Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə4/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   2   3   4   5   6   7   8   9   ...   101
Mən Şərqəm.

Mən fəlsəfənin və dinin sahibiyəm.
misralarını misal gətirən A.İmanquliyeva bu baxışı «Şərqin keçmiş əzə­­­məti barədə düşüncələr» adlandırır.1 Maraqlıdır ki, qoca Şərqi bir tə­­­rəfdən gənc və güclü Qərblə görüşdürən ər-Reyhani, digər tərəfdən onu müasir Şərqlə müqayisə edir. A.İmanquliyeva bu cəhəti xüsusi vur­­­­ğulamaqla diqqəti çağdaş Şərqin hə­­qiqi Şərq mahiyyətin­dən uzaq­laş­­­dı­ğına yönəldir: «Bu böyük həcmli şe­i­rin sonrakı hissəsi xurafat və möv­­hu­mat zülmətinə qərq olan, dinin bütün za­hiri ayinlərinə fanatik şə­kildə si­ta­yiş edən müasir Şərqin tən­qi­di­nə həsr olunmuşdur. Cəhalət və möv­­hu­mat Şərqi Qərb sivili­zasi­ya­sı­­­nın bü­tün nai­liyyətlərindən çəkin­di­rir.»2

Bu məqamın vurğulanması, bi­­­zim fikrimizcə, Aida İmanqu­liye­va­nın Şərq-Qərb problema­tika­sına gə­tir­diyi böyük yenilikdir. Belə ki, Şərq­­­lə Qər­bin müqayisəli təd­qi­qin­də üzə çıxan bir çox ziddiyyətli cə­hət­­lər məhz Şər­qin zaman axınında iki­ləş­mə­sini nəzərdən qaçırmağın, çağ­daş Şərqlə qo­ca Şərqi eyni­ləş­dir­mə­yin nəticəsidir. Halbuki, Şərqin əzə­­­mə­ti, bö­yük­lüyü, ruhani mahiy­yə­ti məhz qoca Şərqin timsalında tə­za­hür edir. O, hətta, Qərbi də düçar ol­­du­ğu böhrandan xilas etmək əz­min­­də­dir.

Ər-Reyhaninin poetik dili ilə «mən öz ruhumla sənin qəlbini si­vi­li­za­­si­ya xəstəlik­lərindən sağal­da­­ca­ğam», – deyən ruhani Şərq hə­qi­qi di­ni his­sdən ayrı düşən, möv­hu­ma­ta uyan, əcnəbilərdən, onların tex­no­­­lo­ji nai­liyyətlərindən çəkinən, mür­tə­ce məzmun kəsb edən cılız­laş­mış Şərq­dən çox fərqlidir. Əslində ikinci bi­rincinin adına sığınır. Am­ma bu Şərq daha o Şərqdən deyil.

Əlbəttə, «Şərq» fenomeninə diferensial münasibət ideyası bədii ob­­razlarla, poetik şəkildə ər-Reyhani tərəfindən irəli sürül­müşdür. La­kin bu poetik tərənnümün mahiyyəti elmi-məntiqi müstəvidə məhz A.İmanquliyeva tərəfindən açılır və Şərq­lə Qərbin vəhdətinə çağırış da bu yeni baxış bucağından yeni ma­hiy­yət kəsb edir. Vəhdət üçün əv­vəl­cə Şərqin özünə qayıtması, öz ilkin ru­­hani məğzini yenidən kəsb et­məsi tə­ləb olunur.



Bəli, ruhun təbiətdən hələ ay­rıl­madığı dövrdə ancaq Şərq var idi. Təbiət, geniş mənada başa düş­dük­də – bütövlükdə kosmos, ümumi bir ahəngin, vahid bir ruhun maddi tə­cəssümü olmaqla, özündə hələ yad baş­lanğıcdan, yad ideyalardan tö­rə­miş ünsürləri daşımırdı. Kosmos bir lo­qos kimi, ümumi bir ahəngdar sis­tem kimi o zaman parçalandı ki, ay­­­rı-ayrı in­san­la­rın loqosları ona al­ter­­na­tiv təşkil et­mə­yə başladı və hə­rə öz məntiqi ilə qurub-yaratdıqca sin­xron­luq tədricən itdi.

Qədim dövrdə insanlarin əqli fəaliyyətinin yekunları təmərküz­lə­şə­­rək böyük sistemlər halında bir­ləş­mə­diyi və fərqli sivilizasiyaların hə­lə for­malaşmadığı dövrdə Şərq – Qərb böl­güsü də təbii ki, yox idi. He­gel o dövr üçün belə yazır: “Ruh hə­lə o də­rə­cədə mücərrədləş­mə­miş, tə­bii başlanğıcından ayrılmamışdı”.

Antik mədəniyyət özü də bu sin­kretik ruhun məhsulu idi. Lakin əsr­­lər keçdi və yer kürəsinin müx­tə­lif səmtlərində yaşayan insanların ic­­timai inkişafı fərqli si­vi­li­za­si­ya­la­rın yaranmasına gətirdi. İnsanlar il­kin təbiətə deyil, özlərinin ya­rat­dıq­ları ikinci təbiətə uyğunlaşmaq məc­­­buriyyətində qaldılar. İkinci tə­biət isə ən azı iki dənə idi. İnsan in­tel­­­lektinin təbiətə getdikcə daha fəal təsir göstərməsi və onun ba­za­sın­da fərqli təbiət və fərqli ictimai mühit ya­ratması, kiçik ictimai sis­tem­lə­­rin əvvəlcə dövlətlər miqyasında, son­ra isə daha böyük miqyasda bir­lə­şərək bütöv cəmiyyət, bütöv bə­şə­riy­yət yaratmaq cəhdləri – bütün bun­­lar dünyanı sanki iki yerə böldü: şərti olaraq Şərq və Qərb sivi­li­za­si­yaları adlanan iki dünya.

Dünya bu gün bir sıra qlobal problemlərlə üzləşmişdir. Qərb bu problemləri təkbaşına həll etmək iqtidarında deyil. Onun Şərq ruhuna eh­tiyacı vardır. Lakin bu ruh çağdaş Şərqin görünən qat­larında görün­məz olmuşdur. Bu gün özünün dərin genetik qatlarında uyuyan böyük ruhani gü­cün qa­yı­dı­şı­na nail olmaq çağdaş Şərqin imkanı xaricindədir. Bunun üçün o, Qərbin köməkliyinə ehtiyac hiss edir. Qərb özünün gə­lə­cəyi naminə, bütün bəşəriyyətin gələ­cə­yi na­minə səylərini onsuz da cır­­laş­mış çağ­daş Şərqi daha da sıxış­dır­ma­ğa yox, onun özünə, öz ru­hani baş­­lan­ğı­cına qa­yıt­masına yö­nəlt­mə­li­dir. Ai­­da xanım haq­lı olaraq ya­zır: «Şərq­­də hə­yatın tək­mi­l­ləşməsi üçün yal­nız his­si aləm və fəl­səfi id­ra­kın də­rin­liyi bəs olmadığı kimi, hələ mə­dəni nai­­liy­yət­lər və texniki tə­rəq­qi də in­sa­nın mə­­nəvi və sosial dir­çə­li­şi üçün ki­fa­yət deyil».1

Müasir Qərb sivilizasiyası nəyə na­­il olmuşdursa, hamısına ilk növ­bə­­də el­min tətbiqi, yeni texnikaya və tex­­no­­lo­­giyalara əsaslanan iq­ti­sadi sis­tem sa­­yəsində nail olmuşdur. Da­ha doğ­ru­su, bu Qərb si­vi­li­za­siya­sı­nın tə­məli­dir. Bu baxımdan, Qər­bin tex­nolo­gi­ya­ya, el­mə, hətta bütöv­lük­də ra­­sio­nal­lığa yiyə dur­maq tə­şəb­­büsü an­­la­şı­­lan­dır. Rasio­na­liz­min R.De­kart­­dan başlaması haq­qın­da id­di­alar da buradan irəli gəlir.

Bəs əslində necədir?

Rasionallıq həm Qərbin, həm də Şərqin birgə sərvətidir. Əs­lin­də, məhz rasionallıq prinsipini, məhz xalis zəka anlayışını Qərb Şərq­dən götürmüşdür. Bu başqa məsələ ki, Şərqdə həqiqətin ye­ga­nə vasitəsi ki­mi qəbul edilən əql (zəka) təcrübə ilə, maddi pro­ses­lər­lə deyil, ilahi baş­­lanğıcla əlaqələndirilmişdir. Alla­hın insan­la­ra bəxş etdiyi bu ən bö­yük nemət, təbiəti öyrənməkdən daha çox, ila­hi varlığın özünü dərk et­mə­yə yönəldilmişdir. Belə bir məqsədə ki, bu yolda əql özü də aciz­dir. (Əs­lində, bu yol qadağan olunmuş yol­dur. Çünki Allah insana ruh­la bağlı çox az bilgi vermişdir. İslam dini həm də insana gücü çat­ma­yan işlə məşğul olmağı tövsiyə etmir.)

Qərbdə isə rasionalizmin daha praktik bir tətbiqi ön plana keç­miş, əql təcrübə ilə birləşmişdir. İnsan transendent dünyanın dər­kinə uyaraq qalmamış, nəzərlər həm də cismani dünyaya yö­nəl­dil­mişdir.

Bunun üçün ilk növbədə dindən (xristianlıqdan) imtina etmək lazım idi!



Qərb sivilizasiyasının təmə­lin­də elmin dindən ayrılması, ra­sio­na­­liz­min ilahiyyat ilə deyil, em­pi­rizm­lə birləşməsi dayanır. Bu ba­­xım­dan, or­ta əsr xristian sxolastikası da Qərb yox, Şərq hadisəsi idi. Di­ni fərq­­­­lə­ri­nə baxmayaraq, Foma Ak­vin­­s­ki ilə İbn Rüşdün bu qədər ya­xın­­lı­ğı bir da­ha onların hər ikisinin ey­ni si­vi­lizasiyaya məx­sus olmasına də­lalət edir.

Avropalılar coğrafi baxımdan Qərb fenomeninə yiyə durduq­la­rı və onu qeyd-şərtsiz özününkü saydıqları üçün, onu əsasən çəh­ra­yı rəng­­də təsvir edir, daha çox dərəcədə elmlə, ümumbəşəri tə­rəq­qi ilə, uni­versal sivilizasiya ilə bağlamağa ça­lışır və onun özü­nə­məxsus, spe­si­­fik cəhətlərini ayırd etməyə ça­lış­mır­lar. Qərblilərin nə­zə­rindəki Qərb fe­­nomeni iki qüsurlu tezis üzərində for­ma­laş­mışdır:




Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin