Sərbəst iş Tələbə : Həsənova Xədicə Kurs : İT-019 Mövzu: Subməhsullarının emalı və saxlanması Fənn : İaşə məhsullarının texnologiyası Müəllim : İsgəndərova Svetlana plan: Subməhsullarının emalına olan təlabat


Selikli subməhsulların emal texnologiyası



Yüklə 241,59 Kb.
səhifə7/9
tarix02.01.2022
ölçüsü241,59 Kb.
#47400
1   2   3   4   5   6   7   8   9
İaşə məhsullarının texnologiyası İT019 Həsənova Xədicə

Selikli subməhsulların emal texnologiyası. Qaramalın və davarın işkənbəsi mal-qaranın kəsilməsi, cəmdəklərin hissələrə bölünməsi sexində qabaqcadan piysizləşdirildikdən, tutumdan təmizləndikdən və yuyulduqdan sonra axar soyuq suda ləyəndə soyudulur. Bundan sonra son dəfə piysizləşdirir və barabanlarda, çənlərdə 65-680C

temperaturda 2-3 dəq müddətində qaynara verir, sonra sentrifuqalarda 62-680C temperaturda 6-10 dəq müddətində soyudurlar (vannalarda, çənlərdə) və selikli təbəqənin qalıqlarını və çirklənmələri əl ilə tamamilə təmizləyir və su süzüldükdən sonra

soyuducuya göndərirlər. İşkənbələrin emalı üzrə mexanikləşdirilmiş xətlər yuxarıda göstərilən bütün proseslərin vahid axında aparılmasını nəzərdə tutur. Vannada axar soyuq suda soyutduqdan sonra işkənbələri gərilmiş halda hərəkət edən konveyerin iki qarmağından

asırlar (tamamilə piysizləşdirmək üçün). Onlar açılmış halda olmalıdır. Bunun üçün bitişik qatı bıçaqla, əl ilə kəsirlər.

Konveyerlə işkənbələri sentrifuqaya keçirir, qarmaqlardan çıxarır, sentrifuqaya yükləyir və orada 65-680C temperaturda 5-8 dəq qaynara verir, sonra konveyerlər onları təmizləmək üçün başqa sentrifuqalara verir. Orada konveyerin qarmaqlarından çıxarıb konveyerin altında, sentrifuqaların yanında qəbul stolunun üzərinə toplayırlar. Təmizlənmiş işkənbələri soyutmaq üçün axar sulu vannalara boşaldır, qarmaqlı çərçivələrdən asır və asılmış yolla soyuducuya göndərirlər. İşkənbələri mal-qaranın kəsilməsi və cəmdəklərin hissələrə bölünməsi sexində zontşəkilli stollarda yuyur, tamamilə piysizləşdirirlər, sonra onlar enişlərlə əlavə ət məhsulları sexində stolun üzərinə tökülür.

İşkənbələri konveyerin qarmaqlarından asır və qaynaravermə vannasına ötürürlər, orada 70 – 75°C temperaturda 5-7 dəq müddətində qaynara verirlər. İşkənbələri selikli qatdan sentrifuqada 7-10 dəq müddətində 65-700C temperaturda təmizləyir, axar suyu olan çəndə yuyur və soyudurlar. Soyudulmuş işkənbələrdən qara ləkələri təmizləmək üçün onları asmaların qarmaqlarına asırlar. Su süzüldükdən sonra işkənbələri soyuducuya nəql edirlər. Kitabçalar mal-qaranın kəsilməsi və cəmdəklərin bölünməsi sexində qabaqcadan piysizləşdirilir, tutumdan təmizlənir və yuyulur. Onları əlavə ləyəndə axar suda və ya sentrifuqada yuyurlar. Sonra onları sentrifuqada, qaynaravermə barabanında 5 dəq müddətində temperaturu 65-680C olan suda qaynara verir və sentrifuqada selikli təbəqədən təmizləyirlər. Sonra kitabçaları təkrarən axar soyuq suda yuyur və soyudurlar.

Soyudulmuş kitabçaları selikli təbəqələrin qalıqlarından təmizləyir, 20-30 dəq su süzüldükdən sonra soyuducuya göndərirlər. Qaramalın kitabçası mexaniki axın xətlərində emal edilir.

Qaramalın qursaqları və donuzların mədələri qabaqcadan piysizləşdirildikdən, tutumdan təmizləndikdən sonra yuyulur, ferment itkisinə yol verməmək üçün suyun temperaturu 250C-dən artıq olmamalıdır (ferment yüksək temperaturun təsirindən aktivliyini itirir), yumaq 3-5san müddətində aparılmalıdır ki, fеrment axıb getməsin.Daxili orqanları çıxartdıqdan 45-60 dəq-dən gec olmayaraq subməhsullar sexində selikli qişanı ayırmaq lazımdır. Bunun üçün qaramalın qursağını uzununa kəsir, donuz mədəsini isə üzdən çərtirlər. Sonra hər ikisini ağac qəliblərə geydirir və bıçaqla

ehtiyatla selikli qatı kəsirlər. Tibb preparatları istehsalında yararlı olması üçün orada piy və mədə divarının kəsikləri olmamalıdır. Selikli qişadan təmizlənmiş qursaq və donuz mədəsini sentrifuqada və ya axar suda yuyurlar. 15-20 dəq suyun süzülməsi üçün saxlayır və soyudurlar. Soyuqla emal etmədən selikli qatı pepsin və ya başqa tibb

preparatları istehsalına göndərmək və ya soyuducuda dondurmaq olar. Əgər selikli qişanı ayırmaq lazım gəlmirsə, onda qursağı və donuz mədələrini sentrifuqada 60-650C temperaturda qaynar suda 7-8 dəq qaynara verir, təmizləyir, su süzüldükdən və emal keyfiyyəti yoxlandıqdan sonra soyutmağa göndərirlər.




M
exaniki axın xəttlərində bütün növ heyvanların selikli qişası emal edilir. Qaynar suyu olan (65 – 670 C) ləyənə yerləşdirilmiş zənbillərə subməhsullar yerləşdirilir və 8-10 dəq müddətində qaynara verilir. Sonra qaldırıcı-göndərici kranın köməyi ilə subməhsullar sentrifuqanın boşaldılma boğazına verilir. Sentrifuqa qabaqcadan işləməli və barabana qaynar su verilməlidir. Qaynaravermə və selikli qişadan təmizlənmə 6-10 dəq ərzində aparılır. Son yuyulma ikinci sentrifuqada aparılır. Selikli subməhsulların emalı üçün LOSS xəttinin istehsal gücü 500 kq/saat təşkil edir.




Yüklə 241,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin