Sərbəst iş Tələbə: Təmrazov Sadiq Fakültə



Yüklə 53,03 Kb.
səhifə3/10
tarix13.05.2022
ölçüsü53,03 Kb.
#57872
1   2   3   4   5   6   7   8   9   10
155 movzu 11. beynelxalq insan huquqlari huququ

BMT Nizamnaməsi

Beynəlxalq insan hüquqları hüququnun tarixi BMT Nizamnaməsindən başlamışdır. Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi, milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada «irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsin BMT-nin əsas məqsədlərindən biri kimi bəyan edilir (1-ci maddə). «Bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək vcrilməsi» (55-ci maddə) və bunun üçün BMT ilə birgə və ya müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi qoyulur. Gördüyümüz kimi, bu öhdəliklər dəqiq və birmənalı ifadə olunmamışdır. Daha doğrusu, söhbət burada insan hüquqlarının təmin edilməsi və ya insan hüquqlarına hörmət edilməsi vəzifəsindən deyil, bu hüquqlara hörmətin

«dəstəklən- məsi və həvəsləndirilməsi» vəzifəsindən gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq elmək olduqca çətindir. Praktik olaraq bu o deməkdir ki, yalnız insan hüquqlarına tam etinasızlıqla yanaşan, bu hüquqları kobud və kütləvi şəkildə pozan dövlət yuxarıda göstərilən Nizamnamə öhdəliyini

İkinci bir tərəfdən, BM'l' Nizamnaməsində konkret insan hüquq və azadlıqları sadalanmır. Hansı hüquqların əsas insan hüquqlarına aid olduğunu və onların «bcynəlxalq kataloqunun müəyyən elmək üçün 1948-ci il dekabrın 10-da BMT Baş Məclisinin 217 (III) nömrəli qətnaməsi ilə Umumdünya İnsan Uiiqııqları Bəyannaməsi qəbul edildi. 58 BMT üzvündən 48-i Nizamnamənin lehinə səs vermiş, 8 dövlət, o cümlədən SSRİ bitərəf qalmışdı (iki dövlət isə, ümumiyyətlə, iştirak etməmişdi). 30 maddədən ibarət olan bu sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və b.) təsbit olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqları hüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır. Onun başlıca müddəaları bir çox konstitusiya və digər qanunvericilik aktlarında öz əksini tapmış, xeyli sayda milli məhkəmə qərarlarının əsasını təşkil etmişdir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi xarakteri barədə müxtəlif fikirlər mövcuddur. Bununla bağlı ilk növbədə qeyd edək ki, Bəyannamə BMT Baş Məclisinin qətnaməsidir və onun bilavasitə hüquqi qüvvəsi yoxdur; müqavilə əvəzinə qətnamə qəbul etməklə, dövlətlər öz üzərlərinə məcburi öhdəliklər götürmək istəməmişlər. Lakin Bəyannamənin əksər müddəaları bu gün adət kimi hamılıqla tanınmışdır. Bilavasitə olmasa da, dövlətlərin ümumi praktikası vasitəsilə (müvafiq



müqavilələrdə iştirak, Bəyannamənin milli qanunvericiliyə bu və ya digər şəkildə daxil edilməsi, məhkəmə qərarlarında Bəyannaməyə istinad edilməsi və s.) bu müddəalar ümumi beynəlxalq adət hüququnun bir hissəsini təşkil edir. Lakin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütövlükdə beynəlxalq adət hüququna çevrilməmişdir; məsələn, sığınacaq hüququnu (14-cü maddə), işsizlikdən müdafiə hüququnu (23-cü maddənin 1-ci hissəsi), asudə vaxt hüququnu (24-cü maddə) və bir sıra digər hüquqları heç də bütün dövlətlər üçün məcburi olan normalar kimi qəbul etmək olmaz.

Əsas insan hüquq və azadlıqlarını hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə 1966-cı ildə iki universal müqavilə imzalandı - İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı (1976-cı il yanvarın 3-də qüvvəyə minmişdir) və Vətəndaş və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktı (1976-cı il martın 23-də qüvvəyə minmişdir). Adlarından göründüyü kimi, birinci Paktda iqtisadi, sosial və mədəni hüquqlar, ikinci Paktda isə vətəndaş və siyasi hüquqlar öz əksini tapmışdır. Formal-hüquqi baxımdan Vətəndaş və siyasi hüquqlar haqqında Pakt daha mükəmməldir və o, iştirakçı dövlətlər üçün daha aydın və dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur. Paktda nəzərdə tutulmuş başlıca öhdəlik ondan ibarətdir ki, dövlət öz ərazi hüdudlarında və yurisdiksiyası çərçivəsində olan hər bir şəxsin bu Paktda təsbit olunmuş hüquqlarına hörmət etməli və onları təmin etməlidir (2- ci maddənin 1-ci hissəsi). Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri qanunvericilik, inzibati və digər tədbirlər görməli (2-ci maddənin 2-ci hissəsi), habelə pozulmuş hüquqların müdafiəsi və bərpası məqsədilə şəxsə səmərəli dövlətdaxili hüquqi müdafiə vasitələri təmin elməlidir (2-ci maddənin 3-cü hissəsi). Vətəndaş və siyasi hüquqlar haqqında Paktın daha bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu, 28-ci maddənin əsasında təsis olunmuş İnsan hüquqları komitəsidir (bu barədə aşağıda bəhs ediləcəkdir). Pakta iki protokol əlavə olunmuşdur: İnsan hüquqları komitəsinə fərdi şikayətlərə baxmaq səlahiyyəti verən 1966-cıil Fakültativ Protokolu və Öliim cəzasının ləğvinə yönəlmiş İkinci Fakültativ Protokol (1989-cu il).

Beynəlxalq insan hüquqları hüququnun sonrakı inkişafı ayrı- ayrı insan hüquqlarına həsr olunmuş müqavilələrin bağlanması və insan hüquqları sahəsində beynəlxalq mexanizm və prosedurların inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan hüquqları hüququ beynəlxalq hüququn ən intensiv inkişaf edən və dövlətdaxili hüquq ilə ən sıx «əməkdaşlıq cdən» sahələrindən biridir.

İnsan hüquqlan sahəsindəki beynəlxalq öhdəliklər, əsas etibarilə, müqavilə mənşəlidir. Müqavilənin üstünlüyü ondadır ki, o, dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur. Hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə vardır. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı (BƏ'T) çərçivəsində bəzən sosial ədalətin adlanan çoxlu sayda konvensiyalar qəbul olunmuşdur.


Yüklə 53,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin