SəRBƏst iŞ Tələbə: Zəhra Piriyeva Müəllim: Jalə Əsədova Fakultə: Təhsil 2



Yüklə 141,7 Kb.
səhifə3/5
tarix02.05.2022
ölçüsü141,7 Kb.
#56813
növüXülasə
1   2   3   4   5
Zəhra Piriyeva 122A. Hind və Çin təlimlərinin xülasəsi

Buddist fəlsəfə

Buddizm, yeni din və fəlsəfə olaraq Hindistanda təqribən o vaxt formalaşmağa başlamışdı ki, Yunanıstanda o zaman sokrataqədərki fəlsəfə formalaşırdı. Bu kontekstdə "buddist fəlsəfə" ifadəsi o inamları və fəlsəfi baxışları ifadə edir ki, onlar bu və ya digər dərəcədə buddizm dininin banisinə Sidharta Qautamaya (təxminən, b.e.ə. 563-483) aiddir. Burada biz buddizmin digər, başqa mədəniyyətlər daxilində inkişaf etdirilən formalarını nəzərdən keçirmək imkanlarına malik deyilik (buddizm Hindistanda öz aparıcı mövqeyini itirdikdən sonra Tibetdə və Şərqi Asiyada mühüm əhəmiyyət kəsb etmişdir). Bir çox hind müqəddəsləri kimi, Siddharta Qautama da evini və ailəsini tərk etmiş və bir zahid və müdrik qismində səyahətlərə başlamışdır. Bir çox illərin ciddi asketizmindən və özünə əzab vermədən sonra o, aşkar etmişdir ki, insan həyatının fundamental məsələlərinə münasibətdə yenə də əvvəlki kimi tam nadanlıq (avidya) vəziyyətindədir. Elə buna görə də, o, qərara alır ki, özünə əzab vermə praktikası ilə qurtarsın və həyatın ənənəvi seyrinə qayıtsın. Bir müddət sonra Qautama özündə bir aydınlaşmanı, işıqlanmanı, nurlanmanı hiss edir və o, bu suallara cavab verə bilən bilik əldə edir. Sonradan o, Budda (Nurlanmış) adı altında tanınır. B.e.ə. V əsrdə Hindistanın dini həyatında veda ənənəsi üstünlük təşkil edirdi, Upanişadalar hind fəlsəfəsində mühüm yer tuturdu. Yeni buddist təlim qədim veda ədəbiyyatının əleyhinə kəskin çıxış edir, onun bütün mərasim formalarını və rituallarını inkar edirdi. Amma o, eyni zamanda həm də Upanişadaların bəzi hissələrinin tənqidi mənalandırılması idi. Paradoksaldır, amma Budda spekulyativ və dini təfəkkürə münasibətdə son dərəcə mənfi mövqedə idi. Müasir şərhçilər onu müəyyən anaxronizmlə "empirist" və "skeptik" kimi səciyyələndirirlər. Buddaya məxsusluğu güman edilən mətnlər onun sonrakı ilahiləşdirilməsi üçün əsas vermir. Buddizmi müəyyən ehtiyatla "ateist" din kimi, yəni sistematik teologiyası və ya Tanrı haqqında müəyyən bir təlimi olmayan bir din olaraq da səciyyələndirmək olar.




Yüklə 141,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin