Şəkil 1. Mal başlarının emalı üçün V 2– FQL xətti: 1– qəbul stolu; 2– aşağı çənənin kəsilməsi üçün stol; 3– çənələri ayırmaq üçün V 2 – FÇB maşını; 4– ət və başın verilməsi üçün lentli transportyor; 5– kəllə qapağının qəbulu üçün stol; 6– başın yarılması üçün B 2– FQM maşını; 7– beyinin və hipofizin çıxarılması üçün stol; 8– subməhsulların yuyulması üçün K 7– FMZ barabanı; 9– yuyulmuş ətin verilməsi üçün əyilmiş transportyor
Ətli-sümüklü quyruqları 30-400C temperaturu olan su ilə duş altında və ya yuyucu barabanda təmiz yuyurlar. Bundan sonra dəri və tük qalıqlarını təmizləyir, 20-30 dəq üzərinə su axıtdıqdan sonra soyutmağa göndərirlər.
Dostları ilə paylaş: |