SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə18/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   14   15   16   17   18   19   20   21   ...   31
M.Yaşar 602

Nitqin münasibliyi: Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və.s görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola bilməz. “Uyğunluq niqin ünsiyyət məqsədinə və şəraitinə cavab verilməsini təmin edən dil vahidlərinin seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın tərbiyəvi estetik məqsədlərinə münasibliyidir”

Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?, Natiq yığıncaqdamı, auditoriyada danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?, Danışan kimdir?, Kimə müraciət olunur?, Dinləyən kimdir?, uşaqdirmı, tələbədirmi, məktəblidirmi, alimdirmi?, Savadı, təhsili necədir?, İxtisası nədir?, Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?, Danışan nə haqda məlumat verir?, Nəyi subut etmək istəyir? Və.sair qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən və.s aslı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.

Natiqlik praktikasında nitqin şəraiti, munasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənirvə təəssüflənirlər ki, çox şeyi deyə bilmədilər. Burada, şübhəsiz, günah natiqin özündədir. O, müəyyən edilmişvaxt ərzində nəzərdə tutduğuməzmunu aydın, dəqiq, yığcam, eyni zamanda, vaxta qənaət etməklə dinləyicilərə çatdırmağı bacarmalıdır.


Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin