Üçüncü nəslin yaranması son dövrün inkişaf xüsusiyyətləri ilə izah edilir. Bu izaha görə, indi obyektiv olaraq elə hüquqlar meydana gəlmişdir ki, onlar ayrılıqda fərdə və ya fərdlər qrupuna deyil, bütövlükdə məcmuya, xalqa məxsusdur: məsələn, inkişaf hüququ; sülh hüququ; sağlam ətraf mühitdə yaşamaq hüququ və s. Bu hüquqlar «kollektiv hiiquqlar» və ya «həmrəylik hüquqları» adlanır. Lakin göstərilən hüquqlar hələ tam formalaşmamışdır və onlar dəqiq normativ məzmuna malik deyildir. Məsələ burasındadır ki, bu hüquqları fərdin dövlətə qarşı subyektiv tələbi şəklində formu- lə etmək, demək olar ki, qeyri- mümkündür. Məsələn, inkişaf hüququnu və ya sülh hüququnu iddia qaydasında məhkəmədə necə müdaliə etmək olar? Hüquq yalnız o yerdə var ki, orada onun müdafıə vasitosi vardır (ubi jus ibi remedium). ikinci bir tərəfdən, bu hüquqlar, prinsip etibarilə, ayrıca götürülmüş bir dövlətdə tam həyata keçirilə bilməz.
İnsan hüquqları içərisində habelə mütləq hüquqlar və dövlətlərin müəyyən hallarda geri çəkilə bildiyi hüquqlar fərqləndirilir. Mütləq hüquqlar o insan hüquqlarıdır ki, dövlət heç bir halda, o cümlədən fövqəladə vəziyyət şəraitində onlardan geri çəkilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasına görə, bu, aşağıdakı hüquqlardır: yaşamaq hüququ (maddə 2); işgəncələrə məruz qalmamaq hüququ (maddə 3); köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ (maddə 4) və qanunsuz cəzaya yol verilməməsi (maddə 7).
Dostları ilə paylaş: |