Şərq ruhunun Qərb həyatı



Yüklə 5,09 Mb.
səhifə11/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   7   8   9   10   11   12   13   14   ...   101
Güclü haqlıdır hep bu dünyada

Ruh güclüyse yönetir, zayıfsa yönetilir.2
Bizi narahat edən məhz ilk misranın “Güclü haqlıdır hep bu dün­ya­da” kimi tərcümə olunmasıdır. Belə ki, bütün mübahisə məhz bu fik­rin üzərində gedir. Cübran belə deyə bilməzdi. Ruscasında isə bu mis­ralar belə tərcümə olunmuşdur:
Кто крепок духом – правит, Слабодушные

превратностям судьбины подвергаются.1
Deməli, diqqət ümumiyyətlə gücə deyil, ruhun gücünə yö­nəl­di­lir. Bu, məqbul görünə bilərdi, lakin ikinci misranı da nəzərə aldıqda, be­lə çıxır ki, söhbət taleyi idarə etməkdən gedir, zəif ruhlular isə ta­leyin haqsızlığına məruz qalırlar.

Amma hərfi tərcümə belədir:


Haqq əzmindir, ruhlar güclü olanda idarə edir,

Zəif olanda isə onları başqaları yönəldir.
Türkcəyə tərcümədə bizi qane etməyən ancaq birinci kəlmədir: “Güc­lü haqlı” ola bilməz, söhbət əslində əzmin haqq sahibi ol­ma­sın­dan gedir. “Əzm” isə məhz iradə, ruhun gücü mənasında başa dü­şül­mə­­lidir. Bu mənada şərh edildikdə Cübranın mövqeyi də Cavidin möv­qeyi ilə üst-üstə düşür.

Biz bu bir beytin tərcüməsi üzərində xüsusi dayanmaqla və ori­ji­nal­dakı hər bir incə mənanı olduğu kimi çatdırmağın necə çətin oldu­ğu­nu göstərməklə bərabər, Aida xanımın gördüyü işin əhəmiyyəti ilə yanaşı, məsuliyyət yükünü də nəzərə çarpdırmış olduq.

Sivilizasiyaların qarşıdurmasından tolerantlığa, bir-birinə dö­züm­lü münasibətə, tolerantlıqdan dialoqa və dialoqdan əməkdaşlığa və qarşılıqlı tamamlanmaya keçid üçün mühüm amillərdən biri də ade­kvat ədəbi-bədii tərcümə sayəsində qarşı tərəfin bədii təxəyyülü və po­e­tik düşüncəsi ilə tanışlıqdır. Tərəf-müqabilin ruhunu və hissiyyatını duy­­maq üçün ədəbiyyat ən vacib körpüdür.


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin