Qaramalın ayaqlarını, dodaqlarını və qulaqlarını fasiləsiz emal xətti sentrifuqadan, ütmə sobasından transpartyorlardan və dırnaq çıxaran maşından ibarətdir. Xəttin məhsuldarlığı növbədə 6 t-dan artıqdır. Bir mərtəbə yuxarıda yerləşən mal-qaranın kəsilməsi və cəmdəklərin hissələrə bölünməsi sexindən subməhsullar maili enişlər vasitəsilə bunkerlərə (ayaqlar, dodaqlar və qulaqlar üçün ayrılıqda) daxil olur. Oradan da növbə ilə sentrifuqaları doldurmaq üçün ayırıcıları olan lentli konveyerə daxil olur. Fırlanma tezliyi 120 dəq-1olan sentrifuqalarda subməhsulları qaynara verirlər (hər növ məhsul üçün optimal rejimdə). Qaynara vermək prosesi qurtardıqdan sonra sentrifuqadan subməhsulları onların aşağı hissəsində yerləşən və növləşdirmə stoluna verən lentli transportyorun üzərinə boşaldırlar; ayaqları dırnağı çıxartmaq üçün xüsusi maşına verirlər.
ƏDƏBİYYAT SİYAHISI:
1. Qədimova N.S. “Ət və ət məhsullarinin texnologiyasi”. Dərslik Bakı: “İqtisadUniversiteti”Nəşriyyatı, 2013.
2. Vinnikova L. G. "ət və ət məhsullarının texnologiyası". Dərslik. —Kiyev: firma" Inkos", 2006.
3. Züravskaya N. K., Gutnin B. E., Zhuravskaya N. A., " texnoloji nəzarət ət və ət məhsulları istehsalı", m, Kolos 2001,