlar xarici eşitmə yolu ilə qulaq pərdəsinə çatır. Çox həssas olan qulaq pərdəsi təzyiq nəticəsində içəriyə doğru əyilir. Bu zaman orta qulaqdakı eşitmə sümükləri - çəkic, zindan, üzəngi işə düşür, səs təzyiqinin artmasına, eyni zamanda dalaq pərdəsinə gələn dalğaların daxili qulağa keçməsinə kömək edir. Daxili qulaqda ilbizvari membran var, buraya çatan səs dalğaları membranı hərəkətə gətirir, onun eşitmə siniri ilə əlaqələndirilməsi nəticəsində qıcıqlanma əmələ gəlir ki, bu da beyindəki eşitmə mərkəzinə ötürülür və səs eşidilir. Təəssüf ki, bu bacarıqdan məhrum olanların, xüsusən də eşitmə qüsurlu uşaqların sayı gündən-günə artır”.
Onun dediyinə görə, eşitmənin pozulması anadangəlmə və sonradan qazanılma ola bilər: “Eşitmə qüsuru olan uşaqlar ətraf aləmi qavramaqda ifrat çətinlik çəkir, xarici qıcıqlara qarşı zəif reaksiya verirlər. Nitqin olmaması həmin uşaqların əqli və psixi inkişafına da mənfi təsir göstərir, normal ünsiyyətə mane olur. Belə uşaqların söz bazaları çox zəif olur, səslərin burun boşluğunda tələffüzü, aydın olmayan nitqi, səs-heca düzümü özünü qabarıq şəkildə göstərir. Onların nitqi, əsasən, konkret adlardan, yəni isimlərdən ibarət olur, fikirlərini ümumiləşmiş bir sözlə bildirir, şəkilçilərdən istifadə etmir, cümlə qurmaqda çətinlik çəkirlər. Təbii olaraq həmin problem uşaqların psixi inkişafını da pozur. Yaddaş, qavrama və diqqətin çox aşağı olması uşağın inkişafını ləngidir. Bu halda nələri etmək doğru olardı?
İlk növbədə nəzərə almaq lazımdır ki, eşitmə qüsurlu uşaqların erkən yaş dövründən təlimlərə cəlb olunması çox vacibdir və həmin təlimlər əyaniliyə əsaslanmalıdır. Eşitmə qulağından, həmçinin digər analizatorların fəaliyyətindən yararlanmaq lazımdır. Məlumdur ki, bu analizatorun fəaliyyətinin pozulması digərlərinin güclənməsinə səbəb olur. Görmə və taktil-fibrasiyanın, yəni toxunmaqla eşitmənin köməyi ilə eşitmə qüsurlu uşaqlar ətraf aləmi daha yaxşı eşidirlər”.
Duymaq, eşitmək, danışmaq və dünyanın sevincini dadmaq hər bir uşağın haqqıdır. Uşağın eşitməsində problem olanda vaxtında mütəxəssisə müraciət olunmalıdır. Vaxtında olunan müraciət çox əhəmiyyətlidir və edilən müdaxilə də daha səmərəli nəticə verir.
1668-ci ildə C.Vallis öz dostuna yazdığı məktubda şagirdlərindən bəzilərinin sözlü nitqi dərk etdiyini və öz fikirlərini yazılı şəkildə ifadə etməyi bacardıqlarını bildirirdi. Lakin bu dövrdə zəifeşidən insanların psixi inkişaf xüsusiyyətləri barədə fikirlər birmənalı olmamışdır. Bəzi tədqiqatçılar eşitmə qüsurluları ağıllı, bacarıqlı, normal psixi inkişafa malik insanlar kimi xarakterizə etdikləri halda, digərləri onları kobud, ağıldan kəm, psixi inkişafında çatışmazlıqlar olan insanlar kimi nəzərdən keçirmişlər. 1808 –ci ildə Sezar öz qeydlərində göstərirdi ki, kar-lallar əxlaqi borc hissi olmayan kobud və duyğusuz insanlardır. 1818-ci ildə Bebian karları qəlblərində laqeydlik, şübhə və islah edilməyən, inadkar insanlar kimi xarakterizə etmişdir. 1822-ci ildə Naumanın qeydlərinə görə lal-karlar birgəyaşayış istəyi olmayan, qəlblərində qorxu hissi hakim olan insanlardır. Nauman kar insanlarda bütün insanlara xas olan şüurun olmasına şübhə ilə yanaşmışdır.
XIX əsrin sonu XX əsrin əvvəllərində Avropanın bir çox ölkələrində: İngiltərədə, Niderlandda, Almaniyada və Fransada eşitməsi qüsurlu (kar-zəifeşidən) uşaqların psixi inkişafı və təlim-tərbiyəsi ilə bağlı tədqiqat işləri aparılmağa başlandı. Eşitməsi qüsurlu uşaqlara şifahi nitqi təlim etmək metodunu işləyib hazırlamış ingiltərəli alim Con Bulver öz təcrübələrinə istinad edərək göstərirdi ki, bu cür uşaqların əqli inkişafı birbaşa olaraq onların nitqi ilə sıx bağlıdır. Əgər kar uşağın nitqi inkişaf edərsə, deməli onun nitqi ilə birlikdə özü də inkişaf edər.
XX əsrin 30-70-ci illərindən sonra Avropa, istərsə də rus alimi tərəfindən eşitməsi qüsurlu uşaqların psixi inkişafı hərtərəfli öyrənilməyə başlandı. Həmin dövrdə eşitməsi qüsurlu uşaqların üç qrupu fərqləndirildi.
Dostları ilə paylaş: |