SəRBƏst iŞ TƏLƏBƏ: Cəfərli Anar faküLTƏ: Yüksək texnologiyalar və və innovative mühəndislik


Viruslar və anti virus proqramları



Yüklə 353,42 Kb.
səhifə4/6
tarix25.11.2022
ölçüsü353,42 Kb.
#70423
1   2   3   4   5   6
KOMPÜTERİN VİRUSLARI VƏ MÜHAFİZƏ ÜSULLARI. ANTİVİRUS PROQRAMLARI VƏ ONLARIN NÖVLƏRİ

Viruslar və anti virus proqramları
Virus-proqrama özbaşına qoşula bilən, öz surətini fayllara,sistem sahəsinə, şəbəkələrə və s, yayan və kompüterin normal işini pozan xüsusi proqramdır. Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.

Kompüter virusları, əslində işlədiyiniz kompüterə dəyişik şəkillərdə zərər verə bilən kompüter proqramlarıdır. Kompüter viruslarının məşhur bulaşma yollarından biri “virus yoluxmuş kompüter proqramları” dır. Bu vəziyyətdə, virus kodu bir kompüter proqramına virusu yazan adam tərəfindən əlavə olunar. Beləcə, viruslu bu proqramları işlədən istifadəçilərin kompüterləri “potensial olaraq” virus mənbəyinə çevrilir. Xüsusilə, internet üzərində fayl arxivlərinin nə qədər sıx istifadə edildiyini düşünsək təhlükənin ölçülərini daha da yaxşı anlaya bilərik.Viruslanmış proqram işlədildiyində kompüter virus kodu da, ümumiyyətlə, kompüterinizin yaddaşına yerləşir və potensial olaraq zərər verməyə başlayır. Bəzi viruslar, sabit diskinizin ya da disketlərinizin “boot sector” deyilən və kompüter hər açıldığında ilk baxılan yer olan qisminə yerləşir. Bu vəziyyətdə, kompüteriniz hər açıldığında “viruslanmış” olaraq açılır. Belə olan təqdirdə, əhəmiyyətli sistem fayllarında da (MSDOS və windows üçün COMMAND.COM kimi) viruslar olur. Ümumiyyətlə, hər virusun bir adı vardır. Məsələn, Cansu, Stoned, Michaelangelo, Brain, Einstein və s. kimi virus növləri daha məşhurdur.
Virus proqramları və ya kompüter virusları – müxtəlif vasitələtlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazim olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Kompüter texnologiyasının sürətli inkişaf tempi günü-gündən sürətlənsə də, bu sahə də çatışmazlıqlardan xali deyil. Bu gün, kompüter istifadəçisi olan hər bir kəsin ən başlıca problemlərindən biri kompüterlərin virus hücumuna məruz qalması, bunun nəticəsində, kompüterin və sistemin sıradan çıxmasıdır. Hər il, iri müəssisə və şirkətlər bu problemdən milyonlarla dollar məbləğində ziyana düşür.

Yüklə 353,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin