Sərbəst iş Tələbə : Həsənova Xədicə Kurs : İT-019 Mövzu: Subməhsullarının emalı və saxlanması Fənn : İaşə məhsullarının texnologiyası Müəllim : İsgəndərova Svetlana plan: Subməhsullarının emalına olan təlabat


Subməhsulların quruluş xüsusiyyəti onların emalı zamanı nəzərə alınır və texnoloji prosesləri düzgün aparmaq üçün şərti olaraq 4 qrupa bölünür



Yüklə 241,59 Kb.
səhifə2/9
tarix02.01.2022
ölçüsü241,59 Kb.
#47400
1   2   3   4   5   6   7   8   9
İaşə məhsullarının texnologiyası İT019 Həsənova Xədicə

Subməhsulların quruluş xüsusiyyəti onların emalı zamanı nəzərə alınır və texnoloji prosesləri düzgün aparmaq üçün şərti olaraq 4 qrupa bölünür:

yumuşaq subməhsullar– liver (qaraciyər, ürək, ağciyər, diafraqma, nəfəs borusu ), böyrəklər, dalaq, ət kəsiyi, yelin, dil və beyin;

ətli-sümüklü subməhsullar – baş (dərisi, dili və beyni çıxarılmış) ətli-sümüklü quyruq;

selikli subməhsullar– işkənbə, kitabça və qaramalın qursağı, xırdabuynuzlu malın işkənbəsi və donuz mədəsi;

tüklü subməhsullar – dili və beyni çıxarılmış donuz və qoyun (dərili) başları,qaramal ayaqları, donuz və qoyun ayaqları, qaramal dodaqları, donuzun və qaramalın qulaqları, donuz quyruğu.

Subməhsulların kimyəvi tərkibi – zülalların (9,5-25%), piyin (1,2-13,7%), karbohidratların (0,059-1%), mineral maddələrin (0,49-1,32%), suyun (67,8-82,7%), fermentlərin, vitaminlərin, hormonların miqdarı, deməli, həm də qidalılıq qiyməti onların tərkibində olan müxtəlif toxumaların nisbətindən asılıdır.

Zülal maddələrinin miqdarına görə subməhsulları ətə yaxınlaşır, lakin onların qidalılıq dəyəri aşağıdır, çünki subməhsullarda tam qiymətli olmayan zülallar (məsələn, dodaqlarda, qulaqlarda, yelində, işkənbədə kollagen və elastin vardır) çoxdur. Tam qiymətli zülallar, əsasən qaraciyərdə, böyrəklərdə, dildə və ürəkdə olur. Dildə, yelində, baş ətində, quyruqda piy daha çoxdur. Bu isə onların yüksək kaloriliyini təmin edir. Bəzi subməhsullarda piyəoxşar maddələr (fosfatidlər, xolesterin) çoxdur, məsələn, beyində.

Subməhsulların növündən asılı olaraq onların tərkibində müxtəlif mineral maddələr olur:böyrəklərdə, ürəkdə, beyində fosfor, qaraciyərdə həm də dəmir çoxdur. Qaraciyər və böyrəklərdə vitaminlər, hormonal maddələr vardır. Odur ki, onlar yalnız qidalılıq cəhətdən qiymətli deyil, həm də müalicəvi maddə kimi qiymətlidir. Qidalılıq qiymətinə görə bəzi subməhsullar (dil, beyin, qaraciyər, böyrəklər) ətdən geri qalmır və delikates məhsullar sayılır.




Yüklə 241,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin