Sərbəst iş Tələbə: Təmrazov Sadiq Fakültə



Yüklə 53,03 Kb.
səhifə8/10
tarix13.05.2022
ölçüsü53,03 Kb.
#57872
1   2   3   4   5   6   7   8   9   10
155 movzu 11. beynelxalq insan huquqlari huququ

İnsan hüquqlarının inkişaf mərhələləri

Insan hüquqlarının ən sadə təsnifatı onların vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara ayrılmasıdır. Universal və regional səviyyədə bağlanan ümumi müqavilələr çox zaman bu bölgüyə uyğunlaşdırılır. Geniş yayılmış daha bir təsnifat isə tarixi meyara söykənir. Söhbət fransız alimi K.Vasak tərəfindən irəli sürülmüş «insan hüquqlarının üç nəsli» konsepsiyasından gedir. Bu konsepsiyaya görə, hazırda mövcud olan bütün əsas insan hüquqları öz inkişaf tarixində üç mərhələ keçmişdir və bu mərhələlər əsasında üç nəsil fərqləndirilir.



Birinci nəslə vətəndaş hüquqları və siyasi hüquqlar aiddir; Qərb ölkələrinin məşhur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdı. Bu hüquqlar aşağıdakılardır: yaşamaq hüququ; işgəncəyə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdan və din azadlığı; söz azadlığı; sərbəst toplaşmaq azadlığı; birləşmək azadlığı; dövlət işlərinin aparılmasında iştirak etmək hüququ və s.

XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci il) Konstitusiyalarında insan hüquqlarının ikinci nəsli — sosial-iqtisadi və mədəni hüquqlar ortaya çıxır və İkinci Dünya müharibəsindən sonra isə bu hüquqlar bir sıra beynəlxalq müqavilələrdə (1961-ci il Avropa Sosial Xartiyasında; iqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktında və s.) ayrıca təsbit olunur. Söhbət burada aşağıdakı hüquqlardan gedir: işləmək hüququ; həmkarlar ittifaqları yaratmaq hüququ; tətil hüququ; sosial təminat hüququ; minimal həyat səviyyəsi hüququ; istirahət hüququ; sağlamlığın qorunması hüququ; təhsil hüququ; mədəni həyatda iştirak etmək və mədəni sərvətlərdən istifadə etmək hüququ və s.




Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin