Şərq ruhunun Qərb həyatı


Romantik poeziyanın fəlsəfə qatı



Yüklə 5,09 Mb.
səhifə12/101
tarix31.12.2021
ölçüsü5,09 Mb.
#29047
1   ...   8   9   10   11   12   13   14   15   ...   101
Romantik poeziyanın fəlsəfə qatı

və ya fikrin gözəllik məqamı

Həyat onun ürəyini oxuyan müğənni tapa bilməyəndə,

onun ağlı ilə danışan filosof yaradır.

C.X.Cübran
Romantik poeziya özlüyündə bir ədəbiyyat hadisəsi olmaqla ya­na­­şı, həm də fəlsəfi fikrin mühüm qaynaqlarından biridir. Düzdür, ro­ma­ntizmin ən görkəmli nümayəndələrindən biri, yeni ərəb ədəbiyyatı ko­rifeyi Cübran Xəlil Cübran fəlsəfənin payına ən çox düşüncəni aid edir, hiss dünyasını isə şairlər üçün saxlayır: “Filosofun ruhu onun dü­şün­cələrindədir, şairin ruhu – ürəyində!” Gözəl deyilmişdir! Amma tək dü­şüncədən fəlsəfə hasil olmaz. Düşüncədən hasil olan elmdir. Fəlsəfə isə ürəklə başın ittifaqını tələb edir. Necə ki, romantik poeziya məhz ona görə romantikdir ki, burada fikir ürək çırpıntıları ilə ritmlərin və his­siyyatın qanadlarında adi şüur üçün əlçatmaz bir mərtəbəyə yük­səlir.

Romantik poeziyada Haqq, Həqiqət, Gözəllik və Xeyrin eyniy­yət məqamı tərənnüm olunur. Romantik ədəbiyyat maddiyyatı, var-döv­­­ləti, pulu, rəyasəti, gücü, şöhrəti həyatının mənası hesab edən­lər­dən fərqli olaraq, fani dünyanın aldadıcı cazibəsindən uzaq duran, bu dün­­yaya daha ali məqsədlər prizmasından baxan insanlar tərəfindən ya­­radılmışdır. Şərq və Qərbin idealları da bu yüksəklikdə – zirvədə birləşir.

Professor Aida İmanquliyeva bütün yaradıcı ömrünü məhz bu yüksəlişin fəthinə həsr etmişdir. O, öz əsərlərində “bütün varlıqların dön­mədən irəliyə – həqiqətə və gözəlliyə doğru hərəkət etməsinə olan ro­mantik inamı”1 tərənnüm edir. Aida xanim romantik poeziyanı onun Qərbdə C.Q.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen kimi və Şərq­də C.Cübran, Ə.Reyhani, M.Nüaymə kimi ən böyük nümayən­də­lə­rinin timsalında araşdırmış və bir tərəfdən hiss və əqlin, digər tərəf­dən Şərq ilə Qərb düşüncə tərzlərinin, vəhdət məqamlarını üzə çı­xa­ra­raq, bə­şə­riy­yətin məhz bu vəhdətə doğru inkişaf etmək əzmini təsbit et­mişdir.

Öz tədqiqatlarında da poetik ruhla fəl­sə­fi düşüncənin, ro­man­tizm­lə re­a­liz­min vəhdətindən çıxış edən Ai­da xa­nım Azərbaycan ədə­bi və fəl­sə­fi fik­rin­də ilk dəfə olaraq Şərq və Qərb ro­man­tiklərinin geniş mü­­qa­yi­sə­li təhlil­i­ni vermişdir. Onun ya­ra­dı­cı­lı­ğında Qərb ədə­biy­ya­tı­nın özü­nə də di­­fe­­ren­si­al mü­na­si­bət bəs­lə­nir və ye­ni ərəb ədə­biy­ya­tının gör­kəm­li nü­ma­yən­­­­də­lə­rinə tə­­sir baxı­mın­dan Amerika tran­ssen­den­talizmi və Av­ro­pa ro­man­tiz­mi ay­rılıqda nə­zər­dən keçirilir. «Tran­ssendentalistlərin fik­rincə, in­­tu­i­siya və tə­xəy­yül həqiqətin dərk olunmasında mücərrəd mən­­tiqə, ya­xud elmi metoda nis­bətən daha düzgün vasitədir. Dün­yanın əzəli, hə­qi­qi sə­bə­bi­ni açıb gös­tər­mək iqtidarında olan şair ro­lu­nun özünə­məx­­sus anlamı da bu­ra­dan gə­lir. Şair yük­sək mənəvi də­yər­lə­rin da­şıyıcısı olur ki, bu da onu Al­laha ya­xınlaş­dı­rır. O, həqiqəti in­san­lara açan söz us­­tasıdır, ka­­hin­dir».2

Aida xanım kon­kret olaraq Cüb­ran və ər-Rey­ha­ni­dən bəhs edə­­rək yazır ki, «əgər onlar transsen­den­ta­list­lər kimi, təbiətdə yara­dı­lı­şın – in­san da bu ya­ra­dı­lışın ayrılmaz bir his­səsi hesab olu­nurdu – ən də­rin mə­nasını dərk edir­dilərsə, Avropa ro­mantiklərinin ar­dınca onlar tə­biətdə azad­lıq, har­mo­niya, gözəllik və tə­biilik gö­rür­dü­lər».1 Ərəb ro­mantiklərinin po­eziyasında bu ideallar tək­cə təbiətin yox, insan ru­hunun da əsas atributları kimi tərənnüm olu­nurdu.



Gözəllik idealının ən yaxşı tərənnümçülərindən biri Cübran Xəlil Cüb­­ran idi. Aida İmanquliyeva da onu məhz bu mövqedən təqdim edir: “Cüb­ran ingilis romantikləri kimi, gö­zəlliyi ümu­mi və ideal bir şey olaraq mü­­əy­yən­ləşdirir, təbiət kimi in­san da gö­­zəl­liklə dolub daşır. Gö­zəl­lik adlı-san­lı və zən­gin in­san­ların im­ti­ya­­zı de­yil, o, «bü­­tün in­­san­lı­ğın mü­qəd­­­dəs mül­­kiy­yə­ti­dir»”.2 “Cüb­ran üçün gö­zəl­lik hə­ya­tın özəyidir”.3

Ruhani dünyanın öz “gözəl­lik”, öz “həqiqət” anlamı olduğu ki­mi, mad­­­di dünyanın da öz “gö­zəl­lik” və öz «hə­qiqət» anlamı var. Öz xey­ri, öz haq­­­qı, öz əda­ləti var. Me­­yarlar hə­min dün­yanın hüdudu da­xi­lin­də se­çil­di­yinə görə, burada hər şey nisbidir. Bir gözəllik ancaq baş­qa­sı ilə nis­bət­də gözəldir. Bir hal­­da ədalətli sa­yı­lan, başqa halda əda­lət­siz ola bilər. Yə­ni hər şey nisbi imiş…

Fani, keçici dünyanın nisbi həqiqətləri və nisbi idealları…

Lakin harada isə mütləq meyarlar varsa, mütləq Ədalət, mütləq Hə­qiqət, mütləq Gözəllik və nəhayət, mütləq Xeyir varsa, onlara ancaq bu nisbiliklərin fövqünə qalxmaqla çatmaq olar.

Romantizm bu mütləq dünyaya necə yüksəlməyin yollarını araş­dır­­mır, o, sadəcə bu yolu poetik vüsətin iri addımlarla, bəzən də qa­nad­la­rı üzərində qət edir. Bu mütləq dünyada bərqərar olan ide­allar içə­ri­sin­də hansının daha ilkin və daha universal olduğunu ay­dın­laşdırmaq da romantik poeziyanı deyil, tənqidin və fəlsəfənin işidir.

Qədim yunan fəlsəfəsində Sokrat və Platon bir ideal kimi, var­lı­ğın ali mər­təbəsi kimi Xeyiri önə çəkirdilər. Mütləq aləmdə, ruhun Haq­­­qa qovuş­maq məqamında ancaq Xeyir var, Şər yalnız naqis dünya­ya enən­də ortaya çıxır.

Bununla belə, bu “yoxluq”lar cismani həyatda “vətəndaşlıq hü­qu­qu” qazanaraq varlıqlara tərəf-müqabil olmuş və bizim dünyamız xa­lis şəkildə yox, əksliklərin vəhdəti şəklində mövcud olmuşdur.

Dünyanı ancaq əksliklərin vəhdəti kimi: işıq və qaranlığın, ağ və qa­ranın, xeyir və şərin, ide­ya və ma­teriyanın, harmoniya və xaosun, hə­­­rəkət və sükunətin, iradə və süst­­­­lü­­yün mübarizəsi qar­şı­lıq­­­­lı ke­çidi ki­mi təqdim etmək tə­şəb­­büsləri az olmayıb.

Lakin ikinci tərəflərin yox­lu­­ğun­dan çıxış edən və dünyanı an­caq birincilərin qradasiyası kimi izah edən təlimlər də mövcuddur.

Ancaq İşıq var. Qaranlıq işı­ğın yoxluğudur.

Ancaq Xeyir var. Şər xeyirin yox­luğudur.

Ancaq Harmoniya var. Xaos harmoniyanın yoxluğudur.

Ancaq Həqiqət var. Yalan həqiqətin yoxluğudur.

Ancaq Gözəllik var. Eybəcərlik gözəlliyin yoxluğudur.

Ancaq İradə var. Süstlük iradənin yoxluğudur.

Dünya ancaq İradə kimi, ancaq Harmo­ni­ya, ancaq Həqiqət, an­caq Əql, ancaq İşıq, ancaq Xeyir kimi!

Lakin dünya ya qütbləşmiş halda, ya da birqütblü dünya kimi tə­səv­vür olunarkən bu­nun ancaq idealizasiya olduğu nəzərə alınmalıdır. Yə­ni, bütün dünyanı bir qütbdə əritmək bir növ onun rəngarəngliyini, müx­təlifliyini nəzərdən qaçırmaqdır.

Bəli, həqiqi böyük varlıq saf halda, təmiz halda hər cür mad­diy­yat­dan ucada durur. Heç­li­yi özündə saxlamır. Qaranlığı, na­dan­lığı, süst­lüyü özündə saxlamır. Lakin bu, ideal haldır, yeganə hə­­qiqi varlıq olan mütləq ideyaya – Allaha xas olan key­fiy­yət­lər­dir. Lakin bizim mən­­sub olduğumuz, yaşadığımız dün­ya ona görə fani və naqisdir ki, bu­rada işıq qaranlıqla, əql na­dan­lıqla, xeyir şərlə, ideya maddiyyatla qatışıq haldadır.

Və bu fani dünyanın əzəli və əbədi yolçusudur insan… Qa­ran­lıq­dan işığa, nadanlıqdan əq­­lə, xaosdan harmoniyaya gedən yol! Həmişə yol gedən və heç vaxt son mənzilə çatmayan insan! Reyhani gözəl demişdir: “Həyat iki əbədiyyət ara­sında yarğan, iki qara bulud arasında çaxan şimşəkdir”.1

Şərq dünyası əsrlər boyu fərdi «mən»in kamilləşməsi yolla­rını ax­tarmış, dünyanı naqis­lik­dən xilas etmək və mütləq varlığa ya­xın­laş­ma­­ğın yollarını, vasitələrini axtarmışdır. Şərq ide­a­lı­nın əsa­­sı­nı ideyaya qo­­vuşmaq (Allaha qovuşmaq, maddi başlan­ğıc­dan xi­­las olmaq) təşkil edir. Aida İmanquliyevanın dediyi kimi, “azad olmaq üçün hey­vani tə­lə­batlardan qur­tul­maq gərəkdir.”2.

Ümumiyyətlə, nəfsin “heyvani nəfs” və “insani nəfs” deyə iki ye­­­­­rə bölünməsi və nəfsə qarşı mübarizə ideyası Şərqi səciyyələndirən mü­­hüm cəhətlərdən biridir.

Neçə minilliklər ərzində dün­­ya­da yalnız Şərq ruhu, Şərq idea­lı ha­kim ol­muşdur.

Renessansdan sonrakı dövrdə – Yeni dövrdə, dünya iki ye­rə par­ça­lan­mış, səhnəyə Qərb ru­hu da­xil ol­muş­dur. Ənə­­­nəvi yolu tu­­tan­lar öz şərq­­liliyində qal­mış, lakin on­­lara al­ternativ olaraq kamillik zir­və­sinə ye­ni yolla ge­dənlərin düşüncə tər­zi, fəaliyyət metodologiyası ta­ri­xə Qərb sivilizasiyası adı ilə da­xil olm­uşdur.

Şərq ruhu və Qərb sivilizasiyası!

Ruh və sivilizasiya!

Hər bir şəxsin ruhani həyat axtarışı, nəfs üzərində qələbə ça­la­raq mənəvi kamillik zirvə­si­nə qalxması. Maddi dünyaya eti­na­sız­lıq. Cə­miy­yətə etinasızlıq. Fərdi-mənəvi səadət.

Yeni dövr, yeni düşüncə, kamilliyin Qərb yolu. Maddi həya­tın ka­­­milləşməsi. İctimai mü­na­­sibətlərin təkmilləşməsi. Fərdi «mən» yox, ic­­­timai «mən». Fərdi ruh yox, milli ruh. Qüv­və­lə­rin top­­lan­ması. Mə­nə­vi enerjilərin toplanması. Tək fərdlərin yox, bü­tövlükdə xalqın, cə­miy­­yə­­­tin gücü. Düşünən, fəaliyyət gös­tərən, ka­mil­ləşən cəmiyyət! Mad­diy­ya­ta yox, əqlə, intellektə tapınan cəmiyyət!

Bir tərəfdə maddiyyatdan imtina edən və mütləq ideyaya bi­la­va­sitə qovuşmağa çalışan – fərd, digər tərəfdə cismani həyatı qə­bul edən bir fərd kimi yox, toplum halında cəmiyyət ola­raq da­ha mü­kəm­məl ideyaya tapınan və səadəti cəmiyyətin bir üzvü ola­raq axtaran insan!

Əslində islam dini yeganə din­dir ki, o, həm Şərq, həm də Qərb dü­­şüncəsini özündə saxlayır, Şərq düşüncəsi isə ən çox induizmdə, bud­­­dizm­də və xristianlıqda təbliğ olunur.

Sufilər əgər küfr edirdilərsə, ancaq iddialarının böyüklüyü mə­na­sın­da edirdilər. On­ların günahı Al­lahı həddindən çox sev­mə­lə­rində, öz vü­cudlarını və şəxsi iradələrini unut­­­malarında idi. Alla­hı sevmək, əl­­bət­tə, günah ola bilməz. Öz vücu­du­­­nu unut­maq gü­nah­dır. Allahın qur­­­­ba­na eh­ti­ya­cı yoxdur. Əsas mə­sə­­lə, əgər lazım gə­­lərsə, daha ülvi bir məq­­səd üçün, Allah yolunda özü­­­nü qurban ver­­mək əzminin ol­ma­­­sı­dır. Zə­rurət ol­madıqda bu ad­dımı at­maq if­rata varmaqdır.

Unutmaq olmaz ki, insan bir ruh olaraq yox, ruhani-cismani var­lıq ola­raq yaradılmışdır. Maddi, mə­nə­vi və sosial ünsürlərdən hər han­sı bi­rini tam inkar etmək ger­çək­li­yin təh­rif olun­masıdır.

Ruhun bədənə nisbətən ilkin­li­yi, hərəkətverici qüvvə olması heç də bədənin tamamən inkar olun­ma­sı­na əsas vermir.

Bəli, insan ruhdan pay al­mış­dır. Dünyanı idarə edən İdeya­ya ana­­­loji olaraq, insan da öz miq­ya­sın­da özünü və mühitini öz ide­ya­sı əsa­­sın­da idarə etmək şansı qa­zan­mış­dır. Lakin bütün mə­sələ bun­dadır ki, bu İdeya ilə o ideya eyni təbiətli olsa da, tam eyni de­yil­dir. İnsanın imkan­la­rı, təsir dairəsi, iradi gücü məh­dud­­dur. Bö­yük ideyaya qo­vuş­ma­ğın yolu isə şəxsi ideyanın müs­­­tə­qil­li­yi­nin iti­ril­məsi sayəsində müm­­kündür. Şəxsi ideya böyük ideyaya qo­vuş­­­maq üçün ona tabe olur. Şəx­si nəfs istisna olunur və ruhla əvəz­lə­nir. Şəxsi iradə istisna edilir və insan bütövlükdə ilahi iradə­yə tabe olur.



Lakin bu hal ancaq müəyyən şəraitdə əldə edilir. Belə bir mə­qa­ma yüksəlmiş insan bütün həyatı boyu bu məqamda qala bil­məz. Ruh yenidən bədənə dönmək, insan yenidən cəmiyyətə, icti­mai və təbii mü­hi­tə qayıtmaq məcburiyyətindədir. (Sufilər, görü­nür, bu qayıdışın zə­ru­rə­tini nəzərdən qaçırır və qayıdış məqa­mın­da fəaliyyət prinsipləri haq­qın­da heç düşünmək də istəmirdilər. Bu ifrat Şərq mövqeyi idi. Ma­hiy­yəti etibarı ilə islamdan daha çox xristianlığa yaxındır. Bu yol si­vi­li­za­si­ya yolundan fərqlidir.)

Bəli, İşıq­dan başlayan Zərdüşt və Sührəvərdi, İdeyadan başlayan Pla­­ton və Hegel, İradədən başla­yan Şo­­pen­hauer və Nitsşe, Xe­yir­dən baş­­la­yan Sokrat və Nizami, Hə­rə­­kət­dən baş­­­­­layan Heraklit və Molla Səd­ra ki­mi, Harmoniyadan başla­yan Cüb­ran və Reyhani də dünyanın ye­ni mo­de­lini ye­­­ni terminlər əsasında, ye­ni me­­ta­fo­rik zəmində qurmağa ça­lışırdılar.


Haqq ilə Həqiqət eyni tərtibli ide­yalardır. Birincisi – aksioloji ya­­naş­­ma­da, etik müstəvidə, ikincisi – on­toloji və evristik yanaşmada, el­­mi-metodoloji müstəvidə zirvə, eta­lon, mütləq məqamdır. Və mütləq varlıqdır.

Mütləq gözəllik həm də mütləq varlığın ifadəsidir. Nisbi gözəllik varlığın da nisbiliyinə dəlalət edir.

Hər hansı bir şeyin gözəlliyi onun öz ideyasına adekvatlıq dərə­cə­si ilə ölçülür. İdeyalar fərqli olduğu kimi, gözəlliklər də fərqlidir.

Bir var, hər hansı növ üçün gözəllik etalonu olsun; yəni alma­la­­rın ən gözəli, qızların ən gözəli və s. Bir də var, konkret olaraq hər bir şe­­yin da­şı­dığı gözəllik.

Gözəllik fərdi hadisədir. Yəni bir alma növünün digər alma nö­vü­­nə nə­zə­rən daha gözəl olması yox, həmin növ daxilində konkret gö­tü­­rülmüş bir al­ma­nın öz həmcinsləri arasında gözəllik baxımından se­çil­məsi onun öz ide­ya­sını, yəni öz növünü daha yüksək dərəcədə, daha ade­kvat şəkildə təmsil et­məsi deməkdir.

Yaradılmış hər bir şey müəyyən bir layihə, plan, proqram əsa­sın­da yaradılır. Əgər söh­bət insanın yaradıcılığından gedirsə, etalona uy­ğun­luq ikipilləli olur: birincisi, layihənin öz mükəmməllik dərəcəsi, ikin­cisi isə, düzəldilmiş predmetin layihəyə adekvatlıq dərəcəsi.



«Təbii» cisimlərin mükəmməlliyi və gözəlliyi də onların «layi­hə­yə» uy­ğun­luq dərəcəsi ilə müəyyənləşir. Lakin bu layihənin müəllifi ar­tıq insanlar deyil. O, ilahi başlanğıca malikdir. İla­hinin «layihəsi» isə ka­­mil olmaya bilməz. Deməli, burada söhbət ancaq «la­yihəyə» uy­ğun­luq mərhələsindən gedə bilər. Bəli, hər hansı alma növünün öz gö­zəl­li­yi var. Lakin burada söhbət konkret bir almanın rü­şeym­də nəzərdə tu­tul­muş inkişaf yolunu keçərkən uğradığı kənar tə­sir­lər­dən gedir. Mü­hi­tin na­qis­li­yi, qi­da çatışmazlığı, xəstəlik və s. – məh­sulun ilkin ide­ya­dan bir qədər uzaq­laşmasına, «çir­kin­­ləşməsinə» gə­­tirib çı­xa­rır. Mad­­di dün­­yada ilahi ruh olaraq üfü­rül­müş «layihə», – pro­qra­mın enerji tə­mi­­na­tı və maddi re­a­li­za­si­yası prose­sin­­də­ki sapmalar ancaq bir isti­qa­mət­də – il­kin ideyadan uzaq­laş­ma is­ti­­qa­mə­tin­də baş ve­rir. Mühit opti­mal olduqda, kə­nar təsirlər ideyanın re­­a­liza­si­ya­sı­na daha çox təminat ver­dikdə isə, alınan məhsul ilahi «la­yi­­hə»yə daha ya­xın olur.

Yəqin buna görədir ki, «təbiətində gözəllik olmayan heç nə yox­dur» – deyirlər. Hər bir insanın da ilahi ruhdan payı və deməli, özü­nə­məx­sus gözəlliyi vardır. Sadəcə olaraq, cismani yetkinlik dövründəki ide­­yadan sapmalar bu ilkin gözəlliyi pərdələdiyindən onu adi gözlə gör­mək mümkün olmur.

Amma kimsə görür. Görənlər də öz könüllərinin gözünə, ruh­la­rı­nın ehtiyacına uygun görürlər. Cübran yazır ki, gözəllik onu du­yan­la­rın halından və məqamından asılı olaraq müxtəlif cür dəyərləndirilə bilər:


Yüklə 5,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin