Ölçmənin nəticəsi fiziki kəmiyyətin ölçmədən alınan qiymətlər çoxluğudur.
Ölçmənin tənliyi ölçmənin formalizə olunmuş yazılışına deyilir və təcrübi verilənlərlə ölçmə nəticəsi arasındakı əlaqəni ifadə edir.
Ölçmə nə qədər dəqiq aparılarsa da, həmişə müəyyən xətaya malik olur ki, bu da bizi maraqlandıran fiziki kəmiyyətlərin müəyyən olunmasının dəqiqliyinə mənfi təsir göstərir.
Ölçmə xətası ölçülən kəmiyyətin həqiqi qiyməti ilə ölçmə nəticəsi arasındakı fərqə deyilir.
Ölçmələrdə istifadə edilən və normalaşdırılmış metroloji xarakteristikaları olan texniki vasitələr ölçmə vasitələri adlanır.
Ölçülər – məlum fiziki kəmiyyəti özündə təcəssüm etdirən ölçmə vasitəsinə deyilir. Ölçülər birqiymətli, çoxqiymətli və ölçülər dəstəsinə ayrılır. Birqiymətli ölçü – vahid ölçülü fiziki kəmiyyəti, çoxqiymətli ölçü isə eyni adlı müxtəlif ölçülü fiziki kəmiyyətləri təcəssüm etdirir. Çoxqiymətli ölçülərə dəyişən tutumlu kondensator, ölçülər dəstəsinə isə müqavimətlər, tutumlar, induktivliklər mağazası misal ola bilər.
Fiziki kəmiyyətlərin ölçülməsi istehsalat proseslərinə nəzarətin əsasını təşkil edir.
Dostları ilə paylaş: |