Xüsusi müqavilələr. Bu müqavilələr konkret insan hüquqlarının müdafiəsinə yönəlmişdir. Xüsusi müqavilələr də universal və regional səviyyədə bağlanır.
Universal müqavilələr, əsasən, bunlardır: Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası; 1926-cı il Köləlik Konvensiyası; Köləliyin, qul ticarətinin və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası; İcbari əməyin ləğv olunması haqqında 1957-ci il 105 nömrəli BƏT İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza əleyhinə 1984-cü il Konvensiyası. Regional səviyyədə bağlanmış xüsusi müqavilələrə bir sıra misallar gətirək: İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyası; İşgəncənin qarşısının alınması və cəzalandırılması haqqında 1985-ci il Amerika Konvensiyası; Sosial təminat haqqında 1972-ci il Avropa Konvensiyası.