Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə8/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   4   5   6   7   8   9   10   11   ...   101
­

Mən dağlara qalxdım, dağda yaşadım.

Mənim üçün həyat yalnız ordadır...2
Bəli, Bayronun romantizm yolu cismani dünyanın real­lıq­la­rın­dan, təbiətin öz gözəlliklərindən bəhrələnir, yüksəklik təsəvvürü – dağ­la­rın zirvəsindən keçir. Lakin şair təxəyyülü burada da qərar tuta bil­mir.
Məgər dağlar, dalğalar, səmalar

Könlümün bir parçası deyilmi?3
Belə düşünmək olardı ki, şair Şərq üslubunda təbiətdən daha yük­sək könül dünyasına, oradan da Allah ideyasına gedib çatacaqdır. La­kin Qərb şairinin buna nəfəsi çatmır və o, könülü kainatın bir hissəsi kimi görür.1

Növbəti şeirlərindən birində Bayron yenə də tarixi səhnələrin təs­virindən, cismani dünyanın nasiranəliyindən ayrılaraq poetik ilha­mın qanadlarında Şərq idealını fəth edir, – kimi görünür.


Gözəlliyin bütün idealı qarşımızdadır,

...

Biz Tanrını görürük, səsini eşidirik. 2

­

Bəli, nəhayət, şair Tanrı idealına yaxınlaşır. Və burada təsəvvüf poe­zi­yası ilə bir uyğunluq görünür. Lakin elə sonrakı bənddə aydın olur ki, Bayron qədim yunanların mərmərdən düzəltdiyi Tanrı heykəlinin gö­zəlliyindən bəhs edirmiş.


Bu mərmər adi insan əlində dirilmişdir.

Olimpdən poeziya ilə endirilmişdir.3
Bayron “Ənəl-Həqq” deməsə də, insanın yaradıcı qüdrətini, onun qurduqlarının gözəlliyini tə­rən­nüm edir və Tanrını da bu yara­dı­cı­­­lıq­da görür. Bu cür yanaşma Qər­­bin təkcə poeziyasında yox, es­tetik fik­rin­də də öz əksini tapmış­dır. Məsələn, Qərb fəlsəfəsinin zirvə­sin­də du­­ran He­gel özünün «Estetikaya dair mühazirələr» kitabında es­te­­ti­ka­nın predmeti kimi təbiətdəki gö­zəlliyi deyil, «incəsənət sahəsini, ya­­xud, da­ha dəqiq desək, bədii yara­dı­cı­lığı»4 götürür. Əlbəttə, es­te­ti­ka­nın hə­­lə bir müstəqil fənn kimi formalaş­ma­dığı dövrlərdə, onun pred­me­­ti­nin ne­­­­­cə seçilməsi mə­sələsi nisbi ola bi­­lər. Bunu be­lə başa düş­mək olar­­dı ki, təbiət gözəlliyi estetikanın yox, on­to­lo­gi­ya­nın pred­me­ti­nə aid edi­­lir. Za­tən, Gö­zəllik və Həqi­qə­tin eyniyyəti prinsipi də bunu tə­­ləb edir. La­kin təəccüblü olan Hege­lin ver­diyi iza­hat­dır. O, tə­bi­ət­dəki gö­­zəl­­li­yi öz tədqiqat pred­me­tindən ona gö­rə çıxarır ki, sən demə, in­cə­sə­nət­­də­ki gö­zəl­lik təbiət gö­zəlliyindən daha yüksək imiş.1 Bax, bu­nun­la ra­­zılaşmaq heç cür müm­kün deyil. Üstəlik He­gelin arqumenti, yəni sə­nət­dəki gö­zəl­liyin yük­­səkliyini insan yaradıcılığı və deməli ruhla əla­qə­liliyi ilə izah et­mə­si yolverilməz­dir. Bəli, burada söhbət fərdi ru­hun yük­­sə­li­şin­dən, can­lanmasından ge­dir. Və He­gel də bir idealist kimi ru­­hun təbiətə nis­­bə­tən üstünlüyünü vur­ğu­la­mağa çalışır. Lakin təəssüf ki, bu mə­qamda təbiətdəki gözəlliyin daha yüksək bir ruh hadisəsi ilə əla­­qə­sini, müt­ləq ruhun təzahürü ol­masını nəzərdən qaçırır. Bəli, həmin o mütləq ruh tərənnümçüsü Hegel bir qərbli ol­du­ğunu bu məqamda büruzə verir. “Əslində olan, dırnağında bildirər”.

Fərq göz qabağındadır. İstər Hegel, istərsə də Bayron və Uitmen kö­­çüb göylər səltənətində əyləş­mə­­­yə deyil, əl-ələ verib yerləri göy­­lərə qal­­dırmağa çalışırlar. Cübran Xə­­lil Cüb­ran isə bu poeziyanı doğma qə­­­bul et­sə də, onu yenə də Şərq sim­volikası priz­masından keçirir. Arzu və ideallarda yaxınlıq olsa da, ifa­də üsul­­la­rın­da müxtəliflik vardır. İn­sa­­nın yük­səlişi təbiətin, kainatın, dün­­ya­nın də­­­yərsizləşdirilməsi he­sa­bı­­na həyata ke­çirilməməlidir. Şərq (is­­lam) po­ezi­ya­sın­da insan göylərə qal­­­­dırılarkən, islamın mühüm ide­ya­la­rın­dan biri çox vaxt unu­dul­muş olur: “Göylərlə yerin yara­dıl­ma­sı in­san­­la­rın yaradılmasından da­ha bö­­­yük bir şeydir” (Qurani Kərim 40/57). İn­san oğlunun göylərə qal­dı­rıl­ması ondakı ilahi nəfəsin müt­ləq­­ləş­­di­ril­mə­­si müsəlman düşüncəsin­dən da­ha çox xristian təfəkkürünə (İsa­nın tan­­rılaşdırılması) uyğundur. Çağ­­daş Qərbin təsəvvüfə böyük m­a­­­rağı da, görünür, ən çox bununla bağ­­lı­dır. Ərəb romantikləri zatən xris­­­tian idi­­lər. Lakin buna baxma­ya­raq, ərəb milli mədəniyyətinin, Şərq də­yər­­­lə­­ri­nin daşıyıcısı olması on­la­rın dün­­ya­gö­rüşünü daha da zən­ginləş­di­rirdi.

Aida İmanquliyeva göstərir ki, Cübran və Reyhani müəyyən mə­qam­larda öz realist baxışları ilə Qərb ro­mantiklərindən bir addım irəli ge­­dir­lər. onların yaradıcılığında “ro­man­tik löv­hələr çox vaxt rea­list mən­­zərələrlə ya­naşı təsvir edilir”. Ər-Rey­hani də “Uit­­men kimi keç­­­miş­də harmonik, azad şəxsiyyəti, onun ro­mantik pa­fo­sunu axtarır­dı, müs­­təqillik və maarifçilik kultu uğrunda mübarizə ide­yalarını milli ənə­­­nələrlə uzlaşdırırdı”.1



Cübranın sivilizasiya və in­san­lardan təbiətin qoynuna qaçan azad­­­­­­­fikirli romantik qəhrəmanı ...öz da­xili aləminə qapanan xəyal­pər­vər bir şəxsdir, o özünü böyük işə həsr edən mübariz deyildir. Onun fər­­diy­yət­çiliyi qiyamçılıq formasını almır, o, gerçəkliyə məğrur tənha­lı­ğı ilə qarşı durur. Təbiətin qoynunda o, hər şeydən əvvəl, “ruh və ürə­­­­yin, fikir və bədənin həyatı”nı tapır, için­­də özünüdərkə doğru bir oya­­­nış və meyl hiss edir”. 2 Lakin “Tufanlar” he­ka­­yəsinin qəhrəmanı heç də müəllif simasını təmsil etmir. Çün­ki Cüb­ran özü başqa əsər­lə­rində belə passiv möv­qeyə qarşı çıxır. Xü­su­sən xris­tian kilsəsinə, möv­hu­mata mü­na­­si­bət­də tutduğu mövqe kifayət qə­dər kəskindir. Yeri gəl­mişkən, Cüb­ran yara­dıcı­lığın­da­kı bu mövqe Azər­baycan ədəbiyyatında öz geniş ək­sini tapmış olan mövhumata qar­şı mübarizə mo­tiv­ləri ilə səsləşir. La­kin belə paralellərin konkret tədqiqata ehtiyacı vardır.

Azərbaycan ədəbiyyatşünaslığında komparativistika bir qayda ola­­­raq “ədəbi əlaqələr! çər­çi­və­sində inkişaf etmiş və bu zaman alt qat­da­­kı əlaqələrə, ideya-bədii vəhdət mə­qamlarına çox nadir hallarda mü­ra­­ciət edilmişdir. Belə ki, bu və ya digər xa­rici ölkə yazıçısının bü­töv­lük­də Azər­bay­canla və Azərbaycan ədə­biy­­yatı ilə ilk baxışda nəzərə çar­­­pan zahiri əlaqələr tədqiqata cəlb edilmişdir. Bu cür tədqiqat­la­rın adı da çox vaxt “filankəs və Azə­r­bay­can” tipində olmuşdur ki, bu da hə­­­­min yazıçının nə vaxtsa Azər­bay­can­da olub-olmaması, ölkəmiz haq­­qın­­da nə isə ya­zıb-yazmaması, bi­z­im ayrı-ayrı yazıçılarla şəxsi mü­na­si­­­bəti və ən çox onun əsərlərinin di­li­mi­zə müxtəlif tərcümələri və bu tər­cü­mələrin, ne­cə deyərlər, sonrakı həyatı, milli ədəbiyyata təsiri və s. bu kimi möv­zu­ları əhatə edir. Lakin ədəbiyyatçılar öz predmetlərinə sa­­diq qalaraq, ide­ya paralellərinə çox nadir hallarda müraciət edirlər. Yə­ni ədə­biy­yat­lar arasında zahiri planda heç əlaqə yoxmuş kimi görü­nən hallarda, ide­ya yaxınlığı və onun kök­lərinin axtarılması bizim üçün bir növ yeni hadisədir.



Əlbəttə, Aida xanımın əsas təd­qi­qat predmeti olan ərəb mühacir ədə­biy­ya­tının görkəmli nümayəndələri Qərb dün­yası ilə hadisə qatında da əla­qə­li i­di­lər. Yəni kimsə müəyyən bir müd­dətdə Amerikada, Av­ro­pa­da, yaxud Rusiyada yaşayır, on­la­rın hə­yat tərzinə bələd olur və ey­ni za­manda yerli ədəbiyyatı da mə­nim­sə­yir və hətta ondan təsirlənirdi də. Və bu hallar şübhəsiz ki, Aida İma­n­qu­li­yevanın tədqiqatında da öz ək­si­ni tapmışdır. Lakin əlamətdar olan cə­hət budur ki, o, əlaqələri ayrı-ay­rı yazıçıların şəxsiyyəti və yara­dı­cı­lığı çər­çivəsində deyil, bu yazı­çı­­la­rın mənsub olduğu dəyərlər siste­mi, mə­də­niyyətlər və sivili­za­siyalar ara­sında müqayisəli təhlil konteks­tin­də aparır. Bu isə ar­tıq nəzə­riy­yə­dir və həm də böyük fəlsəfi tutumu olan bir nəzə­riy­yə­dir. Bax, bu mə­qam­da Aida xanım ədəbiy­yat­şü­nas­lıq­la fəlsəfə ara­sın­da ortaq sahəyə qədəm qoyur və burada da dayan­ma­yaraq, Şərq-Qərb kom­parativistikasının fəlsəfi səviyyəsinə keçir.

Aida xanımın əsərlərində izahını tapan bir çox nəzəri məsələlərlə ya­naşı, ədəbi-bədii komparativisti­ka təcrübəsi də milli ədəbiyyat­şü­nas­­lı­ğımız üçün böyük əhəmiyyətə malikdir. Şərq və Qərb düşüncə tərz­lə­­ri­nin xüsusiyyətlərini nəzərə al­maq­la aparılan müqayisələr Azərbaycan ədə­­biy­ya­tı­nın da dünya ədə­biy­yatı kontekstində nəzərdən keçirilməsi və Qərb romantik poeziyası ilə para­lel­lər ya­radılması üçün geniş im­kan­­lar açır. Bəs nəyə görə Aida İman­qu­li­yeva öz yaratdığı meto­do­lo­ji ba­­­­za­dan istifadə edərək Azər­bay­can ədə­biyyatı ilə paralellər aparmır? Bu­­nun ancaq bir cavabı vardır. Sovet döv­ründə ideologiyanın təsirinə mə­ruz qalmış ədəbiy­yat­şü­naslıq ədə­bi-bədii metod və cərəyanların da ob­­yektiv elmi təs­ni­fa­tı­na və ya­zı­çı­la­rın yara­dı­cı mövqeyinin düzgün də­­yərləndirilməsinə im­kan ver­mir­di. Be­lə ki, romantizm az qala bir ça­tış­­mazlıq, hətta mürtəce me­tod kimi də­­yərlən­dirilir, realizm isə bir mə­ziy­­yət hesab olunurdu. Ona görə də, tən­qid­çilər bir çox sənətkarları­mı­zı san­ki qınaqdan, “qara si­ya­hı­dan” xi­las etmək, habelə onların bədii ya­ra­dı­cı­lığının daha yük­sək meto­do­lo­ji sə­viy­yəsində olduq­la­rı­nı gös­tər­mək üçün imkan daxi­lin­də realist ün­sür­lə­rini önə çəkirdilər. Gö­rü­nür, məhz buna görədir ki, XX əsrin əv­­vəl­lə­rin­də yazıb-yaradan M.Ə. Sa­bir, Mirzə Cəlil kimi sə­nət­karlar an­caq əsərlərindəki re­a­lizm mə­qam­la­rı­na gö­rə qiy­mət­lən­di­ri­lir, ro­man­­­tizm si­­ya­hı­sından çıxarılırdılar. Hal­­buki, on­­lar və həmin döv­rün bu qə­­bil­dən olan yazıçıları da sadəcə tən­qi­di re­a­lizm möv­qe­yin­dən yazıb-ya­rat­mır­dı­lar. Burada romantizmin açıq-aş­kar izlərini gör­mək müm­kün­­dür. Tə­sa­düfi deyildir ki, dünyada məhz ro­­­mantik şairlər kimi tanı­nan, Ai­da xa­nımın da məhz bu möv­qe­dən təq­­­dim etdiyi Cübran, Rey­ha­ni, Nü­aymənin əsərləri təkcə Cavidlə yox, həm də Sabir və Mirzə Cə­lillə səs­lə­şirdi. A.İmanquli­ye­va­nın da məq­səd­­­yön­lü müqayisələr apar­masa da, yerinə düşəndə məhz S­a­birin adını çək­məsi heç də tə­sa­dü­fi deyil. Ümu­­­miy­yətlə, o dövrdə ro­mantizmlə tən­­qidi realizm ara­sın­da dinamik qarşılıqlı keçidlər, bir növ ortaq ya­­ra­dı­­cılıq zo­lağı var idi ki, onun ay­rı­ca elmi-nəzəri tədqiqinə böyük ehti­yac vardır.

Belə hesab olunur ki, Cabbarlı­nın ancaq inqilabaqədərki yara­dı­cı­­­lığında romantizm var imiş və yet­kin Cabbarlı artıq tənqidi rea­lizm və ya hətta sosializm realizmi möv­­qe­yin­dən yazırmış. Lakin bö­yük dra­­­­ma­tur­qa təbiətən xas olan bir ro­man­tik ruh birdən-birə necə itib ge­də bi­lərdi? Mə­gər “Almaz” sa­dəcə realist bir əsər­­dirmi? Əksinə, bu­ra­da ya­zıçı za­­manı qabaqlamırmı və qurulmaqda olan yeni hə­ya­tı və onun sim­vo­li­kalarını bəlkə də bilərəkdən ifrata vardırmaqla onun ab­surd mə­qam­la­rını ortaya qoy­murdumu? Təsadüfi deyildir ki, bu sə­tir­lə­­rin mü­əllifi Ca­vid və Cabbarlı yaradıcılığının müqayisəli təhlilini apa­­rar­kən yazır: “Ke­çən əsrin əvvəlində dün­yanı, həyatı planetlər miq­yas­lı, qlo­bal bir pro­ses kimi gö­türən Cavid nə qədər mücərrəd və «sə­ma­vi» görü­nür­dü­sə, yeni əsrin əvvəlində, qloballaşma artıq həyatın bü­tün sa­hələrinə nü­fuz etdiyi bir vaxtda, bir o qədər realist görünür... Bir əsər­dən son­ra ki­min daha çox realist, kimin daha çox romantik ol­du­­ğu­nu fərq­lən­dir­mək çətinləşmişdir.1

Aida İmanquliyeva bu kontekstdə Azərbaycan ədəbiyyatını təhlil etməsə də, onun romantizmlə bağ­lı irəli sürdüyü ümumi müddəalar, ori­jinal mülahizələr və fəlsəfi səpkili ricətlər, çıxış etdiyi prin­sip­lər və qiy­mətləndirmə meyarları milli ədəbi prosesin də bu elmi-nəzəri və me­­todoloji zəmində araş­dı­rıl­ması üçün böyük imkanlar açır. Digər tə­rə­dən, belə müqayisəli təhlillər və onların elmi-fəlsəfi də­yər­lən­diril­mə­si Azərbaycan romantik ədəbiyyatının dünya ədəbiyyatı kontekstində nə­zərdən keçirilməsi üçün də baza yaradır.




Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin