SƏRBƏST İŞ № 1. NORMAL VƏ ANORMAL İNKİŞAFIN ƏSAS QANUNAUYĞUNLUQLARI
Normal uşaqlarla yanaşı, inkişafında ləngimə və ya çatışmazlıq olan uşaqlar da var. Belə uşaqlar "anomal uşaqlar" adlanır. Yunanca “Anomalas” normadan kənar, düzgün olmayan mənalarını verib, ümumi inkişafı fiziki və ya əqli çatışmazlıqlar səbəbindən pozulmuş uşaqları müəyyən edir. Hər hansı bir qüsur həmişə inkişaf çatışmazlığına gətirib çıxarmır.
Məsələn: İnsanın bir qulağının digərindən balaca olması, gözünün bir qədər zəif olması, ayağının bir qədər qısa olması kimi çatışmazlıqlar bir şəxsin ümumi inkişafının pozulmasına səbəb olmur. Çünki eşitmə və görmə ilə informasiyanı qəbul edir. Qeyri-tipik uşaqlarda isə bu imkanın məhdudluğu onların kütləvi məktəblərdə təlim-tərbiyə almasına imkan vermir.
"Anomal uşaqlar" ın tərbiyəsi dedikdə uşaq anadan olduğu gündən ta həddi buluğa çatana qədər psixoloji üsul və vasitələrlə onun tərbiyə edilməsi, inkişaf qüsurlarının uşağın psixi inkişafına təsir göstərməməsi üçün təşkil edilən xüsusi tədbirlər sisteminin təşkili həyata keçirilir. Tipik uşaqda tərbiyə işi “Korreksiya tərbiyə işi” adlanır. Həm qüsurların korreksiyası, həm də onun korreksiya prosesində tərbiyə işi başa düşülür.
"Anomal uşaqlar"ın korreksiyası - Latınca “karreksio” sözündən olub düzəliş etmək mənasını verib, tibbi-pedaqoji vasitələrdən istifadə etməklə qüsurun zəiflədilməsi və ya tamamilə aradan qaldırılması prosesi başa düşülür.
Korreksiya prosesi zamanı nəinki inkişaf qüsurları, həmçinin şəxsiyyət çatışmazlıqları da ya tam, ya da qismən aradan qaldırılır.
Korreksiya 2 yerə ayrılır: tibbi və pedaqoji
Qüsurların tibbi yolla aradan qaldırılması Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən uşaq poliklinikası, dispanser və sanatoriyalar tərəfindən təşkil cdilir.
Pedaqoji korreksiya isə Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, məktəb, yardımçı sinif, qrup, internat məktəb tərəfindən təşkil edilir.
Latınca uyğunlaşma demekdir. Fərdi və qrup şəklində ictimai dəyərlərə yiyələnmək və sosial mühitə uyğunlaşmaqdır. Anomal uşaq özünü qeyri-adekvat, aqressiv aparır. Bu da münaqişəyə səbəb olur. Bu defektologiyada əsas anlayışlardandır. Belə uşaqlar birinci ailədə təlim-tərbiyə alır, bilik bacarığa yiyələnir, sonar isə qüsurun aradan qaldırılması istiqamətində korreksiya, kompensasiya mühüm götürülür və uşaq cəmiyyətə uyğunlaşdırılır.
Anormal uşaqlar – müəyyən qüsur və çatışmazlıqlara görə normal fiziki və ya psixi inkişafdan xeyli dərəcədə geridə qalan, bu səbəbdən də xüsusi şəraitdə təlim-tərbiyəyə ehtiyacı olan uşaqlar.
Belə uşaqların inkişafındakı qüsurların və çatışmazlıqların ləğvi, korreksiyası və bərpası xüsusi təlim-tərbiyə müəssisələrində aparılır.
Uşaqda hər hansı bir pozğunluğun olması anomal inkişafı müəyyən etmir. Belə hallarda uşaqların fiziki və psixi inkişafı pozulmur və onlar anomal uşaq kateqoriyasına aid edilmirlər.
Anomal uşaqlarının ümumi inkişaf qanunauyğunluqlarının, onların təlim-tərbiyə metodlarının öyrənilməsi defektologiyanın tədqiqat obyektidir.
Qüsurlar və çatışmazlıqlar anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə qüsurların yaranmasında irsi faktorlar, hamiləlikdə dölə zərərli, həmçinin asfiksiya və doğuş travmasının xüsusi rolu vardır. Qazanılmış anomaliyalar, əsasən, erkən yaş dövründə keçirilmiş yoluxucu xəstəliklərin, travma, intoksikasiya və s. nəticəsində yaranır.
Dostları ilə paylaş: |