Sərbəst iş Tələbə : Həsənova Xədicə Kurs : İT-019 Mövzu: Subməhsullarının emalı və saxlanması Fənn : İaşə məhsullarının texnologiyası Müəllim : İsgəndərova Svetlana plan: Subməhsullarının emalına olan təlabat


Qidalılıq qiymətinə görə subməhsulları iki dərəcəyə bölürlər



Yüklə 241,59 Kb.
səhifə3/9
tarix02.01.2022
ölçüsü241,59 Kb.
#47400
1   2   3   4   5   6   7   8   9
İaşə məhsullarının texnologiyası İT019 Həsənova Xədicə

Qidalılıq qiymətinə görə subməhsulları iki dərəcəyə bölürlər:

Qaramalın qaraciyəri, dili, böyrəkləri, beyni, ürəyi, diafraqması, quyruğu, ətkəsiyi və yelini; donuzların qaraciyəri, dili, böyrəkləri I dərəcəyə aiddir.



II dərəcəli subməhsullara: təmizlənmiş işkənbə, selikli qişa ilə donuz mədəsi, xirtdək, qida borusundan ət, donuz ətli-sümüklü quyruğu, qaramalın qursağı (selikli qişasız), ağciyər, qaramal və donuzların nəfəs borusu, dalaq, donuz ayaqları, qaramal dırnaqları, qaramal və donuz qulaqları, dilsiz və beyinsiz başlar, qaramal dodağı, kitabça.

Heyvan cəmdəyindən subməhsulları ayırdıqdan və baytar nəzarətindən sonra onların keyfiyyətini saxlamaq üçün tez emal etmək lazımdır. Emal edilməmiş halda sub məhsulları bir gün saxlamağa icazə verilmir. Çünki onların keyfiyyəti kəskin aşağı düşür (qaraciyər və böyrəklər qaralır, onlar seliklənir və pis iy alır). Bundan başqa, onların sonradan emalı (tükü, qılı və selikli qişanı çıxarmaq çətinləşir) onlar əmtəəlik görünüşünü itirir. Hər qrup subməhsulları fəaliyyətdə olan texniki təlimatlara əsasən emal edirlər. Emal, subməhsulları çirklərdən təmizləmək və verilən ərzağa uyğun olmayan başqa törəmələri çıxarmaqdan ibarətdir: tük örtüyü, selikli qişa onların qidalıq qiymətini yüksəltmək və texnoloji emalı asanlaşdırmaq üçün bəzi subməhsulları, (az piy toxuması olan) piysizləşdirməyə icazə verilir, məsələn, qaraciyər, ağciyər, dalaq, yelin, ətkəsiyi. Subməhsulların emalı üsulları ət məhsullarının yüksək əmtəəlik keyfiyyətini təmin etməsidir.

Subməhsulları, əsasən əmək məhsuldarlığını yüksəltməyə, məhsulun emalının keyfiyyətini artırmağa, fəhlələrin əməyini yüngülləşdirməyə və sexin sanitar vəziyyətini yaxşılaşdırmağa imkan verən mexaniki axın xətlərdə emal edirlər.

Mexaniki axın xətlər subməhsulları tam emal etmək üçün əsas prosesləri yerinə yetirən maşınlardan ibarətdir. Maşınlar arasında əlaqə transportyorla və ya onların yerləşdirildiyi səviyyələr fərqi hesabına təmin edilir.

Qida məqsədləri üçün emal edilən subməhsulları sağlam heyvanlardan alınmalı və emal nəticəsində DÖST tələblərinə uyğun olmalıdır.Emaldan sonra subməhsulları növlər və adlar üzrə ayıraraq, tez, soyumağa və ya dondurmağa, sonradan istifadə edilməsi üsulundan asılı olaraq satışa və ya sənaye emalına göndərirlər. Yüksək qidalıq qiyməti olmayan subməhsullardan, bütün heyvanların dalağı və nəfəs borusu, mal və qoyun kitabçası, q-oyun qursağı və dilsiz, beyinsiz başları, bəzən quru yem istehsalı üçün istifadə edilir.


Yüklə 241,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin