Sərbəst iş Tələbə: Təmrazov Sadiq Fakültə


Ayrı-seçkilik məsələsinə aid olan müqavilələr



Yüklə 53,03 Kb.
səhifə7/10
tarix13.05.2022
ölçüsü53,03 Kb.
#57872
1   2   3   4   5   6   7   8   9   10
155 movzu 11. beynelxalq insan huquqlari huququ

Ayrı-seçkilik məsələsinə aid olan müqavilələr. Bu müqavilələr irqi və ya cinsi əsaslara görə təhsil, işədüzəlmə və s. sahələrdə ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır. Bu məsələ ilə bağlı bir sıra universal müqavilələr mövcuddur, məsələn: İrqi ayrı- seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq Konvensiyası; Aparteidcinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cii il Beynəlxalq Konvensiyası; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cuil Konvensiyası; Təhsil sahəsində ayrı-seçkilik əleyhinə 1960-cı il YUNESKO Konvensiyası və s.

İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi sahəsində adət normalarının da müəyyən rolu vardır. Beynəlxalq hüquqi adətin bu sahədə rolu

müvafiq müqavilə müddəalarının qeyri-işti- rakçı dövlətlərə şamil edilməsi və həmin müqavilələrdə nəzərdə tutulmamış hüquqi müdafiə vasitələrinin təmin edilməsilə məhdudlaşır. Əsas insan hüquqlarının müəyyən hissəsi artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir və hər hansı bir müqavilənin iştirakçısı olub-olmamasından asılı olmayaraq bütün dövlətlər üçün məcburidir. Məsələn, indi heç bir dövlət Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Paktında iştirak etmədiyini bəhanə gətirərək (belə dövlətlərin sayı 30-dan artıqdır), işgəncələr tətbiq edə bilməz və ya şəxsi özbaşına, yaxud qanuni əsas olmadan həyatdan məhrum edə bilməz. Dövlətlərin aşağıdakı hüquqa zidd əməlləri beynəlxalq adət hüququnun pozuntusu kimi tövsif edilə bilər: soyqırım; aparteid; köləlik; bir sıra insan hüquqlarının aşağıdakı sistematik və ya kobud pozuntuları (şəxsin qanunsuz həyatdan məhrum edilməsi; işgəncə; irqi ayn-seçkilik; uzunmüddətli özbaşına həbs; şəxsin zorla müəyyən ərazidən çıxarılması; minimal məhkəmə təminatlarının pozulması; qanunun geriyə tətbiqi).

İnsan hüquqları sahəsində tövsiyə xarakterli sənədlər köməkçi hüquq mənbəyi kimi böyük əhəmiyyətə malikdir. Bu cür sənədlərə misal olaraq aşağıdakıları göstərmək olar: BMT Baş Məclisinin qətnamələri, o cümlədən bu qətnamələrlə qəbul olunmuş aktlar (məsələn, Dözümsüzlüyün və din və əqidələr əsasında ayrı-seçkiliyin bütün formalarının ləğv edilinəsi haqqında 1981-ci il Bəyannaməsi; Yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə dair Minimal standart qaydaları (1985-ciil); Metnik, dil və dini azlıqlara mənsub olan şəxslərin hüquqları haqqında il Bəyannaməsi və s.); beynəlxalq konfransların aktları (məsələn, 1990-cı il sentyabrın 30-da Uşaqlar naminə yüksək səviyyədə Umumdünya görüşü zamanı qəbul olunmuş Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında Ümumdıınya Bəyannaməsi; İnsan hüquqları üzrə Ümumdünya Vyana Konfransında (14-25 iyun 1993-cü il) qəbul olunmuş Vyana Bəyannaməsi və Hərəkət Proqramı və s.); ATƏM (indiki ATƏT) çərçivəsində qəbul olunmuş və özündə siyasi öhdəliklər ehtiva edən sənədlər və b.

Bu sənədlərdə həm bütövlükdə insan hüquqlarının müdafiəsi, həm də konkret insan hüquqlarının həyata keçirilməsi ilə bağlı tövsiyə xarakterli standartlar müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə çalışır, bəzi hallarda isə onları, hətta öz qanunvericiliyinə daxil edirlər.



Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin