SəRBƏst iŞ № normal və anormal iNKİŞafin əsas qanunauyğunluqlari


SƏRBƏST İŞ № 3. PSİXİ İNKİŞAFINDA MÜVƏQQƏTİ LƏNGİMƏ OLAN UŞAQLARIN PSİXOFİZİOLOJİ XARAKTERİSTİKASI



Yüklə 42,1 Kb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü42,1 Kb.
#41140
1   2   3   4   5   6   7   8   9   10
7464 2

SƏRBƏST İŞ № 3. PSİXİ İNKİŞAFINDA MÜVƏQQƏTİ LƏNGİMƏ OLAN UŞAQLARIN PSİXOFİZİOLOJİ XARAKTERİSTİKASI

Korreksion pedaqogikanın aktual problemlərindən biri psixi inkişafın ləngiməsi problemidir. Bu problem həm uşaqların səhhəti, həm də eyni zamanda məktəb təlimi, məktəb müvəffəqiyyətsizliyi ilə sıx bağlıdır. Psixi inkişafın ləngiməsi (PİL) altında psixi funksiyaların yetişməsinin ləngiməsi və bu səbəbdən yaş normalarından geri qalması başa düşülür. PİL erkən yaş dövründə inkişaf etməyə başlayır, stabil gedişlə və uşaq böyüdükcə təzahürlərinin azalması ilə xarakterizə olunur.

PİL haqqında yalnız kiçik məktəbəqədər yaş dövründə danışmaq olar. Əgər PİL – nin təzahürləri böyük məktəbəqədər və yeniyetmə yaş dövründə özünü biruzə verirsə, bu oliqofreniyanın mövcudluğunu göstərə bilər. Çox vaxt psixi inkişafın ləngiməsi bir sıra xəstəlikləri müşayiət edə bilər. Bu zaman ikincili PİL-dən danışmaq mümkündür. Psixi inkişafın ləngiməsinin təzahürləri, əsasən, məktəbdə özünü biruzə verir: belə uşaqlar fiziki və psixoloci cəhətdən məktəbə hazır olmurlar, onlarda bəzi psixi proseselərin və funksiyaların ləng inkişafı müşahidə edilir. Onlar emosional – iradi sahənin və dərketmə fəaliyyətinin yetkinlik dərəcəsinə görə daha erkən yaş səviyyəsindədirlər. Belə ki, onlarda ümumi biliklərin çatışmazlıqı, dar dünya görüşü, ətraf aləm haqda təsəvvürlərin qeyri – dəqiqliyi, psixi proseslərin lazımınca formalaşmaması, məktəbəqədər motiv və maraqların üstün olması müşahidə olunur. Psixi inkişafın ləngiməsi zamanı uşaq bir yaş dövründən o birisinə keçərək, əvvəlki yaş dövrünə xas olan xüsusiyyətlərin təkcə bəzilərini mənimsəmiş olur.

Psixi inkişafında ləngimə müşahidə edilən uşaqlar biz zənn etdiyimizdən qat – qat çoxdur və getdikcə onların sayı daha da artacaq. İndi isə onlardan bəziləri kütləvi məktəbin adi və inklüziv siniflərində, bəziləri isə yardımçı məktəbdə təhsil alır. Kütləvi məktəbin adi siniflərində bu uşaqların inkişafında olan problemlər dərinləşir, biliklərin kəsirliyi artır. Əgər belə uşaq yardımçı məktəbə təyin olunursa, onda onun kütləvi məktəbə qayıtması perspektivi cüzidir. İnklüziv siniflər isə belə uşaqların problemlərini həll edə bilər: belə ki, PİL olan uşaqlar ibtidai təhsili inklüziv sinifdə alıb, sonradan həmin məktəbin adi sinifinə keçirilə bilər. Burada psixi inkişafın ləngiməsinin erkən aşkarlanmasından, düzgün diaqnostikasından və erkən korreksiyasından çox şey, ilk növbədə isə bir çox uşaqın gələcək talehi asılıdır.İntellektual cəhətdən bu uşaqlar salamatdırlar, inkişaf üçün potensial imkanlar onlarda genişdir.

Oliqofrenlərdən fərqli olaraq, psixi inkişafda ləngiməsi olan uşaqlarda beyinin qabıq strukturlarının, əsasən də alın hissəsinin ləng yetişməsi müşahidə olunur. Amma əgər oliqofreniyada beyin strukturlarının total və qeriyədönməz inkişafsızlıqı müşahidə edilirsə, ləngiməsi olan uşaqlar psixi inkişafın bütün qanunauyğun dövrlərini ləng də olsa, ardıcıllıqla keçirlər. "Ləngimə" termini geriliyin yaş, dövrü xarakterini və müvəqqətiliyini vurğulayaraq, ləngimənin aradan qaldırılmasının mümkünlüyünü təsdiq edir.Psixi inkişafda ləngiməsi olan uşaqların məktəbə hazırlıqının psixoloci aspektlərinin müqayisəli şəkildə öyrənilməsi və araşdırılması böyük praktik əhəmiyyətə malikdir.Qaydasında, tipik inkişaf etmiş 6 yaşlı uşaq məktəbə fiziki və psixoloci cəhətdən hazır gəlməlidir; onun intellektual və emosional – iradi sahəsi artıq sistematik təlimə hazırdır və onu tələb edir, yəni uşaq "məktəbli" pozisiyasından irəli gələn bütün şərtlərə hazır olmalıdır.Psixi inkişafda ləngiməsi olan uşaqın şəxsiyyətinin isə bütün sahələri inkişafda geri qalır. Məlumdur ki, məktəbə hazırlıq intellektual, şəxsiyyəti və sosial, və emosional – iradi hazırlıqdan ibarətdir.


Yüklə 42,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin